Günəş şüalarının dəriyə təsiri

Günəş şüalarının dəriyə təsiriYaz-yay mövsümü qadınların dəri problemlərinin üzə çıxdığı və onların həmin problemlərə qarşı mübarizə apardıqları fəsildir. Həmin dövrdə üzü ultrabənövşəyi günəş şüalarından müdafiə etmək və dəriyə xüsusi qulluq göstərmək lazımdır.
Günəş şüalarının üz dərisinə faydası ilə yanaşı zərərli təsirləri də var. Ultrabənövşəyi şüalar hüceyrənin bərpası prosesini ləngidir və dəri nahamar, solğun görünüşə malik olur, qırışlar və piqment ləkələri yaranır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-dermatoloq Solmaz Orucova günəş şüalarının faydalı və zərərli təsirləri haqqında deyib: "Günəş şüalarının təsiri altında dəridə D vitamini sintez olunur. Bu, sümüklərin və dişlərin sağlamlığı, immunitetin möhkəmlənməsi üçün mühüm əhəmiyyət daşıyır, həmçinin erkən yaşlanmanın qarşısını alır. Digər bir müsbət təsiri qanda serotonin hormonunun artması nəticəsində xoş əhval-ruhiyyə bəxş etməsidir. Zərərli təsiri isə ondan ibarətdir ki, günəş şüaları altında dəri qalınlaşır, kobudlaşır və elastikliyini itirir, ləkələr əmələ gəlir".
Həkimlər günəşdən qoruyucu kremlərin fəsildən və dəridən asılı olaraq seçilməsini məsləhət görürlər. Həkim-dermatoloqun dediyinə görə, günəş işığı altınaçıxma saatları müəyyən olunmalıdır: "Saat 11-15 arası günəş şüaları altında qalmaq olmaz. Ağ dərisi olanlar 20 dəqiqə, tünd dərisi olanlar bundan altı dəfə çox qala bilərlər, çünki onların günəşdən qoruyuculuğu yüksəkdir. Günəş altına çıxarkən qoruyucu kremlərdən istifadə olunmalıdır".
Orqanizmdə vitamin çatışmazlığı olduqda dəri solğunlaşır və çox quruyur. Ona görə də qadınlar bəzən həmin halların qarşısının alınması üçün vitaminlərlə zəngin dərman preparatları qəbul edirlər. Bundan başqa vitaminli qidalardan da istifadə etmək məsləhət görülür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1491   Tarix: 20 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR

Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər ağciyər üçün ciddi risk yarada bilər. -ın məlumatına görə, siqaret tüstüsü ilə yanaşı, evdə paltar qurutmaq, kondisionerlərin təmizlənməməsi və güclü kimyəvi təmizləyicilərdə

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

.

Bu tərəvəz əsl MÖCÜZƏDİR

Qulançar sağlam qidalanmada xüsusi yer tutan ən faydalı tərəvəzlərdən biri hesab olunur və bir çox xəstəliklərin profilaktikasında tövsiyə edilir. qafqazinfo-ya istinadən xəbər verir ki, bu tərəvəz A vitamini ilə zəngindi

.

İnsanlar niyə yuxuda danışır?

Yuxuda danışmaq (somnilokviya) çox yayılmış haldır və əksər hallarda təhlükəli sayılmır. xəbər verir ki, bu vəziyyət parasomniyalara daxildir və həm yuxunun dərin, həm də REM mərhələsində baş verə bilər. Həkimlər bildiri

.

Mədəniz narahatdırsa, bunları edin

Şişkinlik hiss etdikdə düzgün qidaları seçmək həzm sistemini rahatladır və qaz yığılmasını azaldır.  xəbər verir ki, bəzən az yesəniz də mədədə narahatlıq, sanki hədsiz yemiş kimi hiss edirsiniz. Bu vəziyyətdə qidalanmağınız

.

Saç yuyarkən bunları etməyin

Saç yuyarkən edilən bəzi gündəlik səhvlər zamanla saçların zəifləməsinə, tökülməsinə və qırılmasına səbəb ola bilər. Xüsusilə çox isti su ilə saç yumaq baş dərisinin qurumasına və saç tellərinin zədələnməsinə gətirib çıxarır

.

Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı

İspaniyada "MV Hondius" kruiz gəmisindən təxliyə edilən sərnişinlərdən daha birində hantavirus aşkarlanıb. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Tenerifedən Madriddək

.

Gündəlik stress ölüm riskini 5 dəfə artırır - gece

Stress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır. xəbər verir ki, bu, niderlandlı tədqiqatçıların gəldiyi nəticədir. Alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsin

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

turlar.az

sac duzumleri toy makiyaji sekilleri geyim seçimi aliment öhdəlikləri hamileliyin ilk elameti pul kisəsi hicab ortukleri kosmetika gülməli hakıştalar qaynana tapmacalar salam qiz burcu