Güclü cinsin zəif nöqtəsi

Güclü cinsin zəif nöqtəsiCinsi zəiflik gündən günə kişilərin əsas probleminə çevrilir. Bu hal kişilərdə bir neçə səbəbdən əmələ gələ bilər - endokrin, medikamentoz, yerli, nevroloji, damar və s. Damar mənşəli cinsi zəiflək daha çox rast gəlinəndir. Bilirik ki ereksiya zamanı cinsiyyət orqanına arterial qanın axını kəskin artır, venoz qanın axını isə kəskin azalır. Ona görə də damar mənşəli cinsi zəifliklər iki yerə bölünür-arterial və venoz. Arterial pozğunluqlarda ereksiya çox gec, ağır əmələ gəlir, natamam olur. Venoz çatışmazlıqda cinsiyyət orqanının oyanması çox tez baş verir, ereksiya normal olur,amma çox tez, bəzən cinsi aktı natamam qoyaraq başa çatır. Belə hallar endarteriit, iri arteriyaların və aortanın aterosklerozu, aortanın anevrizması, venaların varikoz genişlənməsi, aralığın travmaları zamanı ola bilər. Ümumiyyətlə mən bir qədər ətraflı ereksiya zamanı damarlarda baş verən dəyişikliklər haqdında danışmaq istərdim. Penis cinsi əlaqə üzvlərindən olub, xüsusi vəzifə icra etdiyi üçün ereksiya zamanı öz şəklini, həcmini, ölçülərini, vəziyyətini dəyişir. Sükut halında penisin uzunluğu təxminən 9-10 sm, dairəsi 9 sm, şəkli silindrəbənzər və konsistensiyası yumşaq olub, xayalığın önündə aşağı doğru sallanır. Ereksiya halında uzunluğu təxminən 14-16 sm və dairəsi 12 sm çatır. Penisin ereksiya halına gəlməsi mağaralı cısımlərin və orada olan arterial damarların quruluşundan asılıdır. Mağaralı cisimlərin arteriyalarının divarlarında həlqəvi və boylama saya əzələ lifləri artıq dərəcədə inkişaf etmişdir. Boylama liflər toplaşaraq müəyyən miqdarda zolaqlar əmələ gətirir, bu zolaqlar qan axınının əks tərəfində yerləşərək qapaq vəzifəsini görür.
Penis sakit halda olarkən bu damarlardan qan orta sürətlə axır, çünki arterial damarların divarlarında olan yastıqlar və mağaralı cisimlərin atmalarında olan əzələ lifləri müəyyən tonusda olur. Əyər damargenəldici sinir lifləri qıcıqlanarsa,həmin əzələ lifləri və yastıqlar tonuslarını itirərək boşalır və arteriyalar genəlir. Nəticədə arterial qan sürətlə penisin mağaralı cisimlərinə axmağa başlayır, orada olan mərkəzi böyük mağaralar qan ilə dolur və təzyiq olduqca artır. Bununla bərabər mağaralı cisimlərin xarici səthinə yaxın sahələr daxildə olan qan təzyiqi nəticəsində ağlı qişaya sixılır, ağlı qişa artıq dərəcədə gərginləşərək onu dələn venaları sıxır və nəticədə onların mənfəzləri tutulur. Bundan əlavə penisin arxa venası qasıq bucağına sıxıldığı üçün venoz qan oradan çətinliklə axmağa başlayır və penisin dərin venası sidik-cinsiyyət diafraqmasının yığılmasından tamamilə tutulur. Beləliklə ereksiya prosesi bir tərəfdən penisə arterial qanın artıq miqdarda gəlməsindən və digər tərəfdən venoz qanın çətinliklə geriyə axmasından asılıdır. Bunun nəticəsində mağaralı cisimlər artıq dərəcədə qan ilə dolur, onlar həcmlərini və ölçülərini dəyişərək çox sərtləşir. Ereksiya zamanı penisin mağaralı cisimləri ilə bərabər penisin süngəri cismi də dəyişir, ancaq burada elastik liflərin artıq olması mağaraların bərabər surətdə qan ilə dolması və venoz qanın maneəsiz axması mağaralı cismin sərtləşməsinə imkan vermir. O, öz həcmini və şəkləni dəyişdirməklə bərabər yumşaq halda qalır. Bunun artıq dərəcədə fizioloci əhəmiyyəti vardır,çünki buradan keçən sidik kanalı ereksiya zamanı sıxılmayıb açıq qalır və sidik kanalının prostat hissəsinə tullanan torum maneəsiz xaricə tökülür.
Penis başı quruluşca venoz kələfdən ibarət olduğu üçün sükut vaxtında göyümtül olur, ereksiya zamanı arterial qan ilə zənginləşdiyi üçün rəngi dəyişib qırmızılaşır, ancaq konsistensiyası yumşaq qalır. Bunun da fizioloci əhəmiyyəti cinsi əlaqə zamanı qadın cinsiyyıt üzvlərinə zədə toxundurulmamasındadır. Penisin ereksiya halından sükuta keçməsi belədir-damardaraldıcı sinir lifləri qıcıqlanaraq damarların divarlarındkı yactıqların və atmalarda olan əzələ liflərinin tonuslarını artırır, nəticədə damarlar və mağaralar daraldığı üçün arterial qan zəif axmağa başlayır. Bununla bərabər sidik-cinsiyyət diafraqmasının tonusu zəifləşdiyi üçün venoz damarlardan qan sürətlə axmağa başlayır və nəticədə penisin həcmi və ölçüləri kiçilir, sərtliyi itir və vəziyyəti dəyişir.
Endokrin səbəbdən əmələ gələn cinsi zəiflik birinci növbədə hipoqonadizm -cinsiyyət vəzilərinin natamam funksiyası və onlar tərəfdən testosteronun az hazırlanması aiddir. Belə hallarda xəstə səs tembrinin yüksəlməsi, üzdə və bədəndə tüklərin azalması, yan, döş, bud nahiyyəsində piyləmmə ilə qarşılaşır. Belə hal ağır hal hesab olunur və endokrinoloqun köməyi hökmən lazımdır. Digər cinsi zəiflik əmələ gətirən endokrinoloji problem hipofizin şişidir.
Bəzi dərman preparatları da cinsi zəiflik əmələ gətirə bilər. Kişi cinsi hormonlarını azaldan antiandrogenlər, qadın cinsi hormonları buna misal ola bilər. Bundan əlavə baş beyin qabığına təsir göstərən bütün preparatlar cinsi zəiflik yarada bilər. Bunlara ilk növbədə alkoqol və narkotik dərmanlar aiddir.
Yerli səbəblərə kavernoz cismin sklerozlaşmasına gətirən faktorlar aiddir, bu vaxt mağaralı cismin elastik maddəsi hissəvi və ya hamisı birləşdirici toxuma ilə əvəz olunur. Cinsiyyət üzvünün travması, dəfələrlə yerli inyeksiyalar, qabaqlar keçirilmiş priapizm də yerli faktorlara aiddir. Kavernoz cismin sklerozlaşmasına həmçinin qəsdən uzadılmış cinsi əlaqələr aiddir.
Cinsi zəifliyin nevroloji səbəblərinə epilepsiya, Parkinson xəstəliyi, dağınıq skleroz, baş və onurğa beyin travmaları, aralıq və çanaç travmaları, bu nahiyyələrdə aparılan istənilən cərrahi əməliyyatlar təsir göstərə bilər.
Şəkərli diabet və arterial hipertenziyanın cinsi fəaliyyətə təsirini xüsusi vurğulamaq lazımdır. Bu hallarda sinsi fəaliyyət müxtəlif səbəblərdən - nevroloji, damar, yerli, medikamentoz pozulur. Ona görə bu xəstəliklər zamanı cinsi zəifliyin müalicəsi çox pis gedir.
Yuxarda qeyd olunanlardan əlavə cinsi zəifliyin əmələ gəlməsinin səbəblərindən ən önəmlisi və bu günkü gündə aktual problem olan xroniki prostatitlərdir. Xroniki prostatitlər ümumi orqanizmin zəifləməsinə və xəstənin psixoloji durumuna təsir göstərir. Əgər xəstədə depressiya varsa, davamlı stres keçirmişsə, umumi yorğunluq, yoldaşı ilə normal ünsiyyətdə deyilsə, tez-tez konfliktə girirsə, yataqda yoldaşı ilə cinsi əlaqədən narazıdırsa, zöhrəvi xəstəliklərə yoluxma qorxusu həmişə narahat edirsə ereksiya alınmaya və ya keyfiyyətsiz ola bilər. Həmçinin cinsi fəaliyyətə mənfi təsir göstərən psixoloji faktorlara cinsi əlaqə üçün lazım olan şəraitin pis olması (məsələn avtomobilin arxa oturacağı,adam cox olan ev, kabinet, ofis, lift, soyuq hava və s.) aiddir. Cinsi zəiflik bir qadınla əlaqə zamanı normal olduğu halda,digər qadınla zəif ola bilər. Digər hal bir çox kişilərdə,çox vaxt cavan oğlanlarda ilk cinsi əlaqə zamanı baş verir - uzun müddət ereksiya vəziyyətində olan cinsi orqan yorularaq cinsi akt zamanı ereksiyanı cinsi əlaqənin axırına kimi davam etdirə bilmir, və ya tez eyakulyasiya baş verir. Cinsi zəifliyə həmçinin rezin qoruyucular da səbəb ola bilər. Belə ki cinsiyyət orqanının baş hissəsindəki reseptorlar rezin vasitəsilə örtülərək qıcığı daha zəif qəbul edir. Bəzən təsadüfən müxtəlif səbəblərdən baş verən cinsi zəiflikdən sonra kişilər növbəti cinsi əlaqə zamanı həmin uğursuzluğu yada salaraq yenə təkrarlanacağından qorxur, bu da psixoloci cinsi zəifliyin əmələ gəlməsinə və növbəti impotentliyə gətirib çıxarır.
Bu səbəblərdən bizim praktikamızda ən çox rast gəlinən cinsi zəifliklər prostatitlər nətcəsində olur və bu prostatitlərin çoxu müxtəlif zöhrəvi xəstəliklərin nəticəsində əmələ gələnlərdir.
Əlbətdə ki bu cür cinsi zəifliyin aradan qaldırılması üçün birinci növbədə etiologiyasından asılı olmayaraq prostatitlər müalicə olunur. Bir çox xəstələr həkimə müraciət etmək əvəzinə özünü müalicə ilə məşğul olaraq müxtəlif reklam olunan və ya apteklərdə satıcılar tərəfindən məsləhət görülən dərman preparatlarından istifadə edirlər. Çox hallarda belə dərman preparatları ancaq simptomatik təsir göstərərək xəstəliyin əlamətlərini müvəqqəti aradan qaldırır. Amma müəyyən müddətdən sonra simptomlar təkrarlanır, bununda səbəbi xəstəliyin müalicə olunmamasındadır. Ona görə də sinsi zəiflikdən əziyyət cəkənlər vaxtında həkim mütəxəssislərə müraciət etməlidirlər. Xəstəliyin profilaktikası üçün kişilər heç olmasa ildə 2 dəfə uroloqun qəbulunda olmalı, sidik-cinsiyyət sisteminin USM-ni etməli, siqaretdən, spirtli içkilərdən uzaq olmalı, idmanla məşğul olmalı, vitamin-minerallarla zəngin qidalardan istifadə etməlidirlər.
Və ən başlıcası orqanizmin istənilən yerində hər hansı bir narahatçılıq olarsa apteklərdən öncə həkimlərə müraciət edilməlidir. Çünki bədənin istənilən yerindəki bugünki kiçik bir ağrı sabah böyük bir problemə çevrilə bilər.

Ailə və Uşaq     Baxılıb: 5524   Tarix: 11 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadın geyimi kosmetika mehsullari makiyaj instagram atalar sozleri veten haqqinda saglamliq imtahan həyəcanı yay paltarları 2025 cekc pornuxa sağlıq vetene aid bayatilar hakıştalar uzeyir