Hamilələrə bu qidaları yemək olmaz - VACİB DETALLAR

Hamilələrə bu qidaları yemək olmaz - VACİB DETALLARHamiləlik dövrünə günəş, isti və nəm də əlavə edilincə hamilə qadınları daha çətin bir yay gözləyir. Bu dövrdə həm ananın öz sağlamlığı, həm də körpənin fiziki və zehni inkişafı üçün qidalanmasına iki qat diqqət etməsi vacibdir.
Aile.lent.az hamilə qadınlara yayda necə qidalanmalı olduqlarına dair bəzi detalları təqdim edir.

Hər səhər 2 ədəd qoz və 2 ədəd ərik

Yayda hamilələrin səhər yeməyində mütləq yer almalı olan qidalardan biri də qozdur. Tərkibindəki Omega-3 ilə beyin və göz sağlamlığına, körpənin fiziki və zehni inkişafına yardımçı olur. Odur ki, hamilə qadın hər səhər 2 ədəd qoz yeməlidir. Qozun yanında yeyilən 2 ədəd quru ərik isə potasium qaynağıdır. Ərik körpənin mineral və vitamin ehtiyacının qarşılanmasını təmin edir. Ananın artan şəkər ehtiyacını nizamlayaraq, qəbizlik probleminə yardım edir.

Pendirin yaxşısını seçin

Kifli, pasterizə edilməmiş pendirlərdən uzaq durun. Pasterizə edilməmiş (yəni qablaşdırılmamış) yumşaq pendirlərdə ola biləcək "listeria" bakteriyası düşmə, erkən doğuş təhlükələrinə yol aça bilər. Hamiləlik dövründə mümkünsə yumurtanı qaynamış, ya da omlet şəklində yeyin. Xüsusən də içərisində müxtəlif göyərtilər olan omlet yemək tərkibindəki bütün vitamin və mineralların əmilməsinə yardımçı olur.

Süd və süd məhsulları mütləqdir

Bu qidaları gündə 2-3 pors yemək lazımdır. Hər yemək zamanı mütləq süd qrupuna daxil olan məhsul da süfrənizdə olsun. Səhərlər sadəcə süd içə bilər, günorta və axşam yeməklərində ev qatığı yeyə, gecə yatmadan əvvəl isə yenə süd içə bilərsiniz. Bu, həm də kalsium çatışmazlığına faydalıdır, eyni zamanda protein qəbulunu da təmin edir.

Qırımızı ət və balığa limon sıxın

Yayda ağır və çox yağlı yemək yerinə az duru yağla bişirilmiş tərəvəz yeməkləri, quru paxlalılar yeyilməlidir. Tərəvəz yeməklərinin yanında qırmızı ət və balıq da yeyin. Ətin üzərinə limon sıxsanız, dəmir qəbulunu artırır.

Bitki çaylarından uzaq durun

Bu dövrdə diqqət edilməsi vacib detallardan biri də soyuq, ya isti, fərq etməz, bitki çayı və cəfəridən uzaq olmaqdır. Soyuq olsa belə, bitki çayı içməyin. Bu, uşaqlıq dartılmalarına səbəb olur. Çox çay və qəhvə qəbulu da anada olduğu kimi, körpədə baş və boyun bölgəsində anormallıqlar yaradır.
Çiy ət və az bişmiş ətlərdən uzaq durun. Bunlar anada toksoplazmaya yol açır. Bu parazit hamiləliyin ilk dövründə körpədə yüksək qızdırma, fərqli yuxarı tənəffüs yolu xəstəlikləri, göz və sinir sistemi xəstəliklərinə, körpənin beynində bəzi fəsadlara yol aça, düşməyə də səbəb ola bilər. Nitrit və nitrat tərkibli kolbasa, sosiska kimi məhsullar da bu dövrdə çox yeyilməməlidir.

Köpə qarşı çoxlu su için

Yay aylarında diqqət edilməli olan detallardan biri də yetərincə su qəbuludur. Əsasən də havalar isindiyi üçün bu dövrdə şiş, köp problemi çox yaşanır. Qazlı içkilər və şirin meyvə suları içmək o qədər də məsləhət deyil.

Ailə və Uşaq     Baxılıb: 3585   Tarix: 10 oktyabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

turlar.az

aksessuarlar geyim dəbləri geymler 2026 kokteyl paltarlari yeməklər ailə psixoloqiyası xinayaxdi hakista kosmetika hakista şəhid dolca gözellik qaynana