İdmanla məşğul olan şəxslər bunu MÜTLƏQ OXUYUN!

İdmanla məşğul olan şəxslər bunu MÜTLƏQ OXUYUN!İdmanda istənilən nəticəni almaq üçün qidaların əhəmiyyəti çox böyükdür. Belə ki, idman edən adamların performansına genetik quruluşu ilə yanaşı, düzgün məşq və qidalanması çox böyük təsir edir. Artıq sübut olunub ki, düzgün, balanslı qidalanma və maye istehlakı ilə məşqin səmərəliliyi artırıla bilər. Məsələn, idmançı düzgün və sağlam qidalanma sayəsində fiziki imkanlarını artıra bilər. Odur ki, idman edənlərin qidalanma məsələsində nələrə diqqət etməli olduğuna baxaq.
Publika.az-ın sağlamlıq bölməsi bu məsələ ilə bağlı 10 təklif təqdim edir:
Gündə ən az 3 dəfə yemək yeməli, 2-3 dəfə isə yüngül qəlyanaltı edilməlidir. Yüngül qəlyanaltılar idmana çox yaxşı təsir göstərir.
Qidalanma menyusu karbohidratlarla zəngin olmalı, lif miqdarı yüksək qidalar üstünlük təşkil etməlidir. Məsələn, qara çörək, bulqur, düyü, yumurta, meyvə və tərəvəzlər ola bilər. Məşqdən sonra əzələlərdə azalan karbohidrat anbarının yenilənməsi baş verir. Dözümlülüyün inkişaf etdirilməsində əzələ anbarının doldurulması vacibdir. Məşqlərdən sonra ilk 2 saat ərzində qadınlar ən az 50, kişilər 70 qram karbohidrat tərkibli qidalar istehlak etməlidir. Məsələn, 2 orta dilim çörək, 5-6 ədəd biskvit, 1 kasa yulaf və süd, 2 stəkan partlamış qarğıdalı, 2-3 ədəd banan, 10 ədəd quru meyvə 50 qram karbohidrat tərkibli qidalar sayılır. 1 kasa süd və ya qatıq əlavə olunmuş tam taxıl hər məşqdən sonra tövsiyə edilən qidalar siyahısındadır.
Yetərli və balanslı qidalanırsınızsa, əlavə vitamin və mineral istifadə etməyə ehtiyac yoxdur. Amma qidalanma menyunuz vitamin və mineral baxımından yetərli deyilsə, gündə 1 ədəd multivitamin və mineral həbləri istifadə edə bilərsiniz. Ancaq bu dərmanlardan həddindən artıq istifadə etmək yanlışdır və sağlamlığa mənfi təsir göstərir.
Yanlış olan həm də sürətlə arıqlamaq prinsipidir. İdmanla həftədə ən çox 1 kq arıqlamağa icazə verilir. Çünki sürətli çəki itkisində su və əzələ itkisi də çox olur.
Xüsusilə, yay aylarında gün ərzində istehlak edilən suyun miqdarı da məşqə təsir edir. İsti havada gündə ən az 10-15 stəkan su içilməlidir. Məşq zamanı da maye istehlakı əhəmiyyətlidir. Məşq öncəsi və sonra itirilən maye tərəzidə müəyyən edilə bilər. İnsan praktik olaraq hər 0,5 kq üçün 2-3 stəkan su içməlidir. Məşqlər zamanı hər 15-20 dəqiqədə və ya hər 5 km-də 1 stəkan su istehlak edilməlidir.
Acqarına idman edilməməlidir. Məşqlər gərgin olacaqsa, əsas yemək məşqdən 3-4 saat əvvəl, ən gec 1 saat əvvəl yeyilməlidir. Yuxarıda qeyd etdiyimiz kimi, yeməklər karbohidratla zəngin olmalı, enerji səviyyəsi 150-200 kalori ətrafındakı dəyişməlidir.
Məşqdən əvvəl qəhvə içmək məşq prosesindəki performansın artmasına da, yorğunluq hissinin azalmasına da kömək edir. Amma şəkər miqdarını artırmaq olmaz, qəhvənizi şəkərsiz içməyə çalışın.
Qüvvə tələb edən idman növlərində qidalanmada zülalın artırılması əzələ kütləsinin artmasına da təkan verə bilər. Lakin çox protein/aminoasit qəbulu orqanizmə xeyirdən çox zərər verir. Qidalanmada zülalın miqdarını müəyyənləşdirərkən idmanın növü, müddəti və intensivliyi nəzərə alınmalıdır. Ümumiyyətlə, qidalanma proqramını diyetoloq müəyyənləşdirməlidir.
İdmanla məşğul olan şəxslər bunu MÜTLƏQ OXUYUN!

Sağlamlıq     Baxılıb: 1781   Tarix: 09 mart 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

qis geyimləri 2026 geyim necə seçməli geyim seçimi ayaq sismesi mədə xorası sellulit kokteyl kosmetika orqazm novruz bayramina aid hakistalar yemekler novruza aid hakisda mikayıl abdullayev