Gözətrafı qırışlar üçün maskalar

Gözətrafı qırışlar üçün maskalarXanımları ən çox narahat edən problemlərdən biri də gözətrafında yaranan

qırışlardır. Üzümüzün bu hissəsində dəri daha həssas və nazik olduğu üçün xüsusi

qulluq tələb edir. Ev şəraitində hazırlanan maskalarla siz bu problemin qarşısını ala bilərsiniz.

Portağal maskası

1 yumurta sarısı

1 x.q zeytun yağı

1⁄2 şirin portağal

1 ç.q bal

Hazırlanması:

Portağalın yarısından şirəni sıxın. Yumurta sarısını balla ovun və qarışdırmağa

davam edin. Sonra portağal şirəsini və zeytun yağını bura əlavə edin.

Gözlərin ətrafında təmiz dəriyə hazır maskanı çəkin.

10-15 dəqiqə maskanı saxlayın, sonra sabunun istifadəsi olmadan və ya yuyulma

üçün başqa vasitələrsiz ilıq suyla yuyun. Maskadan sonra nəmləndirici krem çəkə

bilərsiniz.

Banan maskası

1⁄2 yetişmiş banan

1 ç.q. qaymaq

1 ç.q bitki yağı

Hazırlanması:

Banani əzin, qaymağı və bitki yağını üzərinə əlavə edin. Qarışdırıb gözlərin

ətrafında dəriyə vurun. 15-20 dəqiqə maskanı saxlayın, sonra ilıq suyla yuyun.

Yerkökü maskası

1 kök,

2 x.q.kartof nişastası

1 yumurta sarısı

Hazırlanması:

Köku blenderdə xırdalayın və ya xırda sürtkəcdə sürtün. Yerkökü kütləsinə

yumurta sarısını və kartof nişastasını əlavə edin. İstəkdən asılı olaraq, maskaya

bitki yağını əlavə edin. Hazır maskanı gözlərin ətrafına vurun. 20 dəqiqə saxlayın,

sonra ilıq suyla yuyun.

Gözəllik və Moda     Baxılıb: 5841   Tarix: 07 noyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

turlar.az

kosmetoloq aksessuarlar geyim seçimi agardici maskalar resepti kökəlməyin yolları reyhan kampotu şef master kosmetika brusell bakteriyası novruz bayramina aid hakistalar masturbasiya vətən haqqında bayatılar haqisda