Hamiləlik və yaş

Hamiləlik və yaşGünümüzdə yaşdan asılı olan sonsuzluq getdikcə artmışdır. Qadınların ən rahat hamilə qalma müddəti 20-30 yaş arasıdır. 30 yaşdan yuxarı, xüsusilə 35 yaşdan yuxarı qadınlarda yumurtaların inkişaf prosesinin pozulması ilə hamilə qalma şansı azalır, 40 yaşdan yuxarı isə hamilə qalmaq şansı nəzərə çarpacaq dərəcədə azalır. Övlad sahibi olmağı təxirə salmaq ən mühüm sonsuzluq səbəblərindən biridir. Yuxarı yaşlarda bir sıra müalicələr uğursuz nəticələnir.

Sonsuzluğa qarşı müalicə zamanı yaş faktoru hamilə qalma qabiliyyətinə təsir göstərir. 35 yaşdan yuxarı qadınlarda doğuş qabiliyyəti artıq azalmağa başlayır. Nə qədər sağlam olmanıza və nə qədər özünüzə diqqət etmənizə baxmayaraq bu azalma dəyişmir.

Yaş ötdükcə yaşlanma ilə bağlı olaraq yumurtalıqlarda da dəyişikliklər baş verir. Kişi orqanizmi bütün həyatı boyunca sperma hazırlayır. Lakin, qadınlarda bu vəziyyət tamam başqadır. Qadınlar yumurtalıqlarında sahib olduğu bütün yumurtalar ilə birlikdə dünyaya gəlir. Anadan olarkən yumurtalarınızın sayı nə qədər olarsa olsun, yeniyetmə yaşlarında bu say aşağı düşür. Məsələn, anadan olarkən milyondan artıq yumurtanız var idisə, yeniyetmə yaşınızda bu rəqəm 300.000-ə düşür. Bu yumurtalardan yalnız 300-ü dünyaya uşaq gətirmə prosesində lazım olur, yerdə qalanı isə atreziyaya məruz qalır. Atreziya bu və ya digər səbəbdən asılı olmayaraq degenerasiya prosesidir. Siqaret çəkmək bu prosesi xüsusilə sürətləndirir.

Şübhəsiz, hamilə qalmaq şansınız yalnız yaşınızdan asılı deyildir. Doğuş qabiliyyətinə təsir edən bir sıra faktorlar vardır. Gündəlik həyatınızda bir sıra davranış və ya həyat tərzi doğuş qabiliyyətinə təsir edir. Bunlardan bəziləri aşağıda qeyd olunmuşdur:

Siqaret çəkmək;
Spirtli içki qəbul etmək;
Artıq çəki (piylənmə);
Həddindən artıq arıqlıq;
Stressli həyat;
Kofein;
Əzələlərin inkişaf etdirilməsi zamanı istifadə edilən stereoidlər;
Cinsi yolla keçən xəstəliklər;
Ginekoloji xəstəliklər;
Səhhət problemləri.
və s. bir sıra faktorlar hamiləlik prosesini və şansınızı azaldır.
Kişilərdə yuxarı yaş və nəsil artırma qabiliyyəti

Kişilərdə də yuxarı yaşla bağlı cinsi funksiyalarda dəyişikliklər baş verir. Hər nə qədər dəyişiklik olursa olsun kişilərdə ata olmağın yaşı olmur. Günümüzdə 60 yaşlarında, 70 yaşlarında və hətta 80 yaşlarında belə kişilər partnyorları ilə asanlıqla övlad sahibi ola bilər. yuxarı yaşlarda kişilərin sperma hərəkətliliyi aşağı düşür və şəkli dəyişir. Yuxarı yaşlarda xayalar kiçilir və yumşalır. Sağlam həyat tərzi keçirən kişilərdə mühüm dəyişikliklər baş vermir.
Müalicə üsulları

Sonsuzluq bir sıra yollarla müalicə edilə bilər. Həkiminiz analizlərinizin nəticəsindən asılı olaraq həyata keçirəcəyi müalicə üsulunu sizə izah edəcəkdir. Əlbəttə bu müalicələr 100% uğurlu keçməyə bilər. xüsusilə də, yuxarı yaşlarda hamiləlik şansı daha aşağı düşür. Sonsuzluq həm maddi cəhətdən, həm də mənəvi cəhətdən çətin müalicədir. Bir sıra ailə bu yüklərin altına girməyərək övladsız həyatı seçirlər və ya övladlığa uşaq götürürlər.
Daşıyıcı analıq

əgər yumurtalarınız hamiləlik üçün kifayət dərəcədə keyfiyyətli deyilsə və ya yoxdursa, daşıyıcı analıq seçimi edə bilərsiniz. Daşıyıcı analıq seçimi səhhət problemləri səbəbi ilə hamilə qalması qadağan olan və ya uşaqlığın götürülməsi əməliyyatı keçirilmiş (histetoktomiya), lakin hələ də yumurtaları mövcud olan qadınlar üçün seçim yoludur. Daşıyıcı analığın mərhələləri aşağıdakılardır: partnyorunuzdan götürülən sperma ilə sizdən götürülən yumurtalar mayalandırılaraq daşıyıcının uşaqlığında yerləşdirilir. Daşıyıcı analıqda siz yalnız körpəni bətninizdə daşımırsınız, lakin dünyaya gələcək körpənin valideynləri sizsiniz.
Yumurta bağışlanması

Yumurta bağışlanması üsulu başqa qadının bağışladığı yumurtalardan istifadə edərək hamilə qalma üsuludur. Əgər yumurtalarınız sağlam şəkildə əmələ gəlmirsə, yumurta bağışlanması üsulundan istifadə edə bilərsiniz. Yaşınız yuxarıdırsa, xüsusilə yaşınız 40-dan yuxarıdırsa və sonsuzluq üçün aldığınız müalicələr uğursuz keçibsə, və ya erkən menopauza (klimaks) keçirmişsinizsə, bu zaman müalicə seçimləriniz çox deyildir. Donor yumurtalarla hamilə qalmaq şansı çox yüksəkdir və müalicə üsulu süni mayalanma üsulu ilə eynidir.

Unutmayın ki, hamiləlik şansı yumurtaların keyfiyyətindən asılıdır. Yuxarı yaşlı qadınlarda hamiləliyə təsir edən ən mühüm faktor yumurtanın keyfiyyətidir. Yumurta bağışlanması üsulu ilə yuxarı yaşlarda olsanız belə sizə keyfiyyətli yumurta köçürüləcəyi üçün hamiləlik şansı yüksək olur.
Övladlığa uşaq götürmək

Bir çox yollara əl atmısınız və müalicələr uğursuz keçibsə və ya sonsuzluğun müalicəsini düşünməyibsinizsə, övladlığa uşaq götürmək yolunu seçə bilərsiniz.

Ailə və Uşaq     Baxılıb: 3347   Tarix: 11 oktyabr 2014
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

toy makiyajlari geyim necə seçməli sade makiyaj sekilleri toy ucun maraqli ideyalar asan kakos yagi dekorasiya kosmetika qardasa aid haxistalar cinsi elaqe novruz bayramina aid hakistalar seksual tapmaca