Hələ də Azərbaycanda vərəmdən xeyli ölən var, yoluxanlar isə gənclərdir

Hələ də Azərbaycanda vərəmdən xeyli ölən var, yoluxanlar isə gənclərdirAzərbaycanda vərəməyoluxma ən çox kişilər arasındadır. Vərəmə yoluxanların 56 faizini kişilər, 32 faizini qadınlar, 12 faizini uşaqlar təşkil edir.
Milli.Az bildirir ki, Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyasının İdarə heyətinin üzvi Pərvanə Vəliyeva 24 mart Vərəmlə Beynəlxalq Mübarizə Günü ilə bağlı keçirilən tədbirdə danışıb.
O bildirib ki, vərəməyoluxma daha çox 18-29 yaş aralığında qeydə alınıb.
Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarlı isə deyib ki, vərəm xəstəliyi yoluxucu xəstəliklər arasında ən çox ölümə səbəb olan xəstəlikdir. Hər il 1.5 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. 1882-ci ildə ilk dəfə olaraq aşkarlanan bu xəstəliyinin qarşısı o zamandan bu günədək alınmayıb.
QHT rəhbəri bildirir ki, Azərbaycan vərəmin ən çox yayıldığı 30 ölkə sırasında yer alıb:
"Azərbaycan dərmana davamlı vərəmi xəstəliyinin ən çox yayıldığı 30 ölkə arasındadır. Bu isə o deməkdir ki, dünyada yayılan vərəmin 87 faizi məhz bu 30 ölkənin payına düşür. Çalışmalıyıq ki, Azərbaycan qarşıdakı illərdə nəinki 30, heç 100 ölkə arasında da yer almasın. Vərəmin qarşısını almaq üçün onun ocaqlarını, mənbələrini tapmalıyıq".
Qeyd edək ki, ÜST-ün məlumatına görə, Azərbaycanda 2018-ci ildə 880, 2019-cu ildə isə  610 nəfər vərəmdən dünyasını dəyişib.
Bu gün Beynəlxalq Vərəmlə Mübarizə Günüdür.  
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2051   Tarix: 24 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

qadin dunyasi kosmetik vasiteler yaz geyimleri 2026 vaginal quruluq cennet almasi murebbesi sengulum nagili alin yazisi xanim qafarova kosmetika dostluq qurd ve quzu vetene aid atalar sozu bayatılar toyuq salati