İmmun sistemi necə işləyir?

İmmun sistemi necə işləyir?İnsanın immun sistemi xeyli dərəcədə öyrənilməsinə baxmayaraq, onun bir çox sirləri hələ də dəqiqliklə öyrənilməmişdir.
Bu, kifayət qədər mürəkkəb və çoxpilləli sistem bizi müxtəlif mikrobların, infeksiyaların, göbələklərin, parazitlərin (qurdların) və s. patogen faktorların təsirindən qoruyur. İnsanla paralel mövcud olan bu patogen mühit, vaxt keçdikcə insana qarşı daha çox aqqressivləşir, mutasiyalara uğrayır, insana hücum etməyin yeni-yeni yollarını tapır.
Faqositlər
Xəstəliyin törədicisi olan hər hansı bir mikrob orqanizmə daxil olduqda, onların yolunu kəsən ilk "döyüşçülər" faqositlər olur. Onların adı yunan sözü olan "phagein" - "yemək" və ya "udmaq" və "cyte" - "hüceyrə" sözlərindən götürülmüşdür. Faqositlər - orqanizmdə mövcud olan xeyli sayda hüceyrə qrupu olub, zərərli bakteriyaları, yad cisimləri, həmçinin ölmüş hüceyrələri udmaq yolu ilə orqanizmi müdafiə edirlər (bu proses "faqositoz" adlanır). Qandakı leykositlərin bir hissəsi (monositlər və neytrofillər), birləşdirici toxumadakı histiositlər, qara ciyərin kupfer hüceyrələri, ağ ciyər alveollarının divarındakı hüceyrələr (ağ ciyər makrofaqları) və periton qişası hüceyrələri faqositlərə aid edilir.
"Ali" immun hüceyrələrdən (B və T-limfositlər) fərqli olaraq faqositlər onların qarşısına çıxan obyektlərin nədən ibarət olduğunu aydınlaşdıra bilmirlər. Onlar yalnız bir şey bilirlər: bu obyekt "özününkü" və ya "yaddır". Faqositlərin vəzifəsi - orqanizm üçün genetik olaraq yad hesab edilən mikroorqanizmləri mümkün qədər çox sayda udmaq və məhv etməkdir. Əgər düşmən hüceyrələr kifayət qədər çox olarsa, orqanizmdə səfərbərlik elan edilir və bu zaman qanda olan faqositlərin sayı tez bir zamanda artır. Məhz buna görədir ki, orqanizmdə müəyyən bir infeksiya ocağı olduqda, qanda leykositlərin sayının kəskin şəkildə artması - leykositoz baş verir.
T- və B-limfositlər
T- və B-limfositlər faqositlərdən onunla fərqlənirlər ki, bu hüceyrələr düşmənləri onların tipinə görə tanıyaraq onların hər birinə qarşı ən effektiv müdafiə üsulları hazırlayırlar. Faqositlər isə bu işdə onlara kömək edirlər.
Mikrobu məhv etməzdən əvvəl faqositlər "istintaq" aparırlar. Bunun üçün onlar bakteriyanı parçalayır, onu analiz edir və sonra isə T-limfositlər qrupuna aid olan T-xelperlər adlanan hüceyrələrə "məruzə edirlər".
T-xelper hüceyrələr daha yüksək "intellektə" malik olan hüceyrələrdir. Bu hüceyrələr hər bir mikrobu ayıra bilmək bacarığından başqa, orqanizmin onunla əvvəllər görüşüb-görüşmədiyini də müəyyən edə bilirlər. Vəziyyəti müvafiq şəkildə analiz etdikdən sonra T-xelper hüceyrələr məlumatı B-limfositlərə ötürürlər.
Orqanizmə daxil olan hər bir konkret antigenin ("anti" - əks, "genos" - növ, mənşə deməkdir) xüsusiyyətlərindən asılı olaraq, məhz B-limfositlər ona qarşı xüsusi "silah" - zülal qurluşlu xüsusi immunoqlobulinləri (digər adı - "anticisimlər") hazırlayır. Hər konkret antigenə qarşı xüsusi anticisim hazırlanır.
Həmin orqanizm üçün yad hesab edilən müxtəlif zülallar, bakteriyalar, viruslar, onların hissələri və toksinləri, birhüceyrəli və çoxhüceyrəli parazitlər (lyambliyalar, müxtəlif qurdlar), vaksinlər, bitki və heyvan mənşəli müxtəlif hüceyrələr, digər orqanizmin hüceyrələri (transplantasiya zamanı), bəzi hallarda orqanizmin öz hüceyrələri (autoimmun patologiyalarda) və s. bu kimi faktorlar antigen ola bilər.
Limfositlər "immun yaddaşına" malikdirlər: onlar müəyyən antigenə qarşı anticisimin necə hazırlanmasını yadda saxlayırlar. Bu, o deməkdir ki, əgər eyni bir antigen ikinci dəfə orqanizmə daxil olursa, anticisimlərin əmələ gəlməsi xeyli sürətlə baş verir və onların sayı da çox olur. Bu ikincili immun reaksiya adlanır.
Müəyyən edilmişdir ki, insan orqanizmi eyni zamanda onlarla antigenə cavab verə bilər.
İmmunoqlobulinlər
İmmunoqlobulinlər aşağıdakı qruplara bölünür:
1. G-immunoqlobulinlər (İgG) - immunoqlobulinlərin ən böyük qrupudur (onların ümumi sayının 75%-ni təşkil edir). Onlar ən əsas immunoqlobulinlərdir. Bu qrupa viruslara, bakteriyalara və digər antigenlərə qarşı olan anticisimlər aiddir. Yalnız bu tip anticisimlər cift vasitəsi ilə anadan uşağa keçərək, uşağa infeksiyalardan müvəqqəti müdafiə olunmağa (passiv immunitet) imkan verir.
2. A-immunoqlobulinlər (İgA) 2 cür olur: zərdab və sekretor. Birincilər qanda, ikincilər isə müxtəlif sekretlərdə (tüpürcəkdə, göz yaşında, tərdə, traxeobronxial ağacın, sidik-cinsiyyət yollarının, bağırsaqların seliyində, ana südündə) olur. Buna müvafiq olaraq A-zərdab immunoqlobulinləri ümumi immunitetdə iştirak edir, A-sekretor immunoqlobulinləri isə yerli immuniteti təmin edərək, infeksiya və toksinlərin orqanizmə daxil olması yolunda maneə (baryer) yaratmış olur. Bu növ immunoqlobulinlərin miqdarı yuxarı tənəffüs yollarının xəstəliklərində, pnevmoniyalarda, mədə-bağırsaq sisteminin infeksion xəstəliklərində və s. hallarda kəskin dərəcədə artmış olur.
Ana südündə A-immunoqlobulinlərinin olması, anadan uşağa müvəqqəti immunitetin verilə bilməsi kimi bir nəticəyə gəlməyə imkan verir. İlkin ana südündə xeyli miqdarda A-immunoqlobulinin olması aşkar edilmişdir.
3. M-immunoqlobulinləri (İgM) - ilkin immun cavabın immunoqlobulinləridir. Onlar istənilən antigenlə ilk dəfə təmasda olan zaman B-limfositlər tərəfindən hazırlanır. Ancaq bu zaman immunoloji yaddaş hələ ki formalaşmış olmur. İmmunoloji yaddaş yalnız həmin antigenlə təkrar təmas zamanı formalaşır. Ancaq bu zaman artıq G sinfinə aid immunoqlobulinlər yaranmış olur. Qanda M-immunoqlobulinlərin ümumi miqdarı təxminən 5-10% olur.
4. E-İmmunoqlobulinləri (İgE). Bu anticisimlər orqanizmdə allergik reaksiyanın inkişaf etməsinə cavabdehlik daşıyır. Allergiyası olan şəxslərin qanında bu immunoqlobulinlərinin miqdarı artmış olur və allergik xəstəliklərin müvəffəqiyyətlə müalicə olunmasında əsas vəzifə E-immunoqlobulinlərin azaldılmasından ibarətdir.
5. D sinfinə aid immunoqlobulinlər (İgD). Bunlar miqdarca ən az olan və az öyrənilmiş immunoqlobulinlər qrupudur. İgD-nin əhəmiyyəti hələ ki, tam öyrənilməmişdir. Ehtimal olunur ki, onlar autoimmun proseslərində iştirak edirlər.
Anticisimlər limfatik düyünlərdə, dalaqda, qara ciyərdə, sümük iliyində əmələ gəlir və qan vasitəsi ilə zədələnmə sahəsinə daşınır. Burada antigenlərə qarşı hazırlanmış anticisimlər bu antigenləri müxtəlif yollarla (yapışdırmaq, əritmək, onların toksinlərini neytrallaşdırmaq və s.) zərərsizləşdirir.
Atiqenlərin müdaxiləsinə qarşı orqanizmin immun sisteminin cavab prosesi orta hesabla 10-14 gün davam edir. Məhz orta hesabla 10-14 gündən sonra B-limfositlərin hazırlamağa başladıqları immunoqlobulinlər qana daxil olur. Bunun nəticəsində düşmən - mikrob, bakteriya, göbələk və s. geriyə çəkilir.
Ancaq orqanizm öz əsası etibarı ilə harmonik sistem olduğu üçün və öz qüvvələrini boş-boşuna sərf etmədiyi üçün, immun reaksiyanı vaxtında dayandırmaq xüsusiyyətinə malikdir. Bunu T-supressor hüceyrələri edirlər. Supressiya sözü - "yatırılma-susdurulma" mənasını verir. Əgər supressor hüceyrələri olmazsa, orqanizmin immun cavabı zəncirvari reaksiya kimi get-gedə artaraq idarəolunmaz hala çata biər. Beləliklə, immun reaksiyanın işə düşməsinə T-xelperlər, dayandırılmasına isə T-supressorlar cavabdehlik daşıyır.
Hətta, bir çox autoimmun xəstəliklərin səbəbi də T-supressor hüceyrələrinin hazırlanmasının kifayət dərəcədə olmamasıdır ki, bu zaman orqanizmin immun sistemi birdən-birə öz sağlam hüceyləri ilə vuruşmağa başlayır.
"Təbii qatillər" və interferon
"Təbii qatillər" (ingilis dilində "natural killer" - NK) virusların qatilləridir. Məsələ burasındadır ki, orqanizmə düşən yad mikroorqanizmlərin heç də hamısı öz-özünə orqanizmdə dövr etmir. Onların hamısını faqositlər tərəfindən udmaq və ya anticisimlərlə məhv etmək mümkün olmur. Bu üsullar ancaq bakteriyalarla mübarizədə mümkün olur. Virus isə özünü xeyli "bic" aparır. O, orqanizmin öz hüceyrənin içərisinə daxil olur və onları özünə xidmət etməyə məcbur edir. Nəticədə virusa yoluxmuş hüceyrə yeni-yeni virusları "istehsal etməyə" başlayır. "Təbii qatillər" məhz virusa yoluxmuş olan bu hüceyrələri tanıyaraq məhv edirlər! Onlar viruslardan başqa orqanizmin mutasiyaya uğramış olan öz hüceyrələrini (məsələn, xərçəng hüceyrələrini) də məhv edirlər.
Orqanizmdə viruslarla mübarizə prosesində daha bir müdafiə xətti mövcuddur. Bu,  interferonlardır. Virusa yoluxmuş hüceyrə xüsusi zülal olan "interferon" hazırlamağa başlayır. Hazırlanan bu interferon hüceyrədən çıxır, qonşu hüceyrələrlə təmasa girərək onlara təsir edirlər ki, bu hüceyrələr də sonradan virusların çoxalması üçün yararsız olurlar. İnterferon həmçinin istənilən yad faktorların (antigenlərin), yad zülalların, nuklein turşularının hüceyrəyə daxil olmasına cavab olaraq hüceyrə tərəfindən hazırlanılır. İnterferon praktik olaraq virus infeksiyasının inkişafının qarşısını almır, o yalnız onun inkişafını ləngidir. İnterferon universaldır. O yalnız hər hansı bir virus növünə qarşı təsir etmir, orqanizmi istənilən viruslardan qoruyur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1300   Tarix: 28 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

turlar.az

geymler 2026 gelinlikler qadin sayti abdulla saiq usaq serleri dəridə ləklər metbex azerbaycan xalq mahnilari adlari kosmetika baliq həmidə intim qiz burcu pehriz