İLİN ŞOKU! Özcan Aslını Muradın əlindən aldı
Müğənni Murad Boz və aktrisa Aslı Enverin ayrılığı ilə bağlı gözlənilməz iddia səsləndirilib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ayrılığın səbəbi kimi Muradın Bahar və Nihal Candan bacıları ilə görüntülənməsinin olduğu söylənilsə də, bunun doğru olmadığı deyilir.
Yeni iddiaya görə, A.Enver "İstanbullu gəlin" serialındakı tərəf müqabili Özcan Dənizlə ay yarımdır ki, gizli sevgi yaşayır. Boz Aslının Özcanla öpüşmə səhnələrini qısqanıb və buna əsəbiləşib. Digər tərəfdən Özcanın yaxın dostlarına Aslıdan çox xoşlandığını deməsi Muradı özündən çıxarıb.
Hətta Ö.Dənizin A.Enveri ailəsi ilə tanış etdirdiyi bildirilir. Bu iddianı gücləndirən daha bir səbəb var. Belə ki, Özcan bir müddətdir sevgili olduğu söylənilən 26 yaşlı aparıcı Selin Yağcıoğlu ilə münasibətini qısa zamanda bitirib, o, hətta aparıcını İnstaqramda izləməni də dayandırıb.
Aslı Enverin ayrılıqla bağlı danışmaması və Muradın ona xəyanət etməsi xəbərlərinə susması isə onun öz xəyanətini gizlətmək istəməsi ilə bağlıdı. Hazırda bütün media M.Bozdan bu haqda nəsə öyrənməyə çalışır. Media bu xəyanəti "ilin şoku" adlandırıb.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir