Günəşə qarşı allergiyası olanlar - Fotodermatitin ƏLAMƏTLƏRİ

Günəşə qarşı allergiyası olanlar - Fotodermatitin ƏLAMƏTLƏRİBəzi insanlarda yaz, yay aylarında gün şüalarının təsirindən dəridə səpgilər, qızartı əmələ gəlir, dəri qaşının, qabıq verir.
Əksər hallarda belə səpgilər və s. üzdə, bəzən bədəndə (əsasən sinədə, qollarda) əmələ gəlir. Bu hal "fotodermatit" və ya "fotodermatoz" adlandırılır. Belə hesab olunur ki, fotodermatit insanların 20%-ndə bu və ya digər formada özünü büruzə verir.
Baxmayaraq ki, fotodermatit allergik reaksiyasına bənzəyir, bu allergiya deyil - gün şüalarında allergik komponent yoxdur. Bəs belə reaksiyanın səbəbi nədir? Əksər hallarda bunun səbəbi insanın dərisinin üzərində olan hər hansı maddə ilə gün şüalarının qarşılıqlı əlaqəsidir.
Milli.Az medicina.az-a istinadən fotodermatitin səbəb və əlamətlərini təqdim edir.
- Çiçəklənmə zamanı çəmən bitkiləri xüsusi maddələr ifraz edir. Bu maddələr dəriyə oturur və sonra ultrabənövşəyi şüalarının və bu maddələrin qarışılıqlı təsirindən dəri qızarır, səpir və qaşınır.
- Əgər insan günə çıxdıqdan əvvəl dərisinə krem və ya məlhəm çəkibsə, ətir və ya dezodorant istifadə edibsə, bu da fotodermatitin inkişafına səbəb ola bilər. Kremlərin, ətirlərin, dezodorantların, kosmetikanın tərkibində olan bəzi maddələr ultrabənövşəyi şüaları ilə reaksiyaya girərək allergiyaya səbəb olur.
- Bəzi dərman preparatların qəbulu fotodermatitin inkişafına təkan verə bilər. İlk növbədə bu tərkibində çoxlu miqdarda estrogen hormonları olan hamiləlik əleyhinə preparatlarına aiddir. Sulfanilamid preparatları (biseptol), bəzi antibiotiklər, ürək preparatları, ibuprofen, aspirin və s. kimi preparatlar insanda gün şüalarına olan həssaslığı artırır.
- Fotodermatit daha tez-tez dərisi ağ olan insanlarda və kiçik yaşlı uşaqlarda inkişaf edir.
- Pilinq, tatuaj və bəzi digər kosmetik prosedurlar dərinin gün şüalarına olan həssaslığını artırır.
- İnsanda olan immun sistemi xəstəlikləri, bəzi qara ciyər və böyrəküstü vəziləri xəstəlikləri də fotodermatitin inkişafına təkan verə bilər.
Əgər siz özünüzdə fotodermatitin simptomlarını müşahidə edirsinizsə, mütləq dermatoloqa və ya allerqoloqa müraciət edin. Müayinədən sonra həkim yerli və ümumi müalicə təyin edir.
Fotodermatit mütləq müalicə olunmalıdır. Əks halda bu gələcəkdə ağır dəri xəstəliyi olan ekzemanın inkişafına səbəb ola bilər.
Müalicədən əlavə fotodermatitdən əziyyət çəkən insanlar gün şüaları altında mümkün qədər az olmalı, qaralmamalı, solyariuma getməməli, çölə şıxdıqda kosmetikadan, ətirdən, dezodorantdan, kremlərdən istifadə etməməli, bağlı paltar geyinməli və şlyapa taxmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1216   Tarix: 20 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dünəndən qalan çayı içmək olar?

Çay dünyada ən çox istifadə olunan içkilərdən biridir. Bəzən dəmlənmiş çay süfrədə saatlarla qalır, hətta ertəsi gün yenidən içilir. Bunun sağlamlıq üçün nə dərəcədə təhlükəli olması ilə bağlı isə müxtəlif iddialar yayılır

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Quru göz sindromunun yaranma səbəbləri

Gözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur. -a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

turlar.az

gözəllik məhsulları toy makiyaji sekilleri kosmetik vasiteler yuxa tortu berguzar korel sağlamliq morugun faydasi kosmetika rus dilini öyrənək bakire turpun nağlı haxisda mekteb