Gün yandıranda dərinizə qatıq çəkməyə tələsməyin

Gün yandıranda dərinizə qatıq çəkməyə tələsməyinAdətən, yayda günəş dərimizi yandıranda dərhal üzərinə qatıq və ya xama çəkirik ki, dərimiz xarab olmasın. İndi məlum olub ki, bu ağartı məhsulları yanmış dərini zədələyə bilər.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Moskva Dermatonevrologiya və kosmetologiya elmi-praktik mərkəzin baş həkimi Olqa Jukova bu barədə mifləri dağıdıb və səbəbini izah edib.
"Qatıqda qatıq göbələyi var, bu məhsullar dəridə bakterioloji infeksiya törədə bilər. Xamanın tərkibində isə böyük miqdarda yağ var. Yanığın üzərinə yağ çəkəndə o daha da pisləşir, yəni yanğı daha da artır", - Jukova deyib.
Həkim həmçinin günəş yanıqlarında spirt tərkibli losyon və digər kosmetoloji vasitələrin istifadəsi ilə bağlı xəbərdarlıq edib. O deyir ki, bu vasitələr dərini əlavə olaraq qurudur, bu isə zədəni dərinləşdirir. Günəşdə yanmış dərini sabunla yumaq da olmaz.
Bəs nə etməli?
Jukova deyir ki, günəşdə dəriniz yandıqda ona soyuq kompreslər edin: zəif qara çay, çobanyastığı və ya adaçayı (şalfey) dəmləmələrini soyudun, pambığı batırıb dərinizə çəkin. Bundan sonra dərini nəmləndirmək gərəkdir. Bunun üçün günəşdə qaralmadan sonra istifadə olunan vasitələr və tibbi aerozollar məsləhətdir. Əgər günəş yanığı güclü ağrı verir və hərarət yüksəlirsə, o zaman dərhal həkimə müraciət etmək gərəkdir.
Düzgün qaralmaq lazımdır
Təhlükəsiz və gözəl qaralmaq üçün məsləhətlər də var. Çimərliyə gedənlər baş örtüklərini və günəşlənmə kremlərini unutmasınlar. Yaxşı olar ki, peşəkar günəşdə qaralma kremlərindən istifadə olunsun. Şəhərdə gəzərkən dərinizə günəşdən qorunma faktorlu kremlərdən (SPF) 30, çimərlikdə isə 50 göstəricisi olanını çəkin. 
İyunda hava normadan isti olacaq
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, bu il iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir: "Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək".
Onun sözlərinə görə, yayın birinci ayı olan iyun ayı ilin ən uzun günləri ilə fərqlənir: "İyun ayı ərzində temperaturun tədricən yüksəlməsi müşahidə olunur. Son 30 illik məlumatların təhlili göstərir ki, birinci ongünlüyün ikinci yarısında temperatur qeyri-bərabər paylansa da, ayın 10-dan sonra mütləq maksimum temperatur xeyli artır. Ən isti iyun ayı 1998 və 2010-cu illərdə olub. Ən isti hava isə 2020-cı ilin iyunun 3-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 40,4 dərəcə təşkil edib. İyun ayında ən sərin hava isə 1996-cı ilin iyunun 2-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 8,1 dərəcə olub".
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1324   Tarix: 13 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

yaz geyimleri 2026 donlar 2026 adlarin menasi mastopatiya agrilari saca xina qoymaq qaydasi türk şirniyyatları səfər duası kosmetika novruz hakısdası hamilelik vətən həsrəti turpun nağlı baliq burcu