Həbsdə sabun yeyib intihar edən azərbaycanlı musiqiçi

Həbsdə sabun yeyib intihar edən azərbaycanlı musiqiçiBu günlərdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində ARB Aran Film Yaradıcılıq Mərkəzi tərəfindən istehsal olunan "Ölümündən sonra məhkəmə" sənədli filmi təqdim olundu.

Yeganə Əbdülməmmədovanın rejissorluğu ilə çəkilən film Azərbaycan cazının əfsanəsi, istedadlı saksafon, klarnet ifaçısı Pərviz Rüstəmbəyovun nakam taleyindən, günahsız yerə həbs olunmasından və ölümündən bəhs edir.

Pərviz Rüstəmbəyov sovet totalitarizminin yoxa çıxarmaq istədiyi adlardandır. Onun haqqında yalnız arxiv materialları və bir neçə solğun şəkil vardır. Bakı cazının əfsanəsindən qalan şəkillər yalnız bunlardır. Bir də onun nəsildən nəsilə keçən saksafonu.

Yeganə Əbdülməmmədova filmini bədiilik üzərində qurmağa məcbur olub. Yoxa çıxmış bir nəfəs kimi onu hardasa tapmaq, bizə göstərmək asan olmayıb. Rejissorla söhbətimizdə onun bu təəssüfünü film boyu da hiss edirik.

Bədii-sənədli filmdə Pərvizin cinayət işindən də istifadə olunub.

Azad Şərifovun qəhrəman haqqında yazdığı məqalənin motivləri əsasında yazılan ssenari onun həbsi və məhkəməyədək olan həyatını əhatə edir.

Pərviz Rüstəmbəyov 1922-ci ildə Bakıda doğulub. Uşaq yaşlarından musiqiyə maraq göstərən uşaq Pionerlər Evinin musiqi dərnəyinə gedir. 1940-cı ildə Tofiq Quliyev orkestrində işləyir.

22-yaşında Bakıda qastrolda olan dünya şöhrətli musqiçi Eddi Rozner öz orkestrinə dəvət edir. Birinci saksafonçu kimi.

Az sonra Pərvizə "Sovet Benni Qudmeni" deməyə başlayırlar. Uğurları ilə diqqəti cəlb etdiyi, insanları təsrləndirdiyi bir vaxtda Xüsusi Xidmət orqanlarının diqqətini cəlb etdi.

İnsanlar üzərində total nəzarət quran idarəetmə rejimi bir insanı danışdığına görə, etirazına görə, mövqeyinə görə, nəhayət fikirləşdiyinə görə məhv edə bilər. Lakin həmin rejim musiqini də "siyasi zərərli" və ya "siyasi sabit" deyə ayıra bilir. Pərviz Rüstəmbəyov kapitalizmin, Sovet İttifaqının o zaman soyuq müharibə apardığı Qərbin və ABŞ-ın "ruhunu əks etdirən" musiqi ifa etdiyinə görə ittiham olunur.

1949-cu ilin yanvarında Artıq "Nizami" kinoteatrında öz orkestrini yaratmış Rüstəmbəyovu "Qərbə pərəstişkarlıq"da təqsirləndirərək işdən azad edirlər.

May ayında onu həbs etmək üçün kifayət qədər dəlil toplamışdılar. 1949-cu ilin 29 dekabrında həbsxana divarları arasında işgəncələrə məruz qalan saksafonçu müəmmalı şəkildə vəfat edir. Sənədlərdə onun xəstəlikdən öldüyü yazılır, yaxınları isə sabun udub intihar etdiyini düşünür.

"Ölümündən sonra məhkəmə" filmində Pərviz Rüstəmbəyovu aktyor Səfa Mehdi ekranda canlandırır. Uyğun üz cizgiləri olan aktyor sarı arxiv sənədlərinin arxasında həyat dolu bir gəncin var olduğuna inandırmaq üçün seçilib. Bir zamanlar rejim Pərvizi yox etmək üçün belə çaba göstərirdi.

Təsvir (operatorlar Rafiq Əliyev), musiqi, kadrarxası səs, bədii quraşdırılmış səhnələrin aktyorları (Zemfira Əbdülsəmədova, Azər Aydəmir, Səfa Mehdi, Əjdər Zeynalov, Faiq Mirzəyev) nəfəsi ilə insanları heyran edən Pərviz Rüstəmbəyovdan danışır. Lakin sözlər, təsvirlər, musiqilər azlıq edir, kəsilmiş nəfəs kimi təəssüf içində boğulursan. Filmin uğuru bu olmasın? Axı bu film adının necə qoyulmasına baxmayaraq, yoxa çıxmış nəfəs haqqındadır.
Həbsdə sabun yeyib intihar edən azərbaycanlı musiqiçiHəbsdə sabun yeyib intihar edən azərbaycanlı musiqiçiHəbsdə sabun yeyib intihar edən azərbaycanlı musiqiçiHəbsdə sabun yeyib intihar edən azərbaycanlı musiqiçi

Maraqlı     Baxılıb: 1896   Tarix: 30 noyabr -0001
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

turlar.az

yaz geyimleri 2026 makiyaj instagram kosmetika mehsullari valideyn ovlad munasibetleri korpenin cekisi hüquq və qadın haqları ayaq sismesi kosmetika veten haqqinda atalar sozu cinsi elaqe lakonizim arxadan olmaq qiz adlari