Hiperaktiv uşaqlar

Hiperaktiv uşaqlarDövrün əsas problemlərindən sayılan "dəcəl uşaq","sözə baxmayan uşaq"anlayışı əslində Psixologiyada xüsusi bir diaqnoz olaraq taninir.
Belə ki, "uşağım hər şeyi dağıdır,sındırır","sözümə baxmır","dərslərini oxumur","yaddaşı zəifdir" kimi şikayətlər heç də uşağın "tərbiyəsiz"olmasından irəli gəlmir. Psixologiyada bu tip davranışlar əsasən hiperaktivlik kimi tanınır.
Hiperaktivlik - şəxsin həddindən artıq fəallığı, davranışlarına nəzarət edə bilməməsi ve uzun müddet diqqətini toplaya bilməməsi ilə bağlı bir durumu əks etdirir. Hiperaktivlik genetik faktordur, əsasən ata xəttiylə keçir, ancaq ana xəttiylə keçdiyi hallar da olur. Bununla bərabər problemli doğuş,ana və ya uşağın infeksiyalara yoluxması uşağın həyatının ilk ilində onun həssas sinir sisteminə təsir göstərir və nəticədə minimal beyin disfunksiyasının (hiperaktiv uşaq sindromunun) formalaşmasına gətirib çıxarır. Alimlər isə beyində davranışa nəzarət etməyə yardım göstərən "neyroötürücülər"adlanan kimyəvi maddələrin çatışmadığını iddia edirlər.
Hiperaktivliyin 3 əsas əlaməti var:
1. Çoxhərəkətlilik
2. İmpulsivlik
3. Diqqət əksikliyi
Çox hərəkətlilik - həddindən artıq hərəkətlidirlər, bir yerdə dayana bilmirlər, ev içində qaçırlar, harasa dırmaşırlar. Sakitlik istəyən fəaliyyətləri sevmirlər. Bir sözlə, hiperaktiv uşaqlarda zaman və məkan fərqi olmur, onlar hər zaman, hər yerdə aktivdirlər.
İmpulsivlik - hisslərini gizlədə bilmirlər, öz hərəkətləri barədə düşünmür, "mənfi"və "müsbət"cəhətləri müqayisə etmirlər. Düşünmədən hərəkət edirler ki,bu da bir sıra təhlükələrə yol aça bilər. Belə ki,çox hündür olan bir ağaca çıxa bilər, ətrafa baxmadan yolu keçərlər və s. Tələskəndirlər, digərlərinin sözünü kəsər, hər şeyə qarışar, sıra gözləməyi sevməzlər.
Diqqət əksikliyi - diqqəti bir nöqtəyə toplaya bilmirlər, dərsləri etməkdə çətinlik çəkirlər, fikirləri asanlıqla yayınır, əşyalarını tez-tez itirirlər. Qarşısındakını dinləməmə, mövzudan yayınma kimi hallar baş verir. İşləri plansız olur.
Hiperaktivliyin 3 ağırlıq dərəcəsi var:
- 1-ci dərəcə hiperaktivliyin yalniz bir əlaməti olur,yəni uşaqda ya coxhərəkətlilik,ya impulsivlik,ya da diqqət əksikliyi olur.
- 2-ci dərəcə hiperaktivliyin ya 2 əlaməti olur və ya 3 əlaməti olur,ancaq bu əlamətlər beyinə ləngimə vermir.
- 3-cu dərəcə hiperaktivliyin hər 3 əlaməti və paralel olaraq beyin ləngiməsi olur.
Əgər sadalanan əlamətlərdən biri və ya bir neçəsini övladınızda müşahidə etmişsinizsə yaxşı olar ki, mütəxəssisə müraciət edəsiniz. Valideynlər belə uşaqlarla son dərəcə səbrli davranmali, onların güclü cəhətləri və istedadları barədə söz açmalı, yaxşı bir iş gördükdə tərifləməlidirlər. Uşağınıza sadəcə nəyi etməməli olduğunu deyil, nəyi etməli olduğunu da söyləyin. Hiperaktiv uşağın daima mənəvi dəstəyə ehtiyacı olur, o da digər uşaqlar kimi uğur qazanmaq istəyir. Lakin bu onda həmişə alınmır. Buna görə də valideynlər belə uşaqların yalnız özlərinə maraqlı və həvəsləri olan işlərlə məşğul olacaqlarını bilməlidirlər.
Və son olaraq, istənilən halda uşaqlarımızı digər uşaqlarla müqayisə etməyək, aralarında fərq qoymayaq, nəzərə alaq ki, hər uşaq bir dahidir.
Gülnar Yusifova
Dushunce.az

Mətbəx     Baxılıb: 3152   Tarix: 17 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

turlar.az

geyim seçimi toy makiyaji sekilleri qaşların formalari boyuk qadin dosleri 2026 payiz qis kolleksiyasi oxsamalar badam kosmetika novruza aid hakisdalar rus dilini öyrənək sağlıq pehriz bürclər