Hamiləlik maskası nədir

Hamiləlik maskası nədirHamiləliklə birlikdə üzünüzün bəzi hissələrində açıq və tünd rəngli ləkələr əmələ gəlir. Niyə görə və necə əmələ gəlir? Ən əsası bu hal nə vaxt keçib gedəcək?
Hamiləlik maskası kimi məşhurlaşan qəhvəyi rəngdə narahatedici bu görüntü melazma və ya xloazma adlanır. Melazma (yunanca "melas"–tünd, qara deməkdir) və ya xloazma (yunanca "chloazo"– yaşıllaşma, göyərmə deməkdir) – üz və ya bəzən də boyun nahiyəsində qeyi-bərabər yayılmış qazanılma piqmentasiyadır. Melazma zamanı xüsusilə üz və boyun dərisi zədələnir. Orqanizmin selikli qişaları isə heç zaman bu piqmentasiyaya məruz qalmır. Kişilərlə müqayisədə qadınlar melazmadan daha çox əziyyət çəkir. Melazma və ya xloazmanın lokalizasiyasından asılı olaraq 3 klinik forması ayırd edilir:
Sentrofasial piqmentasiya – alnın mərkəzi hissəsi, yanaqlar, üst dodaq, burun və çənə nahiyəsində;
Molyar piqmentasiya – yanaqda azı dişlər səviyyəsində;
Mandibulyar piqmentasiya – isə alt çənənin bucaq nahiyələrində baş verir.
Melazma dərinin kosmetik defekti olub, dəridə özünü qəhvəyi və ya şabalıdı ləkələrlə büruzə verir. Bu ləkələr istənilən insanda, xüsusilə də qadınlarda hamiləliklə əlaqədar hormonal disbalans fonunda, doğuşdan, hormonal kontraseptivlərin qəbulundan sonra yarana bilər, buna görə də melazmanı çox vaxt hamiləlik maskası adlandırırlar. Dərinin bu kosmetik defektinin sağlamlıq üçün heç bir mənfi təsiri yoxdur.
Hamiləliyin 8-ci həftəsindən etibarən hormonal dəyişkənliklə əlaqədar civzələr də meydana gəlir. Hamiləlik zamanı melanotropin maddəsi ilə əlaqədar melanin sintezinin artması hiperpiqmentasiya ilə nəticələnir. Hamiləlik maskası xüsusilə üzdə (əsasən yanaqda), alında, genital sahədə, daha yayılmış şəkildə olmaqla bərabər qollar və bədənin yuxarı nahiyəsində də rast gəlinən yamaq kimi, nizamlı və ya nizamsız dəri rənginin tündləşməsilə görünən bir əlamətdir. Hamiləlik maskası təkcə hamilələrdə rast gəlinən bir əlamət deyil. Hamiləlik zamanı hormonal dəyişiklik fonunda əmələ gəlməklə yanaşı, bu şəkildə hormonal dəyişiklikləri yarada bilən hormonal kontraseptivlər, aybaşının normal keçməsini təmin edən dərmanların istifadəsi, düşüklər (abortlar) kimi əlamətlərdə bu xüsusiyyət nəzərəçarpacaq dərəcədə artır. Bununla yanaşı işıq həssaslığını artıran bəzi dərmanların qəbulu (bəzi antibiotiklər, nevroloji dərmanlar, ağrıkəsicilər), günəşdən əvvəl üzə kosmetik vasitələrin (xüsusilə spirtli və ətirli kosmetik vasitələrin) istifadəsi də bu ləkələrin yaranmasına şərait yaradır. 70-90% qadında rast gəlinən bu piqment artması doğuşdan sonra aradan qalxır.
Melazmanın yaranmasının əsas səbəbi anadangəlmə ultrasəs şüalanmanın və estrogenlərin stimullaşdırıcı təsirinə qarşı melanositlərin anadangəlmə həssaslığının artmasıdır. Melazma daha çox tünd dərili insanlarda yaranır.
Dəridə qəhvəyi rəngin artması kimi klinik olaraq görülən bu tablonun 3 forması mövcuddur:
Əgər hiperpiqmentasiya dərinin sadəcə üst təbəqəsinə (epidermis) aiddirsə, buna epidermal tip deyilir.
Əgər hiperpiqmentasiya dərinin sadəcə alt təbəqəsinə (dermis) aiddirsə, buna dermal tip deyilir.
Əgər hiperpiqmentasiya dərinin hər iki təbəqəsinə aiddirsə, buna epidermal-dermal tip deyilir.
Müalicəsi varmı?
Müalicə zamanı ilk növbədə qoruyucuların yaz-qış dövründə davamlı və nizamlı istifadəsi faydalıdır. Hamiləlik dövründə kimyəvi günəş qoruyucularının yerinə mineral günəş qoruyucularının istifadəsi daha müvafiqdir və 3-6 ay müddətində istifadəsi önəmlidir. Epidermal tip müalicəyə çox yaxşı cavab verir. Epidermal-dermal tip isə müalicəyə bir qədər çətin tabe olsa da, payız və qış fəsillərində effektiv nəticə almaq olur. Melazmanın standart müalicəsində ferment inhibitorları, depiqmentasiyaedici və ağardıcı agentlər, steroid hormonlar, fototerapiya, ozonoterapiya, antioksidant, iltihab əleyhinə terapiya, pilinqlər, dermabraziya və s.-dən istifadə edilir. Lakin bu üsullar nadir hallarda effekt verə bilir.
Müalicədə istifadə olunan bəzi fitoterapiya üsulları:
Böyürtkən, qaymaqçiçək, qırmızı gül, cökə, əməköməci, gülxətmi və qaymaq. Qeyd olunanların hərəsindən bir az götürülüb bir qabda qarışdırılır. Kifayət qədər həll olduqdan sonra ləkələrin üzərinə yaxılır.
Sürvə yarpağı (adaçayı) və günəbaxan yağının hərəsindən bir az götürülərək bir qabda qarışdırılır. Qarışıq həlməşik kütlə formasına gəldikdən sonra ləkələrin üzərinə sürtülür.
Məsləhətlər: Hamiləlik maskasında ləkələr sadəcə günəşə məruz qalan bölgələrdə daha çox əmələ gəlir. Günəşli havada çox olmaq məsləhət deyil, qoruyucu kremlərdən istifadə etmək mütləqdir. Hamiləlik maskasındakı ləkələr doğuşdan sonra keçə bildiyi kimi, bəzən illərlə, hətta ömür boyu da davam edə bilir. Doğuşdan sonra ləkələr keçmirsə, dermatoloji müayinə vacib sayılır. Həssaslıq yaradan kosmetik vasitələrdən yayınmaq lazımdır, özbaşına tünd rəngli ləkələri yox etmək üçün hansısa bir dərman vasitəsindən istifadə etmək düzgün sayılmır.
Ən yaxşısı isə dərinin gigiyena qaydalarına və qida rasionuna əməl etməkdir.
Həkim-fitoterapevt Dr. Elnur Rəhimov , fito.az

Ailə və Uşaq     Baxılıb: 3902   Tarix: 21 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

turlar.az

sac duzumleri gelinlikler sade makiyaj sekilleri 2026 un geyimleri boyuk qadin dosleri qadin net ev dekorasiyası kosmetika kahfe falı oğlan evine aid hakisda hakisda novruz bayramına aid hakıştalar novruz bayramına aid