Hepatit B-dən özümüzü necə qoruyaq?

Hepatit B-dən özümüzü necə qoruyaq?Hepatit B çox yayılmış virusdur. İnsan orqanizminə düşdükdən sonra virus qan axını ilə qara ciyərə çatır və burada qara ciyər hüceyrələrinə (hepatositlər) daxil olaraq çoxalmağa başlayır.

Orqanizmin immun sistemi buna cavab olaraq virusa yoluxmuş hepatositləri məhv etməyə başlayır. Məhv olunmuş hepatositlər çapıq toxuması ilə əvəz olur. Təbii ki, çapıq toxuması hepatositlərin funksiyalarını yerinə yetirə bilmir və bu da müxtəlif pozulmalara səbəb olur. Bu proses sürətlə getdikdə insanda qara ciyər sirrozu kimi ağır pozulma inkişaf edə bilər ki, bu pozulma insanın həlak olmasına səbəb ola bilər.

Hepatit B qan vasitəsilə xəstə insandan sağlam insana keçir. [/b]Lakin hepatit B xəstə insanın digər bioloji mayelərində də (sperma, göz yaşları, ağız suyu, sidik, nəcis) aşkar olunur və bu o deməkdir ki, bu mayelər sağlam insanın zədələnmiş dərisinə və ya selikli qişalarına və ordan da qana düşdükdə, virus sağlam insana keçə bilər. Virus hətta gözə görünməyən mikrotravmalardan sağlam insanın orqanizminə daxil ola bilər. Dərinin və selikli qişalarının tamlığı pozulmadıqda, bu mümkün deyil.

Həmçinin hepatit B cinsi yolu ilə xəstə insandan sağlam insana keçə bilər (30% hallarda). Hamiləlik zamanı virus xəstə anadan dölə doğuş zamanı və ya hamiləlikdə ciftin tamlığı pozulduqda (məsələn, amniosentez zamanı) keçə bilər.[/b]

Bu virus çox davamlıdır və xarici mühitdə uzun müddət ərzində (1 həftəyə kimi) qala bilir. Virus hətta qurumuş və görünməyən qan ləkələrində - ülgücün, qayçıların, tibbi alətlərin üzərində, iynələrin ucunda və s. - qalır. Məhz virusun belə davamlılığına görə hepatit B-yə yoluxanların sayı da çoxdur və artmağa davam edir. Son illər hepatit B-yə qarşı peyvənd vurulur ki, bu da xəstəliyin yayılmasını azaldır.

Əksər hallarda hepatit B 20-49 yaş arası insanlarda aşkar olunur. İnkişaf etmiş ölkələrdə uşaqlar və yeniyetmələr hepatit B-dən peyvənd olunur və bu da xəstəliyin azalmasına səbəb olur.

İnsan bu virusa pirsinq, tatu, manikür, pedikür zamanı yoluxa bilər.[/b]

Hepatit B-yə həmçinin xəstəxanalarda və stomatoloji kabinetlərdə yoluxmaq mümkündür.

Hepatit B orqanizmə düşdükdən sonra müəyyən müddət ərzində (2 aydan 6 aya kimi) özünü heç bir simptomla büruzə vermir. Buna inkubasiya dövrü deyilir. Lakin bu müddət ərzində bu insan digərləri virusa yoluxdura bilər. Daha sonra infeksiya özünü bu kimi simptomlarla büruzə verir:[/b]

- yorğunluq, halsızlıq

- hərarətin artması

- iştahanın azalması

- sarılıq (dəri və göz almaları sarı rəng alır)

- sağ qabırğaaltı nahiyəsində diskomfort

- oynaqlarda ağrılar

- sidiyin rəngi tündləşir (tünd çaya oxşayır, köpüklüdür), nəcisin rəngi açıq olur.

Bu simptomlar meydana çıxdıqda dərhal Həkimə müraciət etmək lazımdır. [/b]Həkim xəstəyə qanın xüsusi analizlərini təyin edəcək. Kəskin hepatit B əksər hallarda sağalma ilə nəticələnir. Adətən kəskin hepatit B zamanı xüsusi virus əleyhinə preparatlar təyin olunmur. [/b]Həmçinin kəskin hepatit B xroniki formaya keçə bilər.

Bəzi hallarda virus orqanizmə düşdükdən sonra kəskin hepatit B inkişaf etmir, infeksiya dərhal xroniki formaya keçir. Bu əksər hallarda immun sistemi zəif olan insanlarda baş verir.

Xroniki hepatit B zamanı simptomlar adətən daha az ifadə olunur. Xəstə yorğunluq, halsızlıq, qara ciyər nahiyəsində diskomfort hiss edə bilər, dərinin saralması meydana çıxa bilər. Bu halda mütləq hepatoloqa müraciət etmək lazımdır. Hepatit B müasir virus əleyhinə preparatların köməyi ilə çox uğurla müalicə olunur.

Xroniki hepatit B zamanı qara ciyərin funksiyaları saxlanılıbsa, virus əleyhinə müalicə təyin olunmur. Əks halda xəstəyə virus əleyhinə müalicə təyin olunur. Nəzərinizə çatdıraq ki, belə müalicə uzunmüddətli və bahalıdır. Belə xəstələr daim hepatoloqun nəzarəti altında olmalı və qan analizləri verməlidir.

Müalicəsiz buraxılmış hepatit B gecikmiş mərhələlərdə qara ciyərin sirrozuna və qara ciyərin xərçənginə səbəb ola bilər.[/b]

Hal hazırda bu virusa qarşı peyvənd hazırlanıb və bu peyvənd çox yaxşı nəticələr verir.

Sağlamlıq     Baxılıb: 2307   Tarix: 14 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

yay kolleksiyasi toy makiyajlari qaşların formalari intim məktəb quymaq resepti donlar 2026 spermanin qadina faydasi kosmetika gözəllik qadin.az penis xerceng baldiza aid