Hipertrixoz – həddən artıq tüklənmə

Hipertrixoz – həddən artıq tüklənməİnsan bədənində əllərin içi və ayaqların altından başqa bütün dəri örtüyü xırda və yumşaq tüklərlə örtülü olur.
Bu örtük irsi atavizm sayılır. Yetkin insan bədənində 300-500 min tük follikulu var. Bunlardan bəzilərindən sərt və qalın tüklər inkişaf etdiyi halda, bəzilərindən gözlə görünməyən, incə və nazik tüklər əmələ gəlir. Tükləri açıq rəngli olanların dərisində daha çox, tünd rənglilərin dərisində isə daha az tük follikulu var, çünki tünd tüklər digərləri ilə müqayisədə daha sərtdir.
Yetkin insan bədənində tüklərin inkişafı cinsi vəzlərin fəaliyyəti ilə birbaşa əlaqədardır. Tük follikullarının, yəni köklərinin fəaliyyətini kişi cinsi hormonu olan androgenlər təmin edir. Kişi cinsi hormonları tükün başda, üzdə və bədəndə inkişafını sürətləndirir. Qadın hormonları isə onların üzdə və bədəndə inkişafının qarşısını alır. Androgenlər qadınlarda az miqdarda yumurtalıqlarda və böyrəküstü vəzdə sintez edilir.
Hipertrixoz - tüklərin daha az piqmentasiyalı, yumşaq, nazik, zəif olduğu yerlərdə (üz, sinə nahiyəsi, ayaq və qollar) çoxalması, rənginin tündləşməsi və sərtləşməsi ilə xarakterizə olunan haldır. Lakin bu zaman yaş, cinsiyyət və etnik mənsubiyyət nəzərə alınmalıdır. Məsələn, yaşlı qadının üz və ayaqlarında tünd rəngli sərt tüklərin əmələ gəlməsi normal sayılsa da, 10 yaşlı qızda artıq patoloji vəziyyət hesab edilir. Yaxud Aralıq dənizi sahillərində yaşayan qadınların ayaqlarında tükün çox olması normal olduğu halda, Asiya qadınlar üçün bu hal xarakterik deyil.
Hipertrixozun bir neçə növü var.
Heterogeniya zamanı qadınlarda və qızlarda qasıq nahiyəsində kişi tipli tüklənmə, saqqal və bığ inkişaf edir. Normal halda qasıq nahiyəsində tüklər kişilərdə romb şəklində, qadınlarda isə zirvəsi aşağı olan üçbucaq şəklində inkişaf edir. Heterogenik tüklənmə hormonal balansın ciddi dəyişikliyə məruz qaldığı cinsi yetişkənlik, hamiləlik və ya klimaks, yumurtalıqların polikistozu və qanda prolaktin hormonunun artıqlığı kimi hallarda baş verir. Normadan çox sintez edilən androgenlərin yatan tük follikularını qıcıqlandırması və onların fəaliyyətini artırması özünü tükün normada az və nazik olan yerlərdə çoxalması və sərtləşməsi ilə göstərir. Bəzən tük follikullarının androgenlərə qarşı həssaslığının artması nəticəsində az miqdarda olan kişi hormonları da tüklənməyə səbəb ola bilir. Androgenlərlə əlaqədar inkişaf edən tüklənməyə hirsutizm deyilir.
Heteroxroniya zamanı uşaq yaşlarında qasıq nahiyəsində tüklənmə, bığ, saqqal kimi ikincili cinsi əlamətlər inkişaf edir. Onu yumurtalıqlar, xayalar, böyrəküstü vəz, qalxanabənzər vəz, hipofiz kimi daxili sekresiya vəzlərinin anomal inkişafı nəticəsində müşahidə etmək olar.
Heterotipiya tük inişafının bel və kürək kimi qeyri-adi yerlərdə artması ilə xarakterizə edilir və belə tüklənmə hissəvi və ya bütün bədənə yayılmış şəkildə ola bilər.
Hipertrixozun səbəbləri olduqca müxtəlifdir.
Anadangəlmə yumşaq tüklü hipertrixoz zamanı rüşeym tükləri tökülmür, uzanaraq 10 sm və daha böyük ölçüyə çatır və hər hansı bir genetik sindromun əlaməti olaraq üzə çıxır.
Qazanılmış yumşaq tüklü hipertrixoz zamanı isə tüklərə başlanğıc verən tük follikullarından rüşeym tükləri əmələ gəlməyə başlaması bədxassəli prosesin xəbərçisi ola bilir və həmin xəstələrin 98 faizində bədxassəli şişlərə rast gəlinir. Bəzən həmin tipli tüklənmə şiş xəstəliyindən bir neçə il əvvəl müşahidə oluna bilər.
Dərman hipertrixozu kortikosteroid, siklosporin, streptomisin, pensillamin kimi bəzi preparatların qəbulundan sonra yaranır.
Simptomatik hipertrixoza porfiriya, bulloz epidermoliz, kəllə-beyin travmaları, fetal alkoqol sindromu, dermatomiozit, üzülmə və psixi anoreksiya zamanı rast gəlinir.
Tarvmatik hipertrixoz travma, çapıq, dərinin daim qıcıqlanan və təraş olunan nahiyələrində müşahidə oluna bilər.
Bəzən qadınların tüklərlə mübarizə üçün mütəmadi istifadə elədikləri bəzi vasitələr  - krem-depilyator, sap, mum və təraş müəyyən nahiyələrdə tüklərin daha çox sərtləşməsinə və çoxalmasına səbəb olaraq tüklənməni artıra bilər.
Hipertrixozun müalicə əsasən tüklənməyə səbəb olan amilin aşkar olunaraq aradan qaldırılmasına yönəlməlidir. Qanda hormonların səviyyəsi yoxlanmalı, daxili orqanlar müayinə edilməlidir. Müalicədə  ən cox istifadə edilən tərkibində qadın cinsi hormonları, yəni estrogenlər olan preparatlardır. Həmin  preparatlardakı estrogenlər qaraciyərdə androgenlərlə birləşərək onların təsirini azaldır.
İstifadə olunan bəzi hormonal preparatlar tüklənməyə səbəb olursa, həmin preparatları onların başqa analoqu ilə əvəz etmək lazımdır. Bəzən preparatı kəsmək və ya dəyişmək mümkün olmur ki, bu zaman epilyasiya kimi simptomatik üsullar tətbiq edilir.
RESEPTLƏR
Qadınlarda qanda androgenlərin miqdarını azaldan və estrogenləri artıran dəmləmələr:
- 2 xörək qaşığı quru nanə 200 ml qaynar suda dəmlənərək gündə 2-3 dəfə acqarına içilir. Təzə nanə yeyilməsi də məsləhətdir.
- 2 xörək qaşığı quru və ya təzə gicitkən yarpaqları 1 stəkan qaynar suda dəmlənir, gündə 3 dəfə daxilə qəbul edilir.
- 1 xörək qaşığı adaçayı yarpaqları 1 stəkan suda dəmlənib içilir.
Qanda prolaktin hormonunu azaldan vasitələr:
- Gündə 3 dəfə 2 kapsul Nat-Ərküdə kapsulu qəbul edilir.
- 1 xörək qaşığı ərküdə meyvəsi 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, gündə 3 dəfə, hər dəfə 1 stəkan qəbul edilir.
Ev şəraitində tüklərdən azad olmağın yolları:
- Yetişməmiş bir neçə qoz ortadan kəsilərək problemli nahiyələrə sürtülür. Proseduru bir neçə dəfə təkrarlamaqla yaxşı nəticə almaq olar.
- 150 qram dəlibəng kökləri üzərinə 1 litr su əlavə edilir, emallı qabda 15-20 dəqiqə qaynadılır, soyudulur və süzülür. Alınan tünd dəmləmə ehtiyatla problemli nahiyələrə çəkilir.
- 50 qram barium-sulfat, hərəsindən 20 qram sink oksidi və nişasta qarışdırılır, alınan qarışığa bir qədər su əlavə edib qatı kütlə hazırlanır. Problemli nahiyəyə çəkilir, 4 dəqiqədən 10 dəqiqəyə qədər saxlanır və yuyulur.
- Yarım limonun suyu sıxılır, üzərinə 1 stəkan su və 3 xörək qaşığı şəkər tozu əlavə edilir, zəif ocaqda qatılaşana qədər qaynadılır. Bir qədər soyuduqdan sonra alınan kütlə problemli nahiyəyə çəkilir və sürətlə qoparılır. Bu prosedur vasitəsilə tüklərdən 3-4 həftə müddətində azad olmaq mümkündür.
Mənbə: Herba Flora jurnalı
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 925   Tarix: 24 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidadan yeyən kişilər serialı intim yaxınlıqdan üstün tuta bilər - Uroloq Asaxanov

Bəzi qidalar, hətta faydalı məhsullar da kişi libidosuna mənfi təsir göstərə bilər. -a istinadən xəbər verir ki, bu barədə "Подмосковье сегодня" xəbər saytına Vidnovskaya Klinik Xəstəxanasının uroloqu Zaqid Asaxano

.

Niyə hər gün avokado yemək lazımdır? - Mütəxəssislər AÇIQLADI

Alimlər hər gün avokado yeməyin orqanizmə təsirlərini açıqlayıb.   -a istinadən bildirir ki, araşdırmalara görə, avokado yemək həzmi yaxşılaşdırır. Alimlər avokadonun abdominal piylənmədən əziyyət çəkən insanlarda sağlamlığ

.

Mixəyin faydaları nələrdir?

Mixəyin bir çox faydası olduğu məlumdur. Daha çox ağız qoxusunu aradan qaldırmaq üçün istifadə olunsa da, mixək həzmi asanlaşdırmaqdan mədə ağrılarını aradan qaldırmağa qədər bir çox işdə təsirlidir. Həm bütöv, həm də to

.

Bu xəstəliyi olanlar banan yeməlidir

a istinadən bananın faydalarını təqdim edir:. - Banan qan şəkərini balanslaşdırmağa kömək edir. - Ürək sağlamlığını qoruyur. - İnsulin müqavimətini artırmaqda təsirlidir. - Hüceyrələri oksidləşdirici stresdən qoruyaraq yaşlanm

.

Arıqlamağa əngəl olan səbəblər

Əgər kalorilərin məhdudlaşdırılması və idman arıqlamağa kömək etmirsə, endokrinoloqa müraciət etməlisiniz. .   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur qastroenteroloq Rüstəm Sadıqov danışıb. Həkim bildiri

.

Fiziki təmas ağrını aradan qaldırır

Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər. -a istinadən xəbər verir ki, almaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı xüsusi araşdırma aparıblar. Araşdırma nəticəsində alimlər fiziki təması

.

Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb

ABŞ-ın Florida Universitetinin alimləri müəyyən ediblər ki, qeyri-invaziv beyin stimulyasiyası yaşlı insanlarda depressiya və narahatlıq əlamətlərini yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, elmi işin nəticələri "Brai

.

Bağda işləmək bu problemləri azaldır

Bağ evində işləmək antidepressant qəbul etməyə bənzəyir və depressiya riskini 23% azaldır. -a istinadən bildirir ki, bu barədə britaniyalı alimlər apardıqları uzunmüddətli araşdırmalardan sonra elan ediblər. Səhər yeməyind

.

Çiyələyin dibinə YOD TÖKÜN – Bol məhsul üçün qeyri-adi yol

Yod bitkilər üçün əla dərmanı növüdür. Ondan düzgün istifadə etsəniz, bir çox bitkilərin məhsuldarlığı arta bilər. Bunlardan birincisi çiyələkdir. .   -a istinadən xəbər verir ki, yod çiyələk kollarının vəziyyətinə müsbə

turlar.az

sonxeber.az aksessuarlar makiyaj instagram sac duzumleri qrip xəstəliyi qonaq otagi dizayni 2024 qaraqoyunlu dərəsi hamiləlik və analıq kosmetika hakista qiz adlari novruz hakista orqazm qaynana hakista