"Hiss edən protez ayaq" təqdim edildi

Avstriyanın paytaxtı Vyanada dünyanın ilk hiss edən protez ayağının təqdimatı olub.
Habertürk.com saytınını məlumatına görə, Linz Universitetindən olan protez mütəxəssisi prof.dr. Hubert Egger komandası ilə birlikdə Vyanada təşkil etdiyi mətbuat konfransında uzun araşdırmalar nəticəsində icad etdiyi və "hiss edən protez ayaq" adını verdiyi məhsulu ictimaiyyətə təqdim edib.
Egger xəstənin ombasından ayağına doğru uzanan sinirlərə yenidən quruluş verərək dəri altına yaxın bir hissəyə yerləşdirdiklərini və protez ayağın, dabanına yerləşdirilən 6 ədəd sensorla süni ayağın içərisindəki xəbərdaredicilərə bağlandığını söyləyib.
Egger ayaq hərəkətlərinin yaratdığı təzyiqlə əmələ gələn siqnalların əvvəlcə əmr mərkəzinə, oradan da sinir ucları yolu ilə beyinə çatdırıldığını bildirib.
Zəminin təzyiqini dərhal hiss edir
Doktor Egger addım atıldığı anda ayaq altındakı xəbərdaredicilərin beyinə xəbərdarlıq göndərdiyini qeyd edərək protezi geyinən insanın yeridiyi zaman zəminin təzyiqini dərhal hiss etdiyini deyib: "Hər şey göz önündə baş verir. Gördüyünüz kimi, hər şey çox sadədir".
Normal protezlərdə beyin ayağı hiss edə bilmədiyi üçün ağrıların artdığını deyən Egger protez ayağın bu problemi də aradan qaldırdığını ifadə edib.
Keçirdiyi qəza nəticəsində meydana gələn qan laxtalanması səbəbilə 2007-ci ildə sağ ayağı kəsilən Wolfgang Rangger "hiss edən protez ayağı" təxminən 6 ay evində sınaqdan keçirib.
Jurnalistlərin qarşısında protez ayağı bir daha sınaqdan keçirən Rangge qurulan süni pilləkənlərə problemsiz çıxmağa nail olub. Rangger protez ayaqları ilə qaçdığını, velosiped sürdüyünü və hətta dırmaşdığını da qeyd edib. Özünü yenidən doğulmuş kimi hiss etdiyini deyən 54 yaşındakı Rangger hisslərini belə ifadə edib: "Sanki ayağım yerində imiş kimi hiss edirəm. Artıq buz üzərində sürüşüb yıxılmıram, çınqıl, beton, ot və ya qumda rahatlıqla yeriyirəm. Yeni ayağımla kiçik çınqıl daşlarını belə hiss edə bilirəm".
Qiyməti 30 min avroya qədərdir
Yüksək texnologiya ilə hazırlanmış "hiss edən ayaq" protezinin qiymətinin 10 min avro ilə 30 min avro arasında dəyişdiyi qeyd edilib. Ayaqlarını itirənləri yenidən həyata bağlamaq üzərində çalışmaları davam etdirdiklərini vurğulayan komanda böyük bir şirkət yaradacaqlarını və bazar qiymətlərini aşağı salmaq üçün ən qısa müddətdə kütləvi istehsala keçəcəklərini nəzərə çatdırıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1099   Tarix: 26 oktyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

gozel gorunmek qadın geyimi makiyaj instagram yuxuyozmalar metbex qlazok dirnaqlar ucun maska kosmetika veten haqqinda bayatilar pehriz vətən haqqında atalar sözləri maraqlı olumu