Həndəsi fiqur seçin – Xasiyyətinizi öyrənin

Həndəsi fiqur seçin – Xasiyyətinizi öyrəninBu fiqurlar arasında fikirləşmədən ən xoşladığınız və sizin daxili aləminizə ən yaxın olan fiquru seçin.

Kvadrat

Bu fiquru seçən insan həddən artıq əməksevər və inadlıdır. Hər bir işi sona kimi çatdırmağa xoşlayır. Səbirlidir, kiçik detalara fikir verir, nizam-intizam sevir. Seçdiyi işdə hər zaman uğurlar əldə edir.

Hər şeyi əvvəlcədən planlaşdırmağa xoşlayır. Onun planları pozulanda çox məyus olur. Axı indi bütün inşəri yenidən planlaşdırmaq lazımdır!

Bütün bu xüsusiyyətlər işdə böyük kömək etsə də, şəxsi həyatda əksinə mane olur. Bir çox hallarda belə insanlar tənha olur. Belə insan yalnız özü kimi işi və nizam-intizamı sevən insanla xoşbəxt ola bilər.

Üçbucaq

Liderlik simvoludur. Bu insanlar hakimlik etmək xoşlayır. İradəli, enerjili, şöhrətpərəst, özünə qüvənən olurlar, analiz etməyi bacarırlar. Hər şeyi tez başa düşür və qavrayırlar. Həyatdan nə istədiklərini yaxşı bilir və inamla öz məqsədinə doğru gedirlər.

Belə insanlar həm işdə, həm də şəxsi həyatda daim lider olmağa çalışırlar. Onlar öz səhvlərini etiraf etmək və qərarlarını dəyişmək xoşlamırlar, sərt və bəzən hətta qəddar olurlar. Təbii ki, onların belə xüsusiyyətləri ətrafdakılarla olan ünsiyyətə təsir edir.

Düzbucaq

Bu fiquru adətən daim dəyişən, həyatda daim nə isə axtaran, həyatdan narazı olan insanlar seçir. Bu insanlar özünü tez-tez məntiqsiz aparır, onların nə etdiyini əvvəlcədən bimək çətindir.

Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq belə insanlar nadir hallarda tənha olur. Cəsarətli, her şeyi bilmək istəyən, hər şeylə maraqlanan, hamıya inanan bu insanlar ətrafdakıları cəlb edir. Bəziləri onların sadəlövh olmağından süi-istifadə edirlər.

Dairə

Bu fiqur harmoniya simvoludur. Belə insanlar ətrafdakılarla yaxşı münasibət qurmağı sevir və bacarır. Bu onlar üçün çox vacibdir. Onlar filantrop (yunan dilində "fileo" – sevmək, "antropos" – insan) olur. Bu insanlar işlədiyi kollektivdə mehribanlıq yaratmaq bacarır, onların ailələri isə adətən nümunəvi olur.

Bu insanlar çox həssas olur, dinləməyi, başqasının dərdinə şərik olmağı bacarır. Həmçinin onlar insanları çox yaxşı tanıyırlar. Bu insanlar əsl psixoloqlardır.

Bu insanlar konflikt, dava-dalaş xoşlamır, onlar hər zaman küsülüləri barışdırmağa çalışırlar.

Bu insanlarda təşkilatçı qabiliyyəti yoxdur. Bu səbəbdən onlar nadir hallarda rəhbərlik vəzifələrdə işləyirlər.

Ziqzaq

Bu insanlar kreativlik, yaradıcılıq sevir, qeyri-adi, ekspressiv olurlar. Bu insanların intuisiyası çox güclü olur. Onlar incəsənətin, gözəlliyin pərəstişkalarları olurlar. Onlar xəyalpərəstdirlər, adi şeylərdə və hadisələrdə gözəllik görürlər. Onlar bəzən çox sadəlövh olurlar.

Bu insanlar sərbəstlik sevir. Bu halda onlar daha yaxşı işləyir və yaxşı nəticələr verirlər. Lakin onlar hər şeyə tez maraq itirir və bəzən işi sona kimi çatdırmırlar.

Bu insanlar şən və hazırcavab olur, onlarla ünsiyyət qurmaq çox asandır.

Təbii ki, bütün digər psixoloji testlər kimi, bu test də 100% düzgün nəticə verməsə də, bir çox hallarda reallığa yaxın olan nəticə göstərir.

Maraqlı     Baxılıb: 4595   Tarix: 24 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

turlar.az

qadin sayti qadin dunyasi reseptler seksual qadinlar saglamliq imtahan həyəcanı qis salatlari kosmetika kahfe kali brusell bakteriyası birlik haqqinda novruz hakıştası ziyafet geyimleri