Günəbaxan yağının faydaları

Günəbaxan yağının faydalarıGünəbaxan yağı ən məşhur yağlardandır. O günəbaxan tumlarından əldə olunur. Günəbaxan tumunun vətəni Şimali Amerika ölkələri sayılır. Avropa ölkələrinə günəbaxan tumu ilk dəfə ispan döyüşçüləri tərəfindən gətirilmişdir. Günəbaxan yağının özünəməxsus xüsusi qoxusu və sarı rəngi olur. Günəbaxan yağı əldə edilərkən onun tərkibində olan fermentlər öz tərkibini dəyişmir.
Necə seçməli?
Günəbaxan yağı alarkən onun təzəliyinə diqqət yetirmək lazımdlır. Çünki, uzun müddət vitrinlərdə qalan günəbaxan yağı öz tərkibini və rəngini dəyişə bilir. Düz düşən günəş şüaları altında uzun müddət vitrinlərdə qalan günəbaxan yağında çöküntülər əmələ gələ bilir. Bu zaman onun qoxusu və dadı da dəyişmiş olur.
Günəbaxan yağının tərkibi linolin və lionolen doymamış yağ turşuları ilə zəngindir. Bu yağlar orqanizm sintez edə bilmir. Onların xaricdən orqanizmə daxil olması isə insan üçün çox faydalıdır. Orqanizmin esensial turşusuna və F vitamininə olan ehtiyacını günəbaxan yağından istifadə etməklə bərpa eləmək mümkündür. Günəbaxan yağının tərkibində olan yağ turşuları sinir liflərinin , hüceyrə membranının möhkəmlənməsinə səbəb olur. Günəbaxan yağının tərkibində A, E və D vitaminlkəri, aktiv maddələr var.
Müalicəvi məqsədlə rafinəedilməmiş günəbaxan yağından istifadə edilir. Bu yağın zərif özünəməxsus qoxusu və dadı olur. Əgər günəbaxan yağı alarkən onun içərisində çöküntülər olarsa, bu zaman o yağ keyfiyyətsiz yağ hesab edilir. Keyfiyyətli günəbaxan yağı orqanizm üçün çox faydalıdır. Ondan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Günəbaxan yağından xroniki mədə-bağırsaq xəstəliklərinin, tromboflebitin, qaraciyər və ağciyərin, ürək-damar xəstəliklərinin qadın xəstəliklərinin, diş və baş ağrılarının, ensefalitin, artritin, revmatizmin, yara və iltihabi xəstəliklərin müalicəsində istifadə edilir. Günəbaxan yağından müxtəlif maz və müalicəvi plastrların hazırlanmasında istifadə edilir. Bir çox oynaq xəstəliklərin müalicəsində günəbaxan yağından geniş istifadə edilir. Onu qızdırıb pambıq parçada kompres şəklində oynaqlara qoyub bağlamaq ağrıların, oynaq iltihablarının aradan qalxmasına səbəb olur. Dərini günəbaxan yağına batırılmış pambıq tamponla silmək dəridəki iltihabi prosesləri, yanıqların, yaraların qısa bir zamanda sağalmasına səbəb olur.
Revmatizm xəstəliyi zamanı qızdırılmış günəbaxan yağına qırmızı istiot və gerosin qataraq isti yerdə 9 gün saxladıqdan sonra oynaqlara qoymaq xəstəlik əlamətlərinin aradan qalxmasına səbəb olur. Günəbaxan yağı ilə dərini silmək dəridəki infeksiya xəstəliklərinin sağalmasına səbəb olur.
Günəbaxan yağını zərərli xüsusiyyətləri
Günəbaxan yağıl qızdırlan zaman onun tərkibində kanserogen maddələr əmələ gələ bilir. Davamlı olaraq qaynadılan günəbaxan yağı orqanizm üçün təhlükəli hesab edilir. Bir dəfə günəbaxan yağı qaynadılan tavanı ikinci dəfə istifadə etmək tövsiyə edilmir. Yağ istifadə edilən tavanı mütləq yumaq lazımdır. Tavanın kənarlarında qalan yağ qalıqlarının tərkibində benzinin tərkibində olan qeksan qalıqlarına rast gəlmək mümkünddür. Qayadılmış günəbaxan yağını salatlarda istifadə etmək məsləhət görülmür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1369   Tarix: 22 may 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

toy makiyajlari qis geyimləri 2026 toy makiyaji sekilleri vətən haqqında bayatı ana südü artırmaq düzgün makiyaj yumurta qabiginin xeyri kosmetika vetene aid atalar sozu baliq hekaye janri seksler rus dili 2ci ders