Hər səhər yeməyiniz zamanı yeyin və artıq piylərinizdən necə xaric olduğunuzun şahidi olacaqsınız

Hər səhər yeməyiniz zamanı yeyin və artıq piylərinizdən necə xaric olduğunuzun şahidi olacaqsınızSəhər yeməyi orqanizm üçün ən vacib sayılan qida hesab edilir. Biz orqanizmimiz üçün lazım olan qida və enerjinin əsas hissəsini səhər yeməyindən alırıq. Səhər yeməyi bizim maddələr mübadləmizi və gün boyu aktiv həyatımızı təmin edir. Səhər yeməyi nəinki, gündəlik enerjimiz üçün, hətta arıqlamağımız üçün də vacib sayılır.
Mütəxəssislər buna gərə arıqlamaq istəyənlərə səhər yeməyində yulaf kəpəyi yeməyi məsləhət bilir. Onlar bu qərarı 36 kişi və qadın üzərində apardıqları araşdırmalar sayəsində veriblər. Araşdırma zamanı 36 nəfər artıq çəkidən əziyyət çəkən adamı 3 qrupa bölmüşlər. Bütün qruplarda olan adamlara gün ərzində 350 kalori dəyərində qida təyin etmişlər. Birinci qrupda olan adamlarına səhər yeməyində yulaf yeməyi, ikinci qrupda olan adamlara qarğıdalı yeməyi, üçüncü qrupdakı adamlar isə yanlız səhər yeməyində su içməyi məsləhət bilmişlər. Hər üç qrupun adamlarına isə 3 saat ərzində nələri və nə zaman aclıq hiss edtiyini qeyd etməyi tapşırmışlar. Bu müddət ərzində isə onların qanında şəkərin və insulinin miqdarı müayinə edilmişdir. Araşdırmada iştirak edənlər günorta və axşam yeməyinə eyni qidalarla qidalanmışlar.  
Araşdırmaların nəticələri səhər yeməyində yulaf yeyən adamların günorta yeməyi zamanı 31% az kalori qəbuıl etdiyini təyin etmişdir. Səhər yeməyində yulaf yemək günorta və axşam yeməyi zamanı 50% kalori az qida qəbul edilməsinə səbəb olur.
İkinci qrupun adamları isə səhər yeməyindən 3 saat sonra acmışlar. Səhər su içən adamlarda da eyni aclıq hissi aşkar edilmişdir.
Yulafla qidalanan adamlarda aclıq hissinin olmamasına səbəb onun mədədən gec həzm olunmasıdır. Qarğıdalı ilə qidalanan insanların qanında qlükozanın artması avtomatik olaraq aclıq hissinin baş qaldırmasına səbəb olur.
Niyə bəs yulaf?
Yulaf dadlı və faydalıdır. Ondan qidalarda qarnir kimi istifadə etmək çox faydalıdır. Yulaf orqanizmdə pis xolesterinin azalmasına və yağların yanmasına səbəb olur. Bu səbəbdən də yulaf yemək insanı ürək-damar xəstəliklərindən və insult riskindən qoruyur.
Yulaf arterial təzyiqin aşağı düşməsinə də səbəb oan qida vasitələrindən biridir. Hər gün yulaf yemək yüksək təzyiqdən əziyyət çəkənlərin təzyiqinin aşağı düşməsinə səbəb olur.
Britaniya alimlərinin araşdırmaları yulaf yeməyin yoğun bağırsaq xərçəngi, süd vəzi xərçəngi və yumurtalıqların xərçənginə faydalı olduğunu sübut etmişdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1182   Tarix: 19 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Tər çox güclü dərman imiş

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər. -a istinadə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Diabet riski yüksək olan qan qrupu açıqlandı

Fransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu

.

Tut yeməyin faydaları

Yay aylarının sevilən meyvələrindən olan tut təkcə dadı ilə deyil, zəngin qida tərkibi ilə də diqqət çəkir. axşam.az-a istinadən bildirir ki, vitamin, mineral və antioksidantlarla zəngin olan bu meyvə orqanizmin bir çox funksiyasın

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi

Akromeqaliya bədəninizin həddindən artıq böyümə hormonu (GH) istehsal etməsi nəticəsində yaranan bir endokrin xəstəliyidir. Böyümə hormonu artıqlığı qaraciyərdən ifraz olunan "insulin bənzəri böyümə faktoru 1" (IGF-1

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xiyarın möcüzəvi faydaları

Yay mövsümünün ən çox istehlak olunan tərəvəzlərindən biri olan xiyar təkcə sərinləşdirici təsiri ilə deyil, həm də sağlamlığa verdiyi saysız-hesabsız faydalarla diqqət çəkir. Tərkibinin təxminən 95-97 faizi sudan ibarə

.

Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər

Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamətlərlə özünü göstərmir. -a istinadən xəbər verir ki, bu barədə RT-yə rusiyalı kardioloq Ella Vinoqradova danışıb. Həkimin sözlərinə görə, stres və ya ağrı fonunda qan təzyiqini

turlar.az

toy makiyajlari yay kolleksiyasi yay geyimləri 2026 qargidali yaginin faydalari doslu qizlar hicab bağlamaq balıqqulağı kosmetika ziyafet geyimleri qogal vətən haqqında atalar sözləri hakıştalar rus dili 2ci ders