Hamiləlik zamanı seks

Hamiləlik zamanı seksAilə həyatının möhkəmlənməsi üçün cinsi əlaqə çox lazımdır.Hamiləlik isə ailə həyatında ən vacib məqamdır,bu zaman qadınların əhval-ruhiyyəsində,fiziki hərəkətlərində çox dəyişikliklər olur.Bütün bunları kişilər asanlıqla qəbul etmir.9 ay ərzində cütlər bir-birlərini yenidən tanımağa başlayır.Cinsi əlaqə problemlərin həllində əsas rol oynayır.Əgər atalar cinsi əlaqədən qorxullarsa həkimə müraciət etmək lazımdır.Hamiləlik dövründə yalnız bir neçə halda seksin təhlükəsi olar:
• uşağın düşməsi təhlükəsi varsa və siz əvvəl də tez-tez uşaq salmısınızsa;
• cift möhkəm deyilsə, ya ciftin yerləşməsində problem varsa;
• çoxdöllü hamiləlik zamanı;
• sizdə, ya yoldaşınızda cinsi orqanlarda infeksiya varsa (bir daha xatirladaq ki, bu məsələ hamiləliyə qədər həll olunmalıdır, hər iki valideyn həkimə müraciət etməli, xəstəliyi olub-olmadığını müəyyənləşdirməli, müalicə olunmalıdır, yalnız bundan sonra hamiləlik barədə düşünmək məsləhətdir).
Cinsi əlaqənin gələcək körpəyə zərəri yoxdur ki?

Yox. Uşaqlığın qalın əzələli divarları, eləcə də başqa orqanlar dölü qoruyur.
Düzdür, orqazmdan sonra dölün tərpəndiyini güman edə bilərsiniz, ancaq gümanınıza səbəb uşaqlığın yığılmasıdır. Gələcək körpənizi incitmədiyinizə əmin ola bilərsiniz. Onun heç nədən xəbəri yoxdur!
Bəs orqazm doğuşu tezləşdirmir ki?

Uşaqlıq doğuşa hazır deyilsə və döl yetişməyibsə, uşaqlığın yığılmasının zərəri yoxdur. Amma əgər doğuşa çox az qalıbsa, orqazm doğuşun başlamasına təkan verə bilər. Yəni seks sancıları "gətirə" bilər.
Hamiləlik dövründə qadının seksə marağı azalır?

Bu suala bir sözlə cavab vermək mümkün deyil. Bəzi hamilələrin, əksinə seksə marağı əvvəlkindən çox olur. Bu halda cütlük hamiləlik dövrünü cinsi münasibətlərin ən gözəl dövrü kimi xatırlaya bilər. Amma bəzi hamilələrdə cinsi əlaqəyə maraq azalır, ya da tamam olür.
Çox vaxt hamiləliyin ilk 3 ayında seksə maraq azalır (xüsusilə ilk dəfə hamilə olan qadınlarda belə olur). Buna səbəb, hamiləliklə bağlı narahatlıq, qorxu, eyni zamanda toksikoz, yorğunluq, süd vəzilərinin kobudlaşması, hormonal dəyişiklik nəticəsində emosional vəziyyətin dəyişkənliyidir.
İkinci 3 ay ərzində seksə maraq adətən bərpa olunur. Hamilənin bədənində qan dövranı gücləndiyindən uşaqlıq yolunda sekresiya artır. Bu da eroqen yerlərdə hissiyyatın güclənməsinə, qadının orqazm qabiliyyətinin artmasına səbəb olur. Statistika göstərir ki, qadınların çoxu orqazmın nə olduğunu məhz hamiləliyin ikinci rübündə anlayırlar. Odur ki. fürsəti əldən verməyin.
Son 3 ayda yenidən problem yarana bilər. Qarınları böyüyən qadınlar çox vaxt çəkinir, özlərini cazibədar hesab etmirlər. Bəzilərində yenidən toksikoz başlayır.
Həyat yoldaşınızın cinsi istəkləri...

Hər şey tərəflərin özündən-xüsusiyyətindən asılıdır. Sevdiyi qadının hamiləliyi kişini yumşaltmaqla yanaşı məsuliyyət hissini artırır. Axı cəmi bir neçə aydan sonra onun statusu tamamilə dəyişəcək—ata olacaq. Odur ki, yoldaşınızın seksə marağının azalması sizi qorxutmasın. Nəzərə alın ki, o da narahatdır. Xanımının sağlamlığı, hamiləliyin normal keçməsi onu da maraqlandırır və bəzən kişilər də gələcək körpələrini incitməkdən çəkinirlər.
Hər bir kişi, açıq deməsə də, sonsuzluqdan qorxur. Odur ki, xanımının hamiləliyi kişini sevindirməklə yanaşı, daha ehtiyatlı edir. Bu da seksə təsir göstərir.
Həm də bilin ki, qadınlar hamiləliklə bağlı dəyişiklikləri daha təbii qarşılayırlar. Amma kişi xanımının görünüşünün dəyişməsinə, yeni zövqünə və yeni əhvalına daha çətinliklə alışır.

Seksin mənası sadəcə təbii artım yox,həm də partnyora qarşı diqqət,nəvaziş və sevginin göstəricisidir. Bir şeyi bilmək zəruridir; hamiləlik zamanı xüsusilə vacib olan ailə münasibətlərində harmoniyanı qorumaqdır. Qarşınızdakının da istəyini nəzərə alın, özünüzə də diqqətli olun. Özünüzə çox əziyyət verməyin. Hamiləlik dövründə seks çox da vacib deyil. Qarşılıqlı məhəbbəti ifadə etməyin yolu çoxdur!
İlk 3 Ayda

Hamiləliyin ilk 3 ayı, cütlər üçün ən çətin və ən uzun dövrdür. Mədə bulantısı və böyüməyə başlayan sinələrinizdəki ağrıdan ötəri özünüzü çox vaxt pis hiss edə bilər və cinsi istəksizlik duya bilərsiniz. Bu vəziyyətdə yoldaşınıza bir az səbrli olmasını və sizi anlamasını söyləməlisiniz.
3-7 ay arası

Hamilə olduğunuzu artıq qəbul etmiş və bununla yaşamağı öyrənmisiniz. Bu dövrdə cinsi arzularınız geri gəlmişdir. Bu dövr bir çox qadın üçün ən güclü orgazmların yaşandığı dövrdür. Qan təzyiqinizdəki artım, hormonal sekresiyalarınız cinsi istəklərinizi qamçılayacaq. Vaginal mayeniz artdığından kiçik ağrı duymadən əlaqəyə girə bilərsiniz. Hələ körpəniz səbəbindən də qarınınız çox çox böyümədiyi üçün istədiyiniz mövqedə sevişə bilərsiniz.
7. aydan sonrası

Qarınınız gedərək böyüdüyü üçün hər mövqedə cinsi əlaqəyə girə bilməzsiniz. Bu dövrdə daha çox yan yataraq sevişməyi təcrübənin.Yoldaşınızın qarınınızın üstünə çox çox basdırmamasına diqqət yetirin. Zatən hər mövqedə yata bilməmək, gün keçdikcə körpəniz üçün narahatlıq və ağırlaşan bədəninizi zorla hərəkət etdirmək cinsi istəklərinizi özbaşına yatıracaq. Bu vəziyyətdə ön sevişməyi uzun tutmalı və bir-birinizi uzun müddət oxşamalısınız.
Diqqət,bilməniz lazım olan nöqtələr:

Hamiləlikdə cinsi bərabərlik əsnasında gigiyenaya normalda olduğundan daha çox diqqət yetirməlisiniz.
Cinsi əlaqənizin sıxlığını bu dövrdə bir az azaldın. Məsələn yeni bir əlaqə üçün əvvəlki əlaqənizin üzərindən 24 saat keçməsinə diqqət yetirin.
Körpənizə zərər verməmək üçün daha çox sizin üstdə olduğunuz mövqeləri seçin.
Ancaq qarınınız böyüdükcə əlbəttə ki bir az daha diqqətli olmalısınız.
Hamiləyiksə cinsi əlaqəyə "yox" deməməliyik.Əksinə yeni kəşflər etməliyik.Sizləri maraqlandıran mövzulara və suallara aydınlıq gətirək.

Uşaqlar valideynlərinin cinsi əlaqəylə məşğul olduqlarnı hiss edirlərmi? Bu onlara təhlükəli deyilmi?

Uşağı matka pərdəsi qoruyur(o yetərincə qalındır).Uşaq heç nə hiss etmir.Hətta cinsi əlaqədən sonra orqazmda hərəkət hiss edirsinizsə,bu o demək deyilki,uşağa pisdir.Ya da o,nə baş verdiyini anlayır.Uşaqçün anasının ehtirasa gəlməsi çox önəmlidir.Bunun nəticəsində uşaq daha çox oksigen və qidalandırıcı maddələr qəbul edir.

Hansı poza təhlükəlidir?

Normal keçən hamiləlikdə demək olar ki,heç bir seks pozası təhlükəli deyil.Əsas gələcək ananın rahatlığıdır.Qarına yük düşməməsinə diqqət edilməlidir.Çox fiziki gücə yol verilməməlidir.
Cinsi istək azalırmı?

Qadınlarda adətən azalmır.Əgər azalırsa bu orqanizmin gücündən və uşağa ziyan vermək qorxusundan ola bilər.
Nə vaxt cinsi əlaqə olmaz?

Əgər hamiləlikdə problem varsa (qanaxma,düşmə ehtimalı və s.) ,ya kişidə hər hansı mikrob varsa cinsi əlaqə olmaz.Hər ehtimala qarşı həkim məsləhəti olmalıdır.Aybaşı olacağınız günlərdə olmaz-belə hallarda düşmə ehtimalı olur.
Mənbə: qadın.net

UPD. Yazı qadınlar üçündür.

Ailə və Uşaq     Baxılıb: 3736   Tarix: 30 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az makiyaj etmek qaydalari donlar 2025 geyim dəbləri qısa saçların yığılması gəlin paltarları qirmizi uzun donlar qazan katleti rus dilini öyrənək 2 ci dərs oxatan tapmacalar muellim seiri veten haqqinda atalar sozleri