İllərdir səhv bilinir - Eyni yerdə saxlayanda bir-birini çürüdən məhsullar
Bəzi qidaları soyuducuya qoymaq tövsiyyə edilmir.
Milli.Az xəbər verir ki, hər məhsulun ideal saxlama şəraiti fərqlidir.
Qidaların düzgün saxlanması həm onların ömrünü uzadır, həm də qida dəyərini qoruyur. Aşağıdakı qaydalara əməl etmək qidaların təzəliyini qorumağa və israfın qarşısını almağa kömək edir.
Pomidor: Soyuducuya qoymayın, dadını itirir. Qaranlıq və sərin yerdə saxlayın.
Kartof: Soyuq deyil, qaranlıqda saxlayın. Soyuqda kartofun nişastası şəkərə çevrilir.
Sarımsaq və Soğan: Ayrı qabda, hava alan yerdə saxlanmalıdır. Bir yerdə qalsa, tez xarab olur.
Kök: Kağız dəsmala sarıb soyuducunun tərəvəz bölməsində saxlayın, nəm tarazlığını qoruyur.
Yaşıl yarpaqlılar: Yaxşıca qurulayın, kağız dəsmala sarın, bağlı torbada saxlayın.
Limon: Tam halda soyuducuda saxlayın, yarımdırsa streçləyin.
Yumurta: Qapaq hissəsinə deyil, soyuducunun orta rəfinə qoyun ki, istilik sabit qalsın.
Çörək: Dilimləyin, dondurucuya atın. Çıxdıqda təzə kimi olur.
Alma: Soyuducuda digər meyvələrdən ayrı saxlayın, çünki etilen qazı digər meyvələri çürüdür.
Banan: Otaq temperaturunda saxlayın, saplağını streçlə sarın.
Pendirlər: Hava keçirməyən qabda və ya streçlə saxlayın.
Süd və Qaymaq: Soyuducunun qapaq hissəsində deyil, orta rəflərdə saxlayın.
İsmayıl
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İrem Dericinin nişanlısı saxlanıldı
Bu yaşdan sonra ərə baxa bilmərəm' - Renka
Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun layihəsi ona tapşırıldı
Serdar Ortaç illər sonra etiraf etdi
Sılanın sevgilisi ilə yaxtada istirahət - FOTOLARI
Həftə ərzində az yatırsınızsa, bunu edin
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq