Hamilə qalmaq üçün dua və ya Quran surəsi varmı?

Hamilə qalmaq üçün dua və ya Quran surəsi varmı?Övladın olması üçün namazı dayandırmaq yox, çoxaltmaq lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etməklə və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir. (əl-Bəqərə, 153).

Unikal.org bildirir ki, insanın başına müsibət gəldikdə şeytan onun dini biliklərinin az olmasından istifadə edərək, namazı buraxmaq, Uca Allaha asi olmaq və s. fikirlər təlqin edir. Halbuki, hər kəs bilməlidir ki, Allahın razılığını və Cənnəti qazanmağın yolu dünya həyatında başına gələn müsibətlərə səbr edərək Allahın dini üzərində sabit qalmaqdır. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan (övlad) və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"- deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır" (əl-Bəqərə, 155-157).

Ona görə də, dini biliklərimizi artırmaq, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və səhabələrin həyatını oxumaq, onların Allah yolunda müsibətlərə necə dözdüklərini öyrənmək lazımdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "İmtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çox olar". (Buxari).
Səbir və namazla yanaşı Allaha çoxlu dua etmək və digər xeyirli əməlləri çoxaltmaq lazımdır. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) bizə övlad üçün xüsusi dua buyurmasa da, özünüz istədiyiniz kimi və ya Qurani Kərimdə peyğəmbərlərin etdikləri kimi dua edə bilərsiniz: "Bir zaman Zəkəriyyə Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!" (Rabbi həb li millə dunkə zurriyyətən tayyibətən, innəkə səmiu-d-dua)". (Ali İmran, 38).
"(İbrahim dedi: ) "Ey Rəbbim! Mənə salehlərdən olan bir övlad bəxş et!" (Rabbi həb li minə-s-salihin)". (əs-Saffat, 100).

Duaların ən çox qəbul olunduğu vaxtlardan biri gecənin son üçdə biridir. Odur ki, siz dualarınızı çoxaldın və bacardığınız qədər gecə namazını qaçırmayın. Gecə namazı necə qılınır?
Bütün bunlarla yanaşı, əlbəttə ki, müalicə və digər səbəblərdən də yapışmaq lazımdır. Allah sizə saleh övladlar nəsib etsin!

Ailə və Uşaq     Baxılıb: 8815   Tarix: 22 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

turlar.az

qadın geyimi qadin dunyasi gelinlikler elm haqqinda atalar sozu hakışta xınayaxdı sözləri hind paltarlari sifahi xalq edebiyyati kosmetika hakıştalar nizami gəncəvi efsaneler seksler laylalar