Həkimdən XƏBƏRDARLIQ: Yoluxmadan 3 ay sonra hamiləlik

Həkimdən XƏBƏRDARLIQ: Yoluxmadan 3 ay sonra hamiləlikXəstəliyin orta ağır və ağır forması hamilə qadınların hospitalizasiyasına göstərişdir. Yüngül forması hamilə qadının ailə üzvlərinin səhhətinə təhlükə yaratmırsa, ev şəraitində sahə həkiminin və mama-ginekoloqun nəzarəti altında müalicə ala bilər. Ümumi müalicəyə orqanizmin maye-elektrolit balansının tənzimlənməsi, simptomatik müalicə (temperaturun salınması, diareya əleyhinə müalicə) daxildir.
Bu sözləri Publika.az-a açıqlamasında Respublika Perinatal Mərkəzinin direktoru Məryəm Rzayeva deyib. Koronavirusun hamiləliyə təsirindən danışan M.Rzayeva bildirib ki, bədən hərarəti 38°C və 38°C-dən yuxarı olduqda temperaturu salmaq üçün dərman təyin edilir:
"Bu halda hamilə qadınlar üçün seçim preparatı Parasetamol tərkibli olmalıdır. Hamiləliyin I trimestrində orqanogenez prosesi getdiyindən koronavirusa yoluxmaq risklidir. III trimestrində isə fizioloji olaraq anada hiperkoaquliyasiya olduğu üçün həm anada, həm də döldə tromboemboliya, dölün antenatal ölümü, ciftin vaxtından əvvəl ayrılması və s. kimi risklər mövcuddur.
Koronavirus həm də abort səbəbi ola bilər, 10 faizə qədər düşük riski yaradır. Döl qişalarının vaxtından əvvəl cırılmasına, vaxtından əvvəl doğuşa, dölün bətndaxili infeksiyalaşmasına və s. səbəb ola bilər.
Bir neçə ölkədə aparılan tədqiqatların nəticəsinə əsasən, hamilə qadının COVID-19 infeksiyasına yoluxma və xəstələnmə riski yüksəkdir, yoluxan hamilə qadınlar həm hamiləliyi, həm də xəstəliyi ağır keçirir. Xəstəliyin stabil gedişatı fonunda qəfil kritik vəziyyətin yaranması və ölüm halları hamilə olmayan qadınlarla müqayisədə yüksəkdir.
Həm uşağın, həm də ananın sağlamlığına təhlükə yaradan fəsadlara tez-tez rast gəlinir. Lakin onu qeyd etmək lazımdır ki, tədqiqat iştirakçılarının 2/3 hissəsi koronavirus infeksiyasını simptomsuz və ya yüngül formada keçirib. Ən çox rast gəlinən klinik əlamətlərdən yüksək hərarət, öskürək, mialgiya qeyd edilir.
Qəbul edilən dərmanların teratogen təsirinin və venoz tromboembolik fəsadların olmaması məqsədi ilə COVID-19 infeksiyası keçirdikdən ən azı 3 ay sonra hamiləlik planlaşdırılması tövsiyə olunur".
Həkimin sözlərinə görə, dölün anadan vertikal yolla yoluxmasının əsaslı sübutları yoxdur:
"Hamiləlik zamanı virusun anadan uşağa keçməsi az ehtimal olunur, çünki amniotik mayedə, uşaqlıq yolunun sekretində virus aşkar edilməyib. Lakin COVID-19 keçirən hamilələrdə vaxtından əvvəl doğuş, bətndaxili inkişaf ləngiməsi və dölün distressinə daha çox rast gəlinir. Ana südündə də virus aşkar edilməyib".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2002   Tarix: 20 iyul 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

turlar.az

qadin dunyasi yay kolleksiyasi toy makiyajlari paltarlar 2026 qadinlarda soyuqdeyme psixoliji məsləhətlər duru yeməklər kosmetika kəlamlar oglan evi gözellik bürcler meseller