Həyatımızı söndürən bəla ilə nə etməli? - həkim yazır

Həyatımızı söndürən bəla ilə nə etməli? - həkim yazırParkinson xəstəliyi hərəkəti idarəetmə qabiliyyətinin pozulması xəstəliyidir. Xəstəlik adətən asta surətlə başlayır, getdikcə pisləşir.
Əsas simptomları hərəkətin yavaşlaması, tremor, əzələ sərtliyi, koordinasiya və tarazlığın pozulması, yerişin pozulmasıdır. Xəstəlik irəlilədikcə danışıqda  pozulma, yuxu pozulması, koqnitiv və yaddaş pozulmaları, davranış dəyişiklikləri  kimi simptomlar yaranır.
Parkinson xəstəliyinə kimlər yoluxur?
Qadınlar arasında kişilərə nisbətən daha çox yayılıb. Ən çox 60 yaşdan yuxarı insanlar arasında müşahidə edilir. Lakin bəzən 50 yaşdan aşağılarda da rast gəlinir.
Parkinson xəstəliyi  irsi keçirmi?
Alimlər Parkinson xəstəliyi ilə əlaqəli gen mutasiyalarını aşkar ediblər.
Əsasən 50 yaşdan aşağı xəstələnənlərdə xəstəliyin iris olması düşünülür. Alimlər Parkinson xəstəliyindən əziyyət çəkən insanların beynində alfa-suinuklein zülalının yığınları olan Lyui cisimlərinin yaranmasında rol oynayan gen mutasiyasını müəyyən ediblər. Parkinson xəstəliyində bir neçə başqa gen mutasiyalarının rol  oynadığı aşkar edilib. Həmin genlərdəki mutasiyalar beyindəki sinir hüceyrələrinin dofamin sintez etmə qabiliyyətinə təsir edir və hüceyrələrin ölümünə səbəb olur. Lakin hələ də bu genlərin mutasiya olunmasinın səbəbləri aşkar edilməyib.
Həyatımızı söndürən bəla ilə nə etməli? - həkim yazırParkinson xəstəliyinə nə səbəb olur?
Parkinson xəstəliyi beyində yerləşən substansia nigra (qara maddə) adlanan hissəsində neyronların öldüyü zaman yaranır. Bu neyronlar normal olaraq beyin hüceyrələri arasında elaqə  yaranmasında rol oynayan dofamin adlanan neyrotransmitteri istehsal edir. Bu  hüceyrələr öldükcə dofaminin sintezi azalır. Dofamin adlanan bu maddə isə beynin bazal qanqliya adlanan baəqa nahiyəsinin fəaliyyəti üçün vacibdir. Beynin bu sahəsi hərəkətləri idarə eden mərkəzdir. Dofaminin azalmasi parkinsonlu xəstələrdə gordüyümüz hərəkət pozulmalarına səbəb olur. Parkinson xəstəliyi olan insanlar norepinegrin adlanan başqa bir neyrotransmitteri də itirirlər. Bu maddə simpatik sinir sisteminin düzgün işləməsi üçün lazımdır. Simpatik sinir sistemi isə həzm, qan təyziqi, ürək və tənəffüs orqanlarının avtonom funksiyalarlna nəzarət edir. Norepinefrinin azalması isə solur.
Parkinson xəstəliyinin əlamətləri hansılardır?
Parkinson xəstəliyinin simptomları və bu simptomlarin artma sürəti inasandan insana dəyişir. Ən çox rast gəlinən simptom aşağıdakılardır:
Tremor: əsasən ellərimizdə və qollarımızda titrəmə başlayır. Çənəmizdə, dilimizdə, səs tellərimizdə və ayaqlarda da tremor ola bilər. Xəstəliyin ilkin mərhələsində əlamətlər bədənin yalnız bir tərəfində olur. Xəstəlik irəlilədikcə digər tərəfə də yayılır. Stresslə daha da pisləşir. Tremor adətən hərəkət zamanı itir.
Hərəkətin ləngiməsi (bradikineziya): bu hərəkətin yavaşlamasıdır. Beynimizin lazimi əmrləri bədənin uyğun hissələrinə otürməsində ləngiməsi nəticəsində yaranır. Xəstələyin gedişi zamanı xəstələr  bəzən yeriyə bilsələr də, bəzən yerimədə, stuldan qalxmada çətinlik çəkirlər.
Əzələ sərtliyi: sərtlik(tonus) əzələlərimizin boşala bilməməsidir. Bu sərtlik əzələlərimizin nəzarətsiz gərginliyindən yaranır və rahat şəkildə hərəkət etməkdə çətinlik yaranır. Sərtləşən əzələlərdə ağrı olur.
Balanslaşdırılmamış yeriş, koordinasiya problemləri: qısa addımlarla yerimədə, yeriməyə başlamaqda çətinlik çəkmə, dayandıqda çətinlik çəkmə, yeriş zamanı əllərin yeriməyə sinxon olaraq təbii formada  yelləməsində pozulma yaranır. Yeriməyə başladıqda sanki ayaqların yerə yapışdığını hiss edə bilərsiz.
Həyatımızı söndürən bəla ilə nə etməli? - həkim yazırƏzələlərin spazmı və krampları(distoniya): Ayağınızda ağrılı kramplar hiss edə bilərsiz. Distoniya bədənin digər hissələrində də yarana bilir.
Bədənin önə doğru əyilməsi: bədən önə doğru əyilir və donmuş bir duruş yaranır.
Diğər simptomlar isə aşağıdakılardır:
Üz ifadələrinin zəifləməsi: xəstəlik inkişaf etdikcə gülümsəyə bilməmə, göz qırpmanın azalması, üz ifadəsində kasadlaşma
Danışıqda və səslərində dəyişiklər: danışıq sürətlənir, səs tonu aşağı enir, danışığa başlamada çətinlik yaranır.
Yazıda dəyişiklik: yazı kiçilir, oxunması çətinləşir.
Depressiya və həyəcanlılıq
Çeynəmə və udmada problemler, ağız suyunun axması
Sidik problemləri
Yaddaş pozulmaları
Halisünasiyalar
Qəbizlik
Qoxunun itməsi
Yuxu pozulmaları,n arahat ayaqlar sindromu, REM yuxu pozulması
Ağrı, apatiya, yorğunluq, çəkidə dəyişikliklər, görmədə dəyişikliklər
Qan təyziqinin düşməsi
Parkinson xəstəliyinin mərhələləri:
Hər bir Parkinson xəstəsinin klinikası özünəməxsus olur. Hər kəsdə bütün simptomların olması mütləq deyil. Xəstəliyin kəskinləşmə sürəti də xəstədən xəstəyə dəyişir. Adətən xəstəlik erkən, orta, ağır mərhələlərə doğru inkişaf edir.
Erkən mərhələ
Parkinson xəstələyinin erkən mərhələsində simptomlar yüngül olur və tipik olaraq yavaş inkişaf edir, gündəlik fəaliyyətlərini davam etdirirlər. Bəzən erkən əlamətlərin aşkar edilməsi bəzən asan olmur. Yüngül bir titrəmə və ya ayaq üstə durmanın çətinləşməsini hiss edə bilərlər. Əzələlərdə sərtliyi, normal hərəkətdə çətinləşma (yeriyərkən qolların yellənməsi olmadığından), yavaş və ya kiçik yazı, üzündə ifadə eksikliyi və stuldan qalxmada çətinliyi hiss edə bilərlər.
Orta mərhələ
Əlamətlər pisləşməyə başlayır. Titrəmə, əzelə sərtliyi və hərəkət problemləri bədənin digər yarısına da yayılır. Tarazlıq problemləri və yıxılmalar daha cox müşahidə edilir. Lakin hələlik xüsusi baxıcıya ehtiyacları olmur. Geyinmə, yuyunma zamanı isə cətinliklər hiss olunur.
Orta-gec mərhələ
Ayaqda durmaqda və yeriməkdə daha da çətinləşmə olur, xüsusi yetimə  vasitələrinə ehtiyac olur.
Həyatımızı söndürən bəla ilə nə etməli? - həkim yazırGecikmiş mərhələ
Artıq əlil arabasına ehtiyac olur və ya yataqda qalırlar. Halüsinasiyar  və sayıqlamalar əmələ gəlir. Tamamən baxıcıya ehtiyacı olur.
Parkinson xəstələyi necə müayinə edilir?
Erkən əlamətləri digər xəsliklərlərdə də rast gəlindiyindən, xüsusi qan və ya digər analizləri olmadığından  diaqnoz qoyulmasında çətinlik yaranır. KT və MRT  kimi müayinələrlə bənzər simptomları olan digər xəstəliklərdən differensayiya məqsədilə istifadə edilə bilər.
Parkinson xəstəliyini dəqiqləşdirmək üçün tibbi  və ailə anamnezi, qəbul etdiyi dərmanlar   və məruz qaldığı toksinlər haqqında ətraflı məlumat toplanmalıdır. Həkim tərəfindən tremor və əzələ sərtliyi araşdırılır, yeriş izlənir, duruş və koordinasiyanız, hərəkətdə yavaşlama  yoxlanılır. Xəstəliyin erkən müəyyən edilməsi və müalicəyə başlama xəstənin həyat keyfiyyətinin artırılmasında önəmlidir.
Parkinson xəstəliyi necə müalicə edilir?
Parkinson xəstəliyinin müalicəsi yoxdur. Müalicə simptomların yülgülləşdirilməsinə yönəlir. Müalicəvi idman Parkinson simptomlarına önəmli dərəcədə kömək edə bilir. Bəzi xəstələrdə isə cərrahi müdaxiləyə zərurət duyulur.
Parkinson xəstəliyini müalicə etmək üçün hansı dərmanlardan istifadə edilir?
Dərman müalicəsi əsas müalicə metodudur. Dərmanlar xəstəliyin mərhələsi, simptomları, şiddəti, yan təsirləri nəzərə alınaraq təyin edilir.
Dərmanlar təsirinə görə aşağıdakılardır:
Beyindəki sinir hüceyələrinə dofamin istehsal etməyə kömək edir
Beyində dofaminin təsirini təqlid etmək
Beyindəki dofamini parçalayan bir fermentin bloklanması
Parkinson xəstəliyinin bəzi spesifik simptomlarının azaldılması
Parkinson xəstəliyinin cərrahi müalicəsi varmı?
Parkinson xəstəliyi olan çox xəstədə dərman müalicəsi effektiv olur. Bununla yanaşı, xəstəlik ağırlaşdıqca bəzi xəstələrdə dərmanların təsiri azalır.  Belə hallarda cərrahi yanaşma barədə düşünülə bilər:
Dərin beyin stimulyasiyası: beyinə simptomlara səbəb olan anormal  aktivliyi tormozlayan elektrik impulslar ifraz edən elektrodlar yerləşdirilməsidir. 
Həyatımızı söndürən bəla ilə nə etməli? - həkim yazırKarbidopa-levodopa infuziyonu: bu pompanın incə bağırsağa cərrahi olaraq yerləşdirilməsidir.
Pallidotomiya: beyinin hərəkəti kontrol edən hissəsinin (globus pallidus) kiçik bir bölümünün yox edilməsidir.
Talamotomiya: talamusun kiçik bir hissısinin yox edilməsidir.
Parkinson xəstəliyinin qarşısı alına bilirmi?
Təəssüf ki, xeyr. Parkinson xəstəliyi getdikcə pisləşən uzunmüddətli bir xəstəlikdir. Xəstəliyin qarşısının alınması bir yolu olmasa da, preparatlar  simptomları əhəmiyyətli dərəcədə yaxşılaşdırır.Bəzi xəstələrdə isə əməliyyat seçilə bilər.
Parkinson simptomlarını azaltmaq üçün necə bir həyat tərzi seçilməlidir?
İdman hərəkətləri: İdman əzələ gücünü, koordinasiyanı, titrəmənin qarşısının alınmasında köməklik edir. Bundan əlavə yaddaşın, düşünmə qabiliyyətinin azaldılmasında da rol oynayır.
Sağlam diyeta: Parkinson xəstəliyində olan qəbizliyin azalmasına təsir edir. Xüsusilə lifli qidalar daha önəmlidir.
Yuxu keyfiyyətinin artırın.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1100   Tarix: 08 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

120 il yaşamaq üçün nə edək?

Sağlamlıq monitorinqi 120 il ömür uzunluğuna çatmağa kömək edə bilər. -a istinadən xəbər verir ki, ömür uzunluğunun 120 ilə qədər artırılması düzgün profilaktik tədbirlər, müntəzəm sağlamlıq monitorinqi və sağlam həyat tərz

.

Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?

Pesketaryen qidalanma qırmızı ət və quş ətinin istifadə olunmadığı, balıq və bitki mənşəli qidaların əsas götürüldüyü bir qidalanma modelidir. Zülal ehtiyacı böyük ölçüdə dəniz məhsulları və bitki mənşəli qaynaqlardan qarşılanır

.

Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb

"Formalaşmaqda olan uşaq pəncəsinin normal inkişafı üçün Crocs tipli ayaqqabılar uyğun hesab edilmir". xəbər verir ki, bu sözləri pediatr-nevroloq Nurəngiz Hacıyeva bildirib. Onun sözlərinə görə, sintetik materialda

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər

Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamətlərlə özünü göstərmir. -a istinadən xəbər verir ki, bu barədə RT-yə rusiyalı kardioloq Ella Vinoqradova danışıb. Həkimin sözlərinə görə, stres və ya ağrı fonunda qan təzyiqini

.

Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər

Nevroloq Rüstəm Qayfutdinov bildirib ki, smartfonlara vurulan bəzi şüşə ekran qoruyucuları görmə sahəsini məhdudlaşdıraraq göz və baş ağrılarına səbəb ola bilər. xəbər verir ki, mütəxəssisin sözlərinə görə, belə qoruyucularl

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq

"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır". . xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

turlar.az

geymler 2026 qadın geyimi toy gecesi tortlar dirnaq manikuru üzü nəmləndirən maska hamilə qalmaq kosmetika insan səməd vurğun azerbaycan aybawi qiz burcu