Hər gün bir yumurta yesəz... – İNANILMAZ FAYDASI

Hər gün bir yumurta yesəz... – İNANILMAZ FAYDASIYumurta antioksidantla zəngin və yüksək təzyiqə qarşı təsirli olan qidadır. ABŞ elmi institutlarından birinin apardığı araşdırma sübut edib ki, hər gün bir ədəd yumurta yemək iflic riskini 12 faiz azaldır. Hər baxımdan zəngin qida olan yumurta haqqında çoxlarının bilmədiyi faktları təqdim edir.

İlk növbədə onu bildirəm ki, qidalanma ədəbiyyatında bəhs edilən "keyfiyyətli zülal" elementlərindən biri də yumurtadır. Xolesterol tərkibinin isə ürək xəstəliklərinə səbəb olmaması elmi təcrübələrlə sübut olunub.

Çox təəssüf ki, mətbəxdə ən çox istifadə edilən ərzaqlardan biri olan yumurta düzgün üsullarla bişirilmədiyi üçün qida dəyəri aşağı düşür. Mütəxəssislər bildirir ki, yumurta kolinlə zəngindir. Kolin isə beyin sağlamlığı üçün imtina edilməz maddədir. Sarı qismindəki yüksək A vitamini sayəsində görmə funksiyalarını və immuniteti gücləndirir, hüceyrələri yeniləyir və xərçəngin qarşısını almaq baxımından yüksək təsirə malikdir. Yumurtada olan zəngin B vitamini isə saç, dırnaq, beyin və dəri üçün əvəzedilməzdir.

Lakin bir çox qidada olduğu kimi "bişirmə texnikası" yumurtadan da nə qədər yararlana biləcəyimizə təsir edir. Yumurta ümumi olaraq 10 dəqiqə ocaqda qalmalı və qaynamağa başladıqdan sonra ocağın altı söndürülməlidir. Beləcə, tam bişmiş yumurta əldə edilir. Bu, qida dəyəri ən yüksək yumurtadır.

"Ərik" konsistensiyalı deyilən yarı bişmiş yumurtada olan avid adlı zülal biotin adlı vitaminə mane olur. Yumurta tam bişdikdə isə bu arzuolunmaz kimyəvi birləşmənin qarşısı alınır və hər ikisindən yaralanmaq olur. Yəni ən sağlam yumurta tam bişmiş yumurtadır.//aile.az

Mütəxəssislər dəmir çatışmazlığı anemiyasında gündə bir ədəd yumurta yeməyi məsləhət görürlər. Lakin 10 dəqiqədən çox bişdikdə yumurta sarısı ətrafında dəmir sulfid halqası kimi tanınan yaşıl-boz halqa meydana gəlir. Bu da dəmirdən yararlanmağa mane olur. Halbuki yumurta dəmir mineralı üçün çox yaxşı bir qaynaqdır. Dəmir çatışmazlığı anemiyası nəticəsində maddələr mübadiləsi yavaşlayır, halsızlıq, yorğunluq, fokuslanma problemləri, yaddaş zəifliyi, səhər yataqdan çətin qalxma, dərs-iş müvəffəqiyyətinin aşağı düşməsi, saç tökülməsi kimi mənfi əlamətlər ortaya çıxır. Yumurta bunun qarşısını almağa kömək edir.

Sonda bir daha vurğulayaq: Hər gün ən az 1 ədəd yumurta yeyin və cəmi 10 dəqiqə bişirin. 10 dəqiqədə yumurtanın daxili hissəsinin yarı bişmiş olduğunu görürsünüzsə, növbəti dəfə ən çox 1-1.5 dəqiqə artıq bişirin. Lakin boz halqanın yaranmamasına diqqət edin. Yumurta dəmir və zülal qaynağı olduğu üçün adamı tox tutur. Uşaqlarınız üçün də yumurta gündəlik əvəzolunmaz qidadır.

Maraqlı     Baxılıb: 2289   Tarix: 12 noyabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

turlar.az

toy gecesi adlarin menasi sade makiyaj sekilleri qadini ehtiraslandiran sozler kecellesme süni qidalar 2026 yay paltarlari kosmetika cinsi əlaqə novruz bayramı haxışta xanim.az bayatı uzeyir