Hamilə kirəc və təbaşir yeməmək üçün nə etməlidir?

Hamilə kirəc və təbaşir yeməmək üçün nə etməlidir?Hamiləlik zamanı bəzi qadınlar təbaşir, kirəc və s. müxtəlif qeyri-normal qidalarla qidalanırlar. Bəs bunun səbəbi nədir?
Hamiləlik dövründə qadınların bəziləri turşu yeməyi xoşlayır, bəzilərini isə şirniyyatdan doydurmaq olmur. Bir qism qadınlar da vardır ki, onlar hamiləlik zamanı təbaşiri, kirəci şirniyyatdan da çox sevir və yeyirlər. Bunun səbəbi onun orqanizmində zülal, yağ və karbohidrat mübadiləsinin pozulmasındadır. Bunun baş verməməsi üçün ananın və doğulacaq uşağın sağlam olması məqsədilə dietoloqun söylədiklərini sizlərə xatırlatmaq istəyirəm.
Zülal.
Hamilə qadın hər gün zülal qəbul etməlidir. Zülal ana və uşağın hormonal sistemində baş verən dəyişikliklərin sintezində mühüm rol oynayır. Ana zülal mübadiləsinin pozulmaması üçün hamiləliyin birinci yarısında gün ərzində 60-90 qram, ikinci yarısında isə 90-110 qram zülal qəbul eləməlidir.
Yağ.
Yağlar bütün insanlar kimi hamilə qədına da lazımdır. Yağ dedikdə biz əsil və keyfiyyətli yağı nəzərdə tuturuq. Yağlar orqanizmin hüceyrələrinə daxi olaraq onun müdafiə qüvvəsini artırır. Bu zaman lazım olan yağ miqdarını qızardılmış şəkildə yox, salatların üstünə tökülmüş halda qəbul etmək daha məqsədəuyğun sayılır. Bişirilən ətin yağlılığı da hamiləlik zamanı orqanizm üçün təhlükə törətmir. Yağlar bağırsaqlardan vitaminlərin sorulması prosesində fəal iştirak edir. Bu isə ana və doğulacaq uşağın sağlamlığı üçün əhəmiyyət daşıyır. Kolbasa, sosiska, həddindən artıq piyli ət, konservanın tərkibində olan yağların çox olmasının isə hamilə qadına zərəri var. Hamilə qadının bir günlük yağa olan tələbatı 25-30 qramdır.
Karbohidrat.
Hamilə qadının gündəlik minerallara və karbohidratlara ehtiyacı ödənilməlidir. Karbohidratlar bağırsaqların peristaltikasını stimulyasiya edir, toxluq hissi yaradır və enerji verir. Hamilə qadının gündəlik rasionun yarısını karbohidratlar tutmalıdır. Karbohidratlar ən çox çörəkdə, makaronda və s. olur.
Yuxarıda sadalananlar hamilə qadının normal sağlamlığı üçün lazımdır. Əgər hamilə qadın kifayət qədər normal qidalanmazsa, o zaman onun orqanizmində bir sıra vitamin və mineralların çatışmazlığı baş verir ki, bu da onun təbaşir, kirəc, çiy düyü və s. yeməsinə səbəb olur. Hamilə qadının qida rasionunun rəngarəng və zəngin olması üçün aşağıdakı qidalardan istifadə etməlidir:
* balıq
* ət və ət məhsulları
* süd və süd məhsulları
* qaraciyər
* buğda, düyü supları
* tərəvəzlər
* göyərti
* meyvələr.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1182   Tarix: 15 iyun 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

yaz geyimleri 2026 donlar 2026 adlarin menasi mastopatiya agrilari saca xina qoymaq qaydasi türk şirniyyatları səfər duası kosmetika novruz hakısdası hamilelik vətən həsrəti turpun nağlı baliq burcu