Hansı digər xəstəliklərdə yüksək təzyiq yarana bilər?

Hansı digər xəstəliklərdə yüksək təzyiq yarana bilər?Yüksək təzyiq-hipertoniya bu gün dünyada cavanlaşan və bir xəstəlik kimi yox, diər xəstəliklərin əlaməti kimi baş qaldıran simptom kimi qəbul olunur.
Milli.Az xəbər verir ki, əgər sizə elə gəlsə ki, təzyiqiniz qalxıb, hətta bunu tonometrlə ölçdükdə görsəniz də, təzyiq salan dərmandan istifadə etməyə tələsməyin. Hər təziyiqin yüksəlməsi heç də hipertoniya xəstəliyi demək deyil.
Çünki yüksək təzyiq bu 5 digər xəstəlikdə də olur. Ona görə bu zaman əsas xəstəliyi müalicə etmək lazımdır ki, təzyiq normallaşsın. Bəzən həkimlərin belə dərinliyinə gedib araşdırmadığı həmin xəstəlikləri sizə təqdim edirik:
1. Gərginlik tipli baş ağrıları
Oturaq işdə çalışanlar, kompüter, telefon qarşısında çox olanlar, qapalı məkanlarda olanlar və ya sadəcə gərginlikdən başın, boynun, gicgahın ağrıması çox zaman yüksək təzyiqlə səhv salınır. Bu ağrılar boyun və çiyin əzələlərinin spazmı və gərginliyindən də olur. Bu zaman ola bilər ki, təzyiqi ölçdükdə bir az yuxarı göstərə bilsin.
Lakin siz baş ağrısı dərmanı içsəz, 1 saat açıq havada olandan sonra, boyun çiyin masajı, gimnastikası etsəniz bu ağrı keçəcək. Əgər keçərsə, deməli, problem təzyiqdə deyil
2. Qanda qlükozanın azalması
Qanda şəkərin düşməsi də təzyiq yüksəlməsi və enməsi əlamətləri verir.
Əslində isə hipoqlikemiya - qanda şəkərin kəskin düşməsi baş verib.
Sağlam insanlaerda bu çox ac qaldıqda, yemək arasında uzun fasilələr zamanı baş verir. Şəkər xəstələrində isə insulin və dərman qəbulundan sonra normal miqdarda yemək yeməyəndə olur. Eləcə də bəzi dərmanlar, alkoqol şəkəri qəfil salır.
Qanda şəkər düşdükdə insanın başı gicəllənir, başı ağrıyır, titrəmə olur, tərləyir, gözləri bulanır. Yüksək təzyiqə bənzəyir. İnsan bayıla da bilər. Bu zaman həmin şəxs şərbət, şirin çay, kofe, şokolad və ya çörək yeməlidir.
Əgər bu hal tez-tez baş verirsə, müəyyən analizlər verib, diabet və qanda hemoqlobinin qlikiləşməsinin miqdarını təyin etmək lazımdır.
3. Təşviş pozuntusu
Təşviş-həyəcan pozuntusu və nevrozu olan insanlarda da yüksək təzyiqə bənzər əlamətlər baş qaldırır. Baş gicəllənmə, ürək döyüntüsünün artması, ürəkbulama, baş ağrısı, gözlərdə qaralma, təngnəfəslik, aşağı ətrafların soyuması, huşun itməsi. Panik atak yaşayanda da bu hallar baş verir.
Yüksək dərəcədə təşviş və panik atak o deməkdir ki, orqanizm stresə çox güclü reaksiya verir, qana həddən artıq çox adrenalin sıçrayır. Adrenalin də öz növbəsində təzyiqi yüksəldir. Amma burda əsas müayinə və müalicə təzyiqə qarşı yox, şəxsin nevroloji və psixiatrik durumunun təyininə yönəlməlidir və o, nevroloq və psixiatra müraciət etməlidir. Təyin olunacaq dərmanlar da təzyiqə qarşı yox, sakitləşdiricilər olmalıdır.
4. Müxtəlif infeksiyalar
İnfeksion xəstəliklər - herpes, sitomeqalovirus, Epşteyn Barr və s. halsızlıq, təzyiq, baş ağrısı, titrəmə, əzginlik verə bilər.
Əgər uzun müddət təzyiq az da olsa qalxırsa, lakin dərman təsir etmirsə, halsızlığınız düzəlmirsə, o zaman gizli infeksiyalardan analiz verin.
5. Hipotireoz
Qalxanvari vəzin fəaliyyətinin azalmasıdır.Bu xəstələrdə əl-ayaq donur, dəri avazıyır, kökəlir, dəri quruyur, menstrual tsikl pozulur, insan əsəbi olur. Depressiya və nevroz əlamətləri fonunda yüksək təzyiqə də şübhə yaranır.
Ona görə də bu əlamətlər olduğu halda endokrinoloqa gedib, hormonları və zobu yoxlatmaq lazımdır. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1096   Tarix: 15 dekabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

qadın geyimi sac duzumleri qaşların formalari bal şəfadı ana və körpə sızanaqlara qarşı maskalar döş əmən kişilər kosmetika haxista qaynana hakista babasil novruz hakısdası paxlava