Gözəlliyi qorumaq üçün hansı pozada yatmaq effektivdir?

Gözəlliyi qorumaq üçün hansı pozada yatmaq effektivdir?Yuxu pozası, yəni düzgün mövqedə yatmaq zahiri görünüşə olduqca təsir edir. Gün ərzində yaxşı görünmək üçün düzgün yatmalısınız.
Milli.Az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, dermatoloq-kosmetoloq Svetlana Jaboyeva danışıb.
"Qırışa qarşı hər hansı sehrli yastıq və ya döşək yoxdur. Yuxudan duranda üzünüzün şişməsini istəmirsinizsə, limfa və qan axınına mane olmamalısınız. İstənilən yastıqda yata bilərsiniz, əsas odur ki, hündürlüyü çiyin ölçüsünün yarısından az olmasın. Rahat yatmaq çox vacibdir və üzünüzü yastığa söykəməyin. Əgər servikal osteoxondroz probleminiz varsa, yuxu zamanı duruşunuzu izləməyinizə daha çox ehtiyac var.
Yuxu çatışmazlığı da üzə əks olunur. İncə qırışlar, gözlər altındakı çökəklik, boz dəri rəngi yuxu çatışmazlığının tipik əlamətləridir. Sistemli yuxu çatışmazlığı ilə bədəndəki bütün proseslər pozulur. İdeal yuxu 8-9 saat olmalıdır. Tez yatmaq və erkən oyanmaq daha yaxşıdır - bu cür ritmlər günəşə uyğundur. Gündüz sirkadiyalı ritmləri pozmaqla 8 saat yatmaq effektiv olmayacaq", - həkim izah edib.
Kosmetoloq su və çayı yatmazdan təxminən üç saat əvvəl içməyi tövsiyə edib, çünki çox miqdarda su görünüşü zədələyir və ödem əmələ gətirir:
"Kosmetika da yatmazdan ən az 30 dəqiqə əvvəl silinməlidir, çünki kremlər, toniklər dərinin nəfəs almasına mane olur. Makiyajla yatmaq olmaz. Yatmazdan əvvəl üzünüzü makiyajdan və bütün çirklərdən hərtərəfli təmizləmək hər şeydən vacibdir. Gənclərə heç bir şey tətbiq etmək lazım deyil. Yaşlı insanlarsa axşam baxımını gücləndirməlidir". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1619   Tarix: 22 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

qadin dunyasi kosmetik vasiteler yaz geyimleri 2026 vaginal quruluq cennet almasi murebbesi sengulum nagili alin yazisi xanim qafarova kosmetika dostluq qurd ve quzu vetene aid atalar sozu bayatılar toyuq salati