Gözləri kor edə bilən QLAUKOMA nədir? - Əlamətləri

Gözləri kor edə bilən QLAUKOMA nədir? - ƏlamətləriQlaukoma hiyləgər xəstəlikdir - illərlə inkişaf etsə də, çox hallarda ilk mərhələlərdə özünü büruzə vermir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, insan tədricən kor olmasını heç təxmin etmir, "əhəmiyyətsiz" əlamətləri isə yaşı və yaxud yorğunluğu ilə izah edir.
Unutmayın, erkən başlanan müalicə daha effektli olur. Xəstəliyin ilkin nişanələrindən olan aşağıdakı hallara diqqət yetirin:
- gözdə ağırlıq hissi, sancı, "təzyiqdən şişmə" hissi;
- oxuma və ya seyr etmə zamanı tez yorulmaq;
- gözlərin sulanması;
- dumanlı görmə, göz qarşısında "tor" və ya "nöqtələr"in olması;
- hava qaralan zaman görmə zəyifliyi;
- işıq mənbəyi, məsələn işıqlanan lampaya, baxdıqda, bəzən göz qarşısında rənbərəng dairələrin görünməsi;
- qaş, alın, gicgah nahiyyəsində və ya başın bir yarısında ağrı.
Yuxarıda qeyd etdiyimizdən başqa, eynəyi tez-tez dəyişmək də qlaukomadan şübhəli haldır. Əlbəttə, həmin narahatlıqlar digər bir xəstəliklə də əlaqəli ola bilər, lakin bunlardan biri sizə "tanış gəlirsə", hökmən göz həkiminə müraciət edin!
Qlaukomanın müalicəsi
Qlaukomanın növündən asılı olaraq, həkim-oftalmoloq konservativ və yaxud cərrahi müalicə yolunu seçir. Konservativ müalicə bir sıra həkim təyinatlarından, o cümlədən, gözdaxili təzyiqi azaldan xüsusi göz damcılarından ibarət olur. Unutmayın ki, müalicəni yalnız həkim təyin etməlidir! Göz damcılarını və digər dərmanları özbaşına seçmək, təyin və ya ləğv etmək, eləcə də miqdarını dəyişməklə gözlərinizə geri qaytarılmaz ziyan vura bilərsiniz!
Bir sıra hallarda isə cərrahi müalicə təyin edilir. Müasir dövrdə əməliyyat xüsusi lazer avadanlığı ilə də keçirilə bilər.
Qlaukomalı xəstələr ambulator qeydiyyata alınmalı və heç bir şikayəti olmadığı halda 3 aydan bir planlı müayinə olunmalıdırlar. Digər xəstəliklərdə olduğu kimi, qlaukumanın da erkən aşkar və müalicə olunması vacibdir. Lakin xəstələrin həkimə olduqca gec, fəsadlaşmış xəstəliklə müraciət etməsi heç də nadir hal deyil. Belə olduqda isə görmə qabiliyyətinin bərpası çox vaxt mümkün olmur.
Qlaukoma diaqnozlu xəstələrə tövsiyyələr
Dərk etməliyik ki, iş və istirahət rejimi, qidalanma, maye qəbulu və digər vacib məsələlərə dair həkimin tövsiyyələrinə riayət edilməzsə, hətta ən bahalı və effektiv dərman xeyirsiz ola bilər. Odur ki, xəstələr aşağıda sadalananlara diqqət yetirməlidirlər:
- Streslərdən və həddən artıq yorulmadan uzaq olun. Yuxunuz sutkada 8 saatdan az olmamalıdır. Gecə növbəsində işləyirsinizsə, yuxunuzu gündüz vaxtı alın.
- Soyuqdan qorunun, şiddətli şaxtalı havada evdən çıxmayın, soyuq su və hava prosedurları qəbul etməyin. Qış mövsümündə müalicə həkiminizlə tez-tez ünsiyyətdə olun.
- Beyinə qan yığılmasını artıran vəziyyətlərdə qalmayın (döşəmə yumaq, əyilərək işləmək, ağır əşyaları qaldırmaq və ya daşımaq və s.).
- Maye qəbulunu məhdudlaşdırmaq lazımdır - sulu xörəklər də daxil olmaqla, gündə 1,5 litrdən artıq olmamalıdır. Tünd çay və qəhvə isə hətta az miqdarda da əks göstərişdir.
- A, S və E vitaminləri xəstəliyin inkişafının qarşısını alır. S vitaminin əsas mənbələri çuğundur, bibər, kələm, çiyələk, ispanaq, pomidor, sitrus meyvələridir. Çiy kök, kartof, çuğundur, bibər, ərik, kahı, sitrus meyvələri, banan vitamin A ilə, bitki yağları (qarğıdalı, günəbaxan, zeytun), göyərti, quş əti və dəniz balığı isə vitamin E ilə zəngindir.
- Meyvə, tərəvəz, sıyıqlar, yağsız süd məhsulları, balıq və yağsız ət qidalanmanın əsasını təşkil etməlidir. Yağlı xəmir, ədviyyat, yağlı ət və balıq bulyonları, digər yağlı və ya duzlu xörəklər, içalat və şorabalar isə rasiondan xaric edilməlidir.
- Alkoqol və siqaret, o cümlədən, digər tütün məmulatları qəti qadağandır.
- Qaranlıq və zəif işıqlandırılmış otaqlarda olmaq zərərlidir - belə yerlərdə göz bəbəyi genəlir və gözdaxili təzyiq artır. Eləcə də kino, kompyuter və televizordan sui-istifadə etməyin.
- Kitab oxumaq və gözlərdən yaxın məsafədə əl işi görmək isə xeyirlidir - göz bəbəyi daralır və gözdaxili təzyiq azalır.
- Bir sıra dərman vasitələri, məsələn, atropin əks-göstərişdir. Buna görə də, həkimlərə müraciət edərkə, onlara qlaukomalı xəstə olduğunuz haqda məlumat verin.
- Fiziki gərginlik (gəzinti, həkimin icazəsi ilə müəyyən idman hərəkətləri), eləcə də təmiz havada olmaq xüsusi əhəmiyyət kəsb edir.
Göz əzələləri üçün aşağıdakı hərəkətləri yerinə yetirmək tövsiyyə olunur:
1. Oturaq vəziyyətdə, başı hərəkətsiz saxlayaraq:
- baxışı əvvəl döşəməyə, sonra tavana yönəltmək və bunu 10-12 dəfə təkrar etmək;
- əvvəl sağdakı divara, sonra soldakı divara baxmaq və bunu 10-12 dəfə təkrar etmək;
- gözlərlə dairəvi hərəkətlər etmək - əvvəl saat əqrəbi istiqamətində, sonra əks istiqamətdə, bunu da 4-6 dəfə təkrar etmək.
2. 20 saniyə ərzində tez-tez göz qırpmaq.
3. Hər iki gözün üst qapağına 1-2 saniyə ərzində ehmalca basmaq gözdaxili mayenin dövr etməsini yaxşılaşdırır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1221   Tarix: 18 fevral 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

toy gecesi toy makiyajlari aksessuarlar xina ucun hakistalar hamileliyin elametleri sevinc tofiqqızı dondurmalar kosmetika kondom webnem tovuzlu novruza aid hakistalar eqreb sanama