Gözlər qəlbin aynasıdır

Gözlər qəlbin aynasıdırCanalan gözlərin canyaxan dərdləri

Göz ən mühüm və eyni zamanda ən incə duyğu orqanlarından biridir. O insan həyatında ən başlıca rol oynayır. Çünki göz vasitəsilə biz ətrafdakı əşyaları görür, rənglərin çalarlarını seçirik, bir sözlə həyatın gözəlliyini duyuruq. Göz çox zərif olduğundan özünə qarşı son dərəcə diqqətli olmağı tələb edir. İnsanın görmə qabiliyyəti 9-11 yaş arasında formalaşır. Bu müddət ərzində gözlərdə hər hansı bir problem yaranarsa onun müalicəsini də həmin yaşlarda etmək məsləhədir. Tibb elmində müxtəlif göz xəstəlikləri mövcüddur. İnsanlar isə ən çox göz zəifliyindən əziyyət çəkirlər.

Göz zəifliyi nədən yaranır?

Həkimlərin dediyinə görə, göz zəifliyi üç yerə bölünür: meyopeya, hipermetropiya və astikmatizm: Meyopeya xəstələri uzağı pis görür və işarəsi mənfidir. Meyopeya 8-12 yaşında olan uşaqlarda aşkar edilir. Yaş artdıqca meyope da artır. Televizora və ya kompüterə çox baxmaq, zəif işıqda oturmaq və vaxtsız qidalanmaq meyopeyaya səbəb olan amillərdir. Hipermetrapiya xəstələri yaxını pis görür və işarəsi müsbətdir. Hipermetrapiyaya ən çox balaca uşaqlarda rast gəlinir. Bu vaxt uşaqlar kitab oxuyanda onların gözləri sulanır və göynəyir. Astikmatizm xəstələrində isə qarışıq olur. Onlar həm yaxını, həm də uzağı zəif görürlər. Bu, onların görmə qabiliyyətlərinin tam formalaşmamasından irəli gəlir. İndi demək olar ki, gözdən əziyyət çəkənlərin 80 faizi astikmatizmdən şikayət edirlər. Gözdə zəifliyin aradan qaldırılması üçün ilkin növbədə onun yaranmasına səbəb olan müxtəlif amilləri araşdırmaq lazımdır. Gözlərdə bu problemlərin yorulma, stress, televizora, kompüterə yaxından baxmaq nəticəsində yarandığını söyləyən həkimlər bəzi xəstələrdə bu halların anadangəlmə olduğunu deyir. Çox uşaqlar var ki, onlarda zəif görmək anadangəlmə olur. Belə uşaqlar 17 yaşına qədər müxtəlif dərmanlarla müalicə edilir. Bu müalicə kursları zəifliyin daha da irəliləməsinin, gözdə «tənbəlliyin» yaranmasının qarşısını almaq üçün lazımdır. əgər gözdə «tənbəllik» yaranarsa, bu zaman onun funksiyaları fəaliyyətini itirir və kor olma ehtimalı artır. 17 yaşından sonra xəstəyə eksimer lazer əməliyyatı olunur. əgər valideynlər uşaqlarında göz qırpmalar, qızartılar, sulanmalar kimi hallar aşkarlayırlarsa, dərhal həkimə müraciət etsinlər. əvvəllər insanlar eynəklərdən istifadə edirdilər. Eynəkləri isə uzun müddət çıxartmadan taxırdılar. İndi valideynlər uşaqlarına eynəyi tez-tez çıxartmamalarını deyirlər. Ancaq onlar bilməlidirlər ki, çox eynək taxmaq da gözə ziyandır. Optik gözün əvvəlki funksiyasını bərpa etməsi üçün istifadə olunur. Eynəkləri 6 aydan bir dəyişdirmək lazımdır.

Göz çəpliyinin səbəbi - qohum nikahları

Gözdə çəpliyin əmələ gəlməsinə səbəb bir gözün zəif, digərinin isə yaxşı görməsidir. Bu zaman zəif göz yaxşı görən göz tərəfə əyilməyə başlayır. Nəticədə, çəplik yaranır. əgər gözdəki zəifliyi aradan qaldırmaq mümkün olursa, bu zaman gözdəki çəplik də yox olur. Bəzən isə gözdə çəplik anadangəlmə olur. Bu hal əsasən doğuş zamanı travma alan, təzyiqi olan uşaqlarda olur. Travma alan uşaqlarda göz çəpliyini oftalmoloqlar müalicə etmir. İlk əvvəl uşaq nevropatoloq müayinəsindən keçməlidir. Nevropatoloqun diaqnozundan sonra oftalmoloq müalicə edə bilər

Katarakt – Mirvari suyu

El arasında «Mirvari suyu» kimi tanınan katarakt da son vaxtlar yaşlıların çox əziyyət çəkdiyi göz xəstəliklərindən biridir. Həkimlərin sözlərinə görə, gün ərzində gözdən şikayət edən xəstələrin böyük hissəsi kataraktdan əziyyət çəkənlərdir. Kataraktın yaranması yaşla əlaqədardır. İnsan yaşlandıqca, əsasən də 50-60 yaşına çatdıqda onun göz funksiyalarıının fəaliyyəti zəifləyir. Eyni zamanda katarakt iltihabı xəstəliklərdən, travmadan sonra da əmələ gələ bilər. Gözdə şəffaf büllur linza var. Bəzən bu şəffaf linzalar bulanır. Bunu əməliyyat vasitəsilə aradan qaldırmaq mümkündür. əməliyyat zamanı əvvəlcə gözün büllur qişası kəsilir, bulanlıq linza çıxarılır, onun yerinə yeni, şəffaf linza taxılır. Mirvari suyunu vaxtında müalicə etmədikdə göz görmə qabiliyyətini tamamilə itirir. Kataraktın ilkin əlaməti dumanlı görməkdir: «Katarakt iki formada olur: yetişmiş və yetişməmiş. İndi xəstələrin çoxu son məqamında, yəni yetişmiş halda müraciət edirlər. Yetişməmiş formanı müalicə etmək daha asandır. Ancaq yetişmiş olduqda xəstə görmə qabiliyyətini itirir və onun yenidən bərpası mümkünsüz olur. Çünki katarakt gözün ətrafına deyil, daxilinə təsir edir».

Qlaukoma – Qara su

Göz xəstəliklərindən biri də el arasında «Qara su» adlandırılan qlaukomadır. Qlaukoma 40 yaşından sonra yaranır. Həkim – orfalmoloq bunun qohum nikahları olan insanlar arasında çox yayıldığını vurğulayır: «Qlaukoma anadangəlmə də ola bilər. Bunun yaranmasına səbəb qohum nikahlarıdır. Qlaukomadan ən çox qadınlar əziyyət çəkir. Çox nadir hallarda kişilərdə bu xəstəlik aşkarlanır. Belə xəstələr dumanlı, işığa baxanda rəngli halqalar görməkdən, gözdaxili təzyiqlərdən şikayətlənirlər». Göz xəstəliklərindən biri də «kanyuktiv» adlanır. Kanyuktivlik soyuqdəymədən, natəmizlikdən əmələ gəlir. Göz makiyajı zamanı keyfiyyətsiz kosmetik vasitələrdən istifadə də kanyuktivlik yaradır. Bu xəstəlik göz üçün olan xüsusi damcılarla aradan qaldırılır

Gözlərinin qədrini vaxtında bil

Həkimlərin sözlərinə görə, gözlərə ev şəraitində də qulluq etmək mümkündür. İnsanlar çox vaxt gözlərinə çay dəmləməsi qoyurlar. Son zamanlar təbii çaylar çox azdır, onlara müxtəlif rənglər qatırlar. Belə çayları gözə qoymaq təhlükəlidir. Buna görə də yaşıl çayın dəmləməsi daha keyfiyyətlidir. Ballı su ilə də gözü silmək yaxşıdır. Son vaxtlar isə insanlar kompüter qarşısında çox otururlar. Kompüter şüaları gözün nəmliyini qurudur, gözdə göynəmələr əmələ gəlir. Kompüter qarşısında uzun müddət oturmaq olmaz. Hər 45 dəqiqədən bir kompüteri söndürmək, 15 dəqiqə hava almaq lazımdır. Kompüter qarşısında oturanlartez-tez apteklərdə satılan təbii göz yaşlarından istifadə etməlidirlər.

Kişilərin göz bəlası - Daltonizm

Daltonizmin genetik bir xəstəlikdir. Daha çox kişilərdə rast gəlinir. Daltonizm əsasən anadan oğula keçir. Müalicəsi isə mümkünsüzdür. Bununla genetik həkimlər məşğul olur. Ancaq respublikamızda belə bir həkim yoxdur. Bu genetik xəstəlik ilk dəfə 1794-cü ildə DJ.Daltonım tərəfindən aşkar edilib. Dalton özü də bu xəstəlikdən əziyyət çəkirmiş.

Göz bəbəyinin mərkəzində rəngbilmə qabiliyyətini göstərən hüceyrələr yerləşir. Onlar özündə rəngbilmənin üç piqmentini saxlayır. Birinci piqment qırmızı, ikinci yaşıl, üçüncü isə mavi rəngdədir. Burada qırmızı rəng 557, yaşıl 530, mavi isə 426 faiz təşkil etməlidir. Bu faizlərin artıq və ya əskik olması daltonizm xəstəliyi əmələ gətirir.

Hər 10 insandan üçündə göz «tənbəlliyi» olur.

Dünyada hər 100 kişidən 18-i daltonikdir.

Günəşdə qara şüşəli eynəksiz durmağa çalışın. Çünki günəş şüasi göz üçün xeyirlidir. Uzun müddət günəşdən kənarda qalmaq və günəşdə eynəklə gəzmək gözü zəiflədir.


Gözəllik və Moda     Baxılıb: 5064   Tarix: 11 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

turlar.az

qis geyimləri 2026 yay geyimləri 2026 geyim və ayaqqabılar masaj edirem kostyum modelleri 2026 psixologiya xina bayatilari kosmetika səməd vurğun sac modelleri cinsi bayatılarımızda vətən həsrəti yumurta