İkicə vəsaitlə diş ağrısından qurtulun - SADƏ RESEPT
Bir çox səbəblərdən diş həkiminə getməyə laqeyd yanaşa bilərsiniz. Bəs əgər gecə saatlarında dişiniz ağrımağa başlasa, necə? Yəqin ki, səhərin açılmasını gözləmək sizin üçün çətin olacaq. Diş ağrısı kimi qüvvətli bir ağrının qarşısını alıb az da olsa, rahatlamaq istəyirsinizsə, Aile.lent.az-ın təqdim etdiyi reseptlə tanış olun.
Bu üsul diş ağrınızı müvəqqəti olaraq azaldacaq. Ağrının təməlində başqa səbəblərin ola biləcəyi üçün sonrakı gün mütləq diş həkiminə müraciət edin.
Vəsaitlər:
- ½ yemək qaşığı üyüdülmüş mixək
- ½ yemək qaşığı hind qozu yağı
Hazırlanması:
Mixəyin tərkibində ağrıkəsici təsiri olan ojenol var. Ojenol antiseptik bir komponentdir. Bu maddə diş həkimləri tərəfindən yerli anesteziya kimi diş ətinin keyiməsində istifadə edilir. Təbii kokos yağında isə kaprik turşu və laurie turşusu olur. Bu iki turşu viral və bakterial infeksiyanın qarşısını alır. İki vəsaiti bir kasanın içində qarışdırın. Sonra qulaq çöpünün köməyi ilə bu qarışımı ağrıyan dişinizə sürtün. Ağrının bir müddət sonra azaldığının fərqinə varacaqsınız.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür