Hər səhər bunu edin, sürətlə çəki atın

Hər səhər bunu edin, sürətlə çəki atınStatistika göstərir ki, insanlar ən çox qışda kökəlir. Daha az hərəkət etmək, daha kalorili qidalar yemək, sosial fəaliyyətlərə az vaxt ayırmaq, idmana fasilə vermək kimi səbəblər kökəlməyə gətirib çıxarır.
Ancaq diyetoloqlar bildirir ki, səhər oyanan kimi bir neçə qaydaya əməl etməklə, nəinki qış aylarında kökəlməyin qarşısını almaq, hətta arıqlamaq da mümkündür.

1. Erkən oyanın!
Erkən saatlarda oyananların maddələr mübadiləsi daha sürətlə işləyir. Bu da orqanizmin gün ərzində daha çox kalori xərcləməsinə kömək edir.

2. Günəşi hiss edin!
Səhər oyanan kimi ilk işiniz otağınızın pərdələrini çəkmək və pəncərəni açmaq olsun. Belə bir deyim var, "Günəş girməyən evə, həkim gələr".
Günəş insan sağlamlığı üçün əhəmiyyətlidir. Onun işığı maddələr mübadiləsini sürətləndirir və özünüzü gümrah hiss etməyinizə səbəb olur.

3. Maye ehtiyacınızı ödəyin!
Yuxudan oyandıqdan sonra acqarına bir stəkan su için. Suyun içərisinə bir neçə damcı limon əlavə edə bilərsiniz. Su içməyi xoşlamırsınızsa, səhərlər evdə hazırlanmış təbii meyvə şirələri için.

4. Zülal tərkibli səhər yeməyi yeyin!
Günə sağlam qidalarla başlayın. Tərkibində zülal olan qidalar insanı tox saxlayır və maddələr mübadiləsini sürətləndirir. Odur ki, səhər yeməyi zülal tərkibli qidalardan hazırlanmalıdır. Suda bişmiş yumurta və bütöv dənli taxıldan hazırlanmış 1 dilim çörək ən yaxşı səhər yeməyi hesab edilə bilər.

5. İdmana vaxt ayırın!
Səhər idmanı maddələr mübadiləsini sürətləndirməyin ən yaxşı yoludur. Sadəcə, 10 dəqiqənizi ayıraraq yüngül hərəkətlər edin.

6. İşə yeriyərək gedin!
İş yeriniz evinizə yaxındırsa, mütləq yeriyərək gedin. Daha uzaq məsafələrə isə velosipedlə gedə bilərsiniz. Səhərlər ictimai nəqliyyatdan və ya şəxsi avtomobildən istifadə etmək sizə əlavə stress və əsəbdən başqa heç nə qazandırmayacaq.

Gözəllik və Moda     Baxılıb: 11667   Tarix: 14 may 2016
f Paylaş

Oxşar xəbərlər

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

turlar.az

gozel gorunmek yay geyimləri 2026 geyim necə seçməli pehriz saxlamaq qaydalari kontrasepsiya və abort qadınlarda erroziya payiz geyimleri kosmetika bahar uzeyir hacibeyli qz eviyçun hakışta şəkərbura bayatılar