Hər gün sosial şəbəkələrə 30 dəqiqə fasilə versək orqanizmdə nə baş verər?

Hər gün sosial şəbəkələrə 30 dəqiqə fasilə versək orqanizmdə nə baş verər?Ruhr Universiteti və Alman Psixi Sağlamlıq Mərkəzi tərəfindən aparılan araşdırmada sosial mediadan istifadənin psixi sağlamlıq və iş performansına təsir etdiyi məlum olub.
Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, "Behaviour and Information Technology" jurnalında dərc olunan araşdırma çərçivəsində 166 iştirakçı 2 qrupa bölünüb.
Tədqiqatdan əvvəl qruplar arasında iş yükü, işdən məmnunluq, işlərinə bağlılıq, psixi sağlamlıq, stress səviyyəsi, işdən çıxarılma qorxusu kimi mövzularda sorğu keçirilib. Birinci qrup gündəlik sosial media vərdişlərini davam etdirdiyi halda, ikinci qrup bir həftə ərzində gündəlik sosial media istifadəsini 30 dəqiqə azaldıb. Aparılan araşdırmalar nəticəsində, ikinci qrupda olan insanlarda çox işləmək hissləri və işdən çıxarılmaq qorxusu azalıb, öz işinə daha çox fokuslanaraq, psixoloji cəhətdən özlərini daha yaxşı hiss etdikləri məlum olub.
Araşdırmanın müəlliflərindən biri olan Ruhr Universitetinin dosenti Julia Brailovskaia araşdırmanın nəticəsini belə şərh edib:
"Beynimiz daimi diqqəti yayındıran amillərin, xüsusən də diqqətimizi qarşıya qoyulan işdən yayındıranların öhdəsindən gəlmək üçün mübarizə aparır. Sosial media hesablarını yoxlamaq üçün işini daim yarımçıq saxlayan insanlar daha çətin anlar yaşayırlar".
Milli.Az

Xəbərlər     Baxılıb: 1027   Tarix: 24 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 geyim seçimi varikosel erotik paltar dondurmalar ana və uşağın ev məktəbi kosmetika masqalar pizza tapmacalar oglan evi qadin.az