Gülün ki, sağlam olasınız! MARAQLI FAKTLAR

Gülün ki, sağlam olasınız! MARAQLI FAKTLARAlimlər gülməklə bağlı bir çox maraqlı araşdırmalar aparıblar və belə nəticəyə gəliblər ki, gülmək insan sağlamlığına çox müsbət təsir edir.
Gülmək zamanı qanda stress hormonları olan adrenalin və kortizonun səviyyəsi düşür, xoşbəxtlik hormonların (endorfinlər) səviyyəsi isə əksinə qalxır. Nəticədə stress və gərginlik azalır. Sübut olunub ki, xroniki stress və gərginlik bir çox pozulmaların inkişafına səbəb olur. Daim gərgin vəziyyətdə olan insanın daxili orqanlarında da gərginlik artır ki, bu da mədə-bağırsaq, ürək-damar, sinir sistemlərində problemlərə səbəb olur. Belə ki, gərgin vəziyyətdə olan insanın bağırsaqları pis işləyir ki, nəticədə insanda qəbizlik inkişaf edə bilər. Xroniki stress qan damarların spazmına (sıxılma) səbəb olur. Nəticədə qan pis dövr edir, damarlarda iltihablar yaranır, damarların daxili divarlarında xolesterin daha tez yığılır.
Məhz bu səbəbdən həkimlər ürək xəstəliklərindən əziyyət çəkən insanlara stresdən uzaq olmağı, daha çox gülməyi tövsiyə edirlər.
Alimlərin müşahidələrinə görə şən, gülərüz insanlar daha az xəstələnir və daha tez sağalır. Məsələ burasındadır ki, gülmək immun sisteminə çox müsbət təsir edir. Alimlərin müşahidələrinə görə, gülmək zamanı qanda immun hüceyrələrin sayı artır.
Gülmək hətta ağrısızlaşdırıcı təsirə malikdir. Amerika onkoloqları maraqlı eksperiment aparıblar. Həkimlər bir qrup pasiyentlərə komediyaları, gülməli verlişləri və şouları baxmağı tövsiyə edirdilər. Nəticədə bu pasiyentlər ağrılardan daha az əziyyət çəkirdi, onlara daha az ağrısızlaşdırıcı dərmanlar tələb olunurdu.
Həkimlər spazm nəticəsində yaranan baş ağrısını... gülməklə müalicə etməyi tövsiyə edirlər. Başınız ağrıyırsa, komediyaya baxın. Bir müddətdən sonra siz baş ağrısınız azalmasını hiss edəcəksiniz.
Endokrinoloqlar qeyd edirlər ki, onların şən, güləyən pasiyentlərində qanda şəkərin səviyyəsi daha asan tənzimlənir və xəstəlik daha yüngül keçir.
Gülmək zamanı yuxarı tənəffüs orqanları təmizlənir, orqanizm daha çox oksigen alır, qan dövranı yaxşılaşır.
İsveç alimləri komik və tragik teatr aktyorlarının həyatını müqayisə ediblər. Məlum olub ki, komik aktyorlar tragik aktyorlarla müqayisədə daha az xəstələnir və daha çox yaşayırlar.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1604   Tarix: 12 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

toy gecesi donlar 2026 hamilelikde qidalanma 2026 qonaq otagi gözəllik qış tədarükü qara qaragatin faydalari kosmetika hamilelik sağlıq azerbaycan kondom nedir qız bürcü