Hansı orqan nə zaman yaşlanır? Yaşlanmaya qarşı tədbirlər…

Hansı orqan nə zaman yaşlanır? Yaşlanmaya qarşı tədbirlər…Yaşlanmaq sanki birdən baş verirmiş kimi görünsə də, əslində hər orqanın öz yaşlanma sürəti vardır.
Sizi nəyin gözlədiyini bilsəniz, əvvəlcədən bədəninizin bəzi qisimlərinə daha çox diqqət edərsiniz. Klivlend Klinikasının geriatriya üzrə mütəxəssisi dr. Ronan Factorun fikrincə, bədəninizi hər yaşda mühafizə etmək mümkündür.
Beləliklə, hər orqan neçə yaşında və necə yaşlanmağa başlayır...
Dəri - 18 yaş: 18 yaşından etibarən davamlı kollagen və elastik elastin ildə 1% azalmağa başlayır. Bu müddətdə siqaret çəkməyərək, yaxşı qidalanaraq bunun qarşısını ala bilərsiniz.
Gözlər - 40 yaş: Milli sağlamlıq institutlarından Milli Göz İnstitutunun həkimi dr. Rachel Bishopun fikrincə, gözləriniz başlanğıcda çox yönümlü fotoaparat kimidir, fəqət 40 yaşına gəldikdə görmə sahəsi zəifləyir. Göz xəstəliklərini azaltmaq üçün siqaret çəkməyin və ultrabənövşəyi radiasiyadan yayınmaq üçün gün eynəklərindən istifadə edin. Günəşə məruz qalma və siqaret katarakta yaranmasını sürətləndirir.
Ağciyərlər - 30 yaş: Boston Tibb Mərkəzinin həkimi dr. Thomas Perlsin fikrincə, ağciyərin fəaliyyəti 30 yaşından etibarən ildə 1% nisbətində azalmağa başlayır və oturaq həyat tərzi keçirən insanlarda aktiv insanlara nisbətən daha çox azalır. Bunun qarşısını almaq üçün ən yaxşı üsul müntəzəm idman məşqləridir.
Sümüklər - 35 yaş: Sümük kütləsi 35 yaşından sonra 1%-lik nisbətlə azalmağa doğru gedir (klimaksdan sonra daha da sürətlənir) Ağırlıqqaldırma məşqləri sümük ağırlığında böyük fərq yaradır.
2015-ci ildə aparılan bir araşdırma gündə 20 dəfə tullanmağın belə çanaq sümüyünün mineral konsentrasiyasını yaxşılaşdırdığını aşkara çıxarıb.
Əzələlər - 40 yaş: Milli Yaşlanma İnstitutunun elmi işlər üzrə rəhbəri dr. Luigi Ferruccinin fikrincə, yaşlandıqca hər kəs əzələləri itirərək yağ toplayır. Bu dəyişiklik 40 yaşında sürətlənir. Əzələ itkisinə məruz qalmaq istəmirsinizsə, idman məşqləri mütləq həyatınızın ayrılmaz tərkib hissəsi olmalıdır.
Böyrəklər - 50 yaş: Özünüz fərqində olmasanız da, böyrəklərin fəaliyyəti 50 yaşdan sonra zəifləməyə  başlayır. Bunun qarşısının alınması üçün ən yaxşı üsul bol su içməkdir. Susuzluq yaşla birlikdə azaldığı üçün özünüzə bunu xatırlatmağınız lazım ola bilər. Bir araşdırmanın nəticələrinə görə, çox maye qəbul edənlər böyrək funksiyasının zəifləməsinə ən az meyilli insanlardır.
Qulaqlar - 60 yaş: Yaşla əlaqədar eşitmənin azalması mərhələlərlə baş verir, lakin 65-74 arası 3 insandan 1-də bu vardır. Bunun baş verməsini ləngitmək üçün edilə biləcək bir şey yoxdur, lakin qeyd etmək lazımdır ki, tez-tez yüksək səslə musiqi dinləmək və ya çalmaq və tikinti kimi gurultulu sektorlarda işləmək bu prosesi sürətləndirir.
Bağırsaq - 60 yaş: Başınızdakı saçlar itirdiyiniz tək şey deyil. Bağırsağınızdaki villüslər - saça bənzəyən və qəbul edilən qidalardan qida maddələrini əmən kiçik çıxıntılar 60 yaşlarında düzləşməyə başlayır. Bu isə daha az qida maddəsi əməcəyiniz mənasına gəlir.
Ürək - 65 yaş: Siz yaşlandıqca ürək əzələlərinizin sayı azalır, lakin ölçüləri böyüyür ki, bu da ürək divarını qalınlaşdırır və arteriyalarınızın sərtləşməsinə səbəb olur.
20-30 yaşlarından başlayaraq pik aerobik qabiliyyət hər 10 ildə 10% azalmağa doğru gedir və infarkt əsasən 65 yaşında özünü göstərməyə başlayır.
Beyin - 70 yaş: Johns Hopkins Bloomberg İctimai Sağlamlıq Məktəbinin koqnitiv (zehni) yaşlanma üzrə araşdırmaçısı George Rebokun fikrincə, hər unutqanlığınızı yaşlanma ilə əlaqələndirməyin. Lakin 70 yaşlarında beyində yaşla bağlı dəyişikliklər özünü göstərməyə başlaya bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 991   Tarix: 30 oktyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

geyim seçimi geyim dəbləri adlarin menasi cennet almasi murebbesi paltarlar 2026 salatlarin hazirlanmasi bezedilmesi dostluq haqqında atalar sözləri kosmetika həmidə cinsi elaqe yemek reseptleri maskalar xanim.az