Hamiləlik vaxtı qrip uşağa ziyan vura bilər

Hamiləlik vaxtı qrip uşağa ziyan vura bilərHamiləlikdə immun sistemi zəiflədiyindən qripp daha ağır və uzunmüddətli olur.
Qrip, insandan insana yaxın təmasda hava-damcı yolu ilə keçir. Xəstəliyin sürəsi 1- 4 gündür. Böyüklərdə simptomlar başlamadan 1 gün əvvəl və başladıqdan 5 gün sonra keçiriciliyi aktiv olur.
Qrip anadan dölə keçə bilir.
Hamiləlik müddətində ürək vurğusunda, ürəyin pompaladığı qan miqdarında, oksigen tükətimində, ağciyər tutumunda və immun sistemində ortaya çıxan fizioloji dəyişikliklər qriplə bağlı ağırlaşmaların ola biləcək riskini artırır. Hamiləliyin son həftələrində qripə tutulan hamilə qadının doğuş sonrası xəstəliyini uşağına keçirmə riski çoxdur.
Hamiləlikdə qrip peyvəndi edilə bilər.
Qrip ilə bağlı ciddi ağırlaşmaların qarşısını almağın tək və effekti yolu qrip peyvəndidir. Peyvənd vurulduqdan sonra anada əmələ gələn antitellərin bir miqdarı uşağa da keçərək həyatının ilk aylarında onu da qripə qarşı qoruyacaqdır. Qrip peyvəndi canlı virus olmadığından hamiləlikdə işlədilməsinin də bir əks göstərişi yoxdur. Qrip peyvəndi eyni zamanda əmizdirən analara da edilə bilər. Peyvənd, əzələdaxili inyeksiya olaraq qoldan vurulur. Hamilə qadınların qrip sezonunda hamiləliklərinin ikinci və üçüncü aylarında qrip peyvəndi olunması məsləhətdir. Qrip peyvəndi hamiləliyin hər dönəmində etibarlı olsa da, ilk ay çox lazım olmadıqca dərman istifadəsindən çəkinmək və peyvəndi ilk ücaylığın sonunda edilməsi daha uyğundur.
Hamiləlikdə qripi daha yüngül keçirmək üçün diqqət edilməsi məqamlar:
- Bakterial infeksiyanın olmadığı təqdirdə antibiotik istifadə edilməməlidir.
- Müalicədən çox xəstəliyə tutulmamaq vacibdir. Bu səbəblə epidemiya dönəmində bağlı yerlərdə çox qalmamaq və əlləri tez-tez yumaq qoruyucu ola bilər.
- Ən yaxşı və ən effektiv dəstək müalicəsi yataq istirahətidir. Yatarkən başı yuxarıda tutmaq (2 və daha çox sayıda yastıq ilə yatmaq) burun axıntısının verəcəyi rahatsızlığı da azaldacaqdır.
- Ətraf mühitin kifayət qədər isti olmasına və yaxşı havalandırılmasına diqqət edilməlidir.
- Havanın qurumasının qarşısı alınmalıdır, nəmli olması təmin edilməlidir.
- Kifayət qədər maye qəbulu son dərəcədə vacibdir.
- Xəstəlik müddətində qidalanmağa diqqət edilməlidir, iştahasızlıq varsa enerji ehtiyacını qarşılamaq üçün karbohidrat tərəfindən zəngin pəhrizə üstünlük verilməlidir.
- Boğaz ağrısını götürmək üçün pastil işlədilə bilər.
- Burun tutulması üçün duzlu su ya da dəniz suyu işlədilə bilər.
- Xəstənin vəziyyəti yüngülləşdikdə dərhal aktiv fəalliyyətə qayıdılmamalıdır, tam sağalma üçün bir vaxt daha istirahət edilməlidir.
Ana namizədlərində qrip bəzən ciddi fəsadlar yarada bilər. Hərarət uzun müddət 38.5 C üzərinə çıxdıqda, nəfəs alıb vermədə güclük varsa, sinə ağrısı əlavə olunursa, şiddətli qulaq ağrısı, qulaqdan axıntı və qanaxma olarsa,  axıntı və qızarıqlıq varsa, ənsə sərtliyi ortaya çıxarsa və xroniki öksürək olursa  mütləq həkimə müraciət edilməlidir.
Hamiləlik vaxtı qrip uşağa ziyan vura bilərSaglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 2787   Tarix: 19 mart 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

turlar.az

adlarin menasi yay kolleksiyasi qadın geyimi xınayaxdı sözləri quru yemekler qadin net aşıq kosmetika rus dili 2ci ders mikayıl abdullayev dolça naz mila qızlıq pərdəsi