Gül kələmi - həm tərəvəz, həm dərman

Gül kələmi - həm tərəvəz, həm dərmanGül kələmi ən faydalı, azkalorili və asan mənimsənilən tərəvəzlərdən biridir.
- Gül kələmi C vitamini ilə olduqca zəngindir. C vitaminin miqdarına görə gül kələmi hətta limonu da üstələyir. C vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını möhkəmləndirir.
- Gül kələminin tərkibində nadir U vitamini var. Bu vitamin mədə və 12 barmaq bağırsağı selikli qişasının  bərpasına, xora və eroziyaların daha tez sağalmasına kömək edir. Məhz bu səbəbdən xora xəstəliyindən əziyyət çəkən insanlara bu tərəvəzi yeməyi tövsiyə edirlər.
- Saglamolun.az bildirir ki, gül kələmi həzm proseslərinə olduqca müsbət təsir edir. Qidalı liflərlə zəngin olan bu tərəvəz qəbizliklə mübarizə etməyə kömək edir, bağırsaqları yaxşı təmizləyir.
- Fol turşusu və dəmirlə zəngin olan gül kələmi qanyaratma sistemi üçün çox faydalıdır.
- Gül kələmi beta-karotinlə zəngindir. Bu maddə orqanizmdə A vitamininə çevrilir. A vitamini güclü antioksidantdır, orqanizmi cavanlaşdırır, dərinin vəziyyətini və görməni yaxşılaşdırır.
- Gül kələmi arıqlamağa kömək edir. Bu səbəbdən bu tərəvəz əksər pəhrizlərə daxil edilir. Gül kələmi mübadilə proseslərini sürətləndirir, piylərin parçalanmasını sürətləndirir, iştahanı azaldır.
- Gül kələmi qanda "pis" xolesterolun səviyyəsini aşağı salır, ürək və damarları onun mənfi təsirindən qoruyur.
- Kaliumla zəngin olan gül kələmi arterial təzyiqi normallaşdırır, ödemləri azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.
- Tərkibində çoxlu miqdarda B qrupu vitaminlərinin olmasına görə sinir sisteminə çox müsbət təsir edir.
- Kalsium və fosforla zəngin olan gül kələmi sümüklər və oynaqlar üçün də çox faydalıdır.
- Alimlər sübut edir ki, gül kələmi xərçəng əleyhinə təsirinə malikdir, xərçəng hüceyrələrin inkişafını ləngidir, sağlam hüceyrələri qoruyur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1013   Tarix: 01 yanvar 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

adlarin menasi maskalar gelinlikler hiperaktiv usaqlarin mualicesi kombinler 2026 yay qadinin arxadan olmasi kosmetika lakonizm əfsanələr novruz bayramına aid hakışta novruz hakistasi qardasa aid haxistalar