Hansı bədən temperaturu normal hesab edilməlidir?
"Adətən bədənin temperaturu 37 dərəcədən yuxarı qalxarsa, insanın xəstələndiyi hesab olunur. Bu, tam da doğru olmayan, bir qədər sadələşdirilmiş yanaşmadır".
"Sputnik"in məlumatına görə, bu sözləri rusiyalı tibb elmləri doktoru Andrey Prodeus deyib.
Onun sözlərinə görə, termometrdə dərəcə 37 dərəcənin üzərində olsa belə, insan özünü yaxşı hiss edirsə, təşvişə düşməyə dəyməz.
"Temperatur özü-özlüyündə təhlükəli deyil. Əgər intoksikasiya əlamətləri varsa, insan normal temperaturda olsa da, özünü pis hiss edirsə, o zaman böyük ehtimalla xəstələnir" - deyə o, bildirib.
Andrey Prodeusun sözlərinə görə, normal insanın temperaturu 36,2-37,2 dərəcə arasında dəyişir.
Bununla belə, tibb elmləri doktoru 37 dərəcə temperaturun mütəmadi təkrarlanması halında həkimə müraciət barədə də xəbərdarlıq edib.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Həyatımı yaşamayanlar məni anlamaz' - Nazilə
Məhəllədəki bütün evləri aldı
Farah Zeynep ekrana dönməyəcəyini açqladı
Mən kraliçayam!' - İlahədən özünə tərif
Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ
Bayramdan qalan bu qidalar TƏHLÜKƏLİDİR
Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq
Erbil suriyalı xanımla eşq yaşayır
Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz