Həkim-oftalmoloq: Gözlərin daim qidalanmağa və qulluğa ehtiyacı var

Həkim-oftalmoloq: Gözlərin daim qidalanmağa və qulluğa ehtiyacı varGöz ən mühüm və eyni zamanda ən incə duyğu orqanlarından biridir və insan həyatında çox mühüm rol oynayır. Göz vasitəsilə ətrafda cərəyan edən hadisələri görür. Rənglərin çalarlarını seçir, həyatın gözəlliklərini duyuruq. Ona görə də onların gigiyenasına düzgün əməl edilməlidir.
Milli.Az bildirir ki, həkim-oftalmoloq Gültəkin Məmmədova AZƏRTAC-a deyib: "Ətraf mühitdən informasiyanın 90 faizi göz vasitəsilə alınır. Gözlərin hər birinin çəkisi 10-13 qram arasında olsa da, onun funksiyaları kifayət qədər çoxdur. Göz elə orqandır ki, onun daim qidalanmağa ehtiyacı var. İlk növbədə gün ərzində 1 saat təmiz havada gəzmək buynuz qişa, beyin və göz dibi üçün çox faydalıdır".
Kompüter qarşısında çox oturanlarda göz yorğunluğu daha çox müşahidə olunur. Bu zaman şüalar gözün nəmliyini qurudur və göynəmələr əmələ gəlir. Bunun üçün hər 45 dəqiqədən bir kompüterdən uzaqlaşıb 15 dəqiqə hava almaq lazımdır. Belə şəraitdə çalışanlar tez-tez apteklərdə satılan təbii göz yaşı damcılarından istifadə etməlidirlər.
Həkimlərin dediyinə görə, gözlərə ev şəraitində də qulluq etmək mümkündür. Dəmlənilib içilən çayla gözləri silmək olar. Çayın təbii olduğuna tam əmin olmadığımıza görə onu yaşıl çayla əvəz etmək daha məqsədəuyğundur. Ballı su ilə gözü silmək də faydalıdır.
Həkim-oftalmoloq deyib: "Ən ideal göz masajı hansısa əşyanı 30 santimetrlikdə tutub mümkün olduğu qədər yaxına və uzağa baxmaq lazımdır. Bunu etmək gözdaxili əzələləri yığır və boşaldır, fokusu yaxşılaşdırır. Normal halda bir göz dəqiqədə 16-18 dəfə qırpılmalıdır. Kompüter arxasında olanda ona o qədər aludə oluruq ki, gözü qırpmağı unuduruq və bu, dəqiqədə, məsələn 10 dəfəyə düşürsə, bu proses saatlarla, günlərlə davam edəndə quru göz sindromunun yaranmasına səbəb olur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1622   Tarix: 22 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

qadin dunyasi kosmetik vasiteler yaz geyimleri 2026 vaginal quruluq cennet almasi murebbesi sengulum nagili alin yazisi xanim qafarova kosmetika dostluq qurd ve quzu vetene aid atalar sozu bayatılar toyuq salati