Hamiləliyi sağlam keçirmək üçün 5 qaydaya riayət edin
Təəssüf ki, bütün qadınların asanlıqla hamilə qalmaq şansı yoxdur. Bunun səbəi nədir? Hamiləliyin baş tutması hansı amillərdən asılıdır?
Ovulyasiyaya diqqət edin
Ovulyasiya günü hamiləliyin baş tutması üçün ən münasib vaxt sayılır. Bu zaman bir və ya bir neçə yumurta hüceyrəsi yumurtalıqdan çıxaraq uşaqlıq borusuna düşür. Əgər bu zaman burada spermatozoidlər olarsa, mayalanma baş verir.
Yumurta hüceyrəsindən fərqli olaraq spermatozoidlər qadının cinsiyyət yollarında 3-5 (kişi cavan və sağlamdırsa, hətta 7) gün mayalanma üçün hazır vəziyyətdə qala bilir. Beləliklə, ovulyasiyadan 1-5 gün əvvəl və ovulyasiya günü hamiləlik üçün ən münasib günlər sayılır. Odur ki, ovulyasiya başlayanda nizamlı olaraq sekslə məşğul olmaq önəmlidir. Əgər bu dövrü müəyyənləşdirməkdə çətinlik çəkirsinizsə, 2-3 gündən bir cinsi əlaqəyə girməklə də döllənmək şansını artıra bilərsiniz.
Qeyd edək ki, ovulyasiya qadınlarda baş verən menstruasiya prosesinin bir hissəsidir. Menstruasiya prosesi 28-32 gündənı bir olur. Ovulyasiya, əsasən, menstruasiyanın 10-19-cu günləri arasında baş verir. Həmin dövrdə yumurtalar uşaqlıq borusuna düşərək burada sperma ilə mayalanır. Ovulyasiyanı beynin "hipotalamus" adlanan hissəsi idarə edir.
Siqaret, qəhvə və içkidən uzaq durun
Körpə sahibi olmağa çalışan cütlüklər siqaret, spirt və kofein kimi yumurta və sperma hüceyrələrinin keyfiyyətini korlayan və döllənməni əngəlləyən amillərdən uzaq durmalıdır. Tutaq ki, qəhvədən imtina edə bilmirsinizsə, gün ərzində bir fincandan çox içməməyə çalışın.
Sağlam qidalanın
Qadın bədəninin hamiləliyə hazırlanması üçün sağlam qidalanması, bədənə lazım olan mineral və vitaminləri qəbul etməsi şərtdir.
Spermanın əhəmiyyəti
Hamiləlik üçün qadın bədəninin hazır olması qədər sperma keyfiyyəti və sayı da vacibdir. Hormon və steroid qəbulu sperma keyfiyyətinə mənfi təsir edə bilər. Stressin də sperma keyfiyyətini aşağı salması araşdırmalarda dəfələrlə sübut olunub.
Həkim nəzarəti
Sizə məlum olmayan xəstəlikləri erkən müalicə etmək və sağlam hamiləlik üçün həkim nəzarətindən keçmək vacibdir. Həkimlər hamilə qalmaq üçün lazimi müalicə və dərmanları yazacaq. Ona görə də ən yaxşısı evlənməzdən əvvəl həkim nəzarətindən keçin.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arıqlamaq istəyənlərin nəzərinə
Quru göz sindromunun yaranma səbəbləri
Yalı çapkını'nın ulduzlarının övladı olacaq
"Həmin mahnını elə-belə yazmışdım" - Səbinədən etiraf
Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir
Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı
Dünəndən qalan çayı içmək olar?
Kivini qabığı ilə yeməyin bu faydaları varmış
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?