İmmun sistemində psoriazın yaranması ilə bağlı olan gen müəyyən edilib

İmmun sistemində psoriazın yaranması ilə bağlı olan gen müəyyən edilibAmerikalı molekulyar bioloqlar izah ediblər ki, psoriaz xəstəliyi TWEAK geninin işində pozulmalar səbəbindən baş verir. Tədqiqatın nəticələri "Science Immunology" jurnalında dərc edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın müəlliflərindən biri, La-Xoyi İmmunologiya İnstitutunun professoru Maykl Kroftun sözlərinə görə, TWEAK geni təkcə psoriazın deyil, həmçinin dəridə istənilən iltihabın, eləcə də atopik dermatitin yaranmasında iştirak edir. Psoriaz və dermatit ayrı-ayrı xəstəliklərdir, ancaq onların ümumi cəhətləri var ki, bu da dərman hazırlanmasında kömək edər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təqribən 125 milyon insan psoriazdan əziyyət çəkir. Dərmanlar xəstəliyin simptomlarını aradan qaldırır, lakin xəstəni tam sağaltmır. Xəstə dərman preparatlarından istifadəni dayandıranda psoriaz yenidən özünü göstərir. Bu, alimləri xəstəliklə yeni mübarizə metodları axtarmağa yönəldir.
Kroft və onun həmkarları keratinositlər, dəri hüceyrələri və immun sisteminin müxtəlif komponentləri arasında qarşılıqlı təsirin öyrənilməsinə yönələn eksperimentlər zamanı bu problemin həllinə doğru böyük addım atıblar. Alimləri maraqlandıran o idi ki, psoriazın yaranması ilə bağlı olan hansı siqnal molekulları həm bu, həm də digər cisimcikləri ifraz edə bilir. Bunun üçün bioloqlar psoriazdan əziyyət çəkən insanların hüceyrələrinin bu qəbildən hansı maddələr yaratdığını analiz ediblər və bu birləşmələrin iltihaba meyilli olan laboratoriya siçanlarına necə təsir etdiyini izləyiblər.
Təcrübə göstərib ki, bioloqlar gəmiricilərin dərisinə damarların böyüməsini sürətləndirən və iltihab yaranmasına imkan yaradan TWEAK zülalı məhlulunu yeridəndə, onlarda psoriaz çox tez yaranıb. Öz növbəsində, bu birləşmə dəridə iltihabı birbaşa deyil, TNF və IL-17 siqnal molekullarının fəallığını artırmaqla yaradıb.
Alimlər qeyd edirlər ki, psoriaz dərmanlarının çoxu məhz bu maddəyə təsir edir.
Siçanlar üzərində sonrakı təcrübələr göstərib ki, TWEAK zülalının yaranmasında iştirak edən genin ayrılıb çıxarılması və ya antitelin köməyilə işinin bloklanması gəmiriciləri psoriazın yaranmasından xilas edib.
Alimlər hesab edirlər ki, bu, insan DNT-nin müvafiq sahəsinə təsir edən preparatların psoriaz və xroniki dəri iltihabının yaranması ilə bağlı olan xəstəliklərə qarşı effektiv vasitəyə çevriləcəyindən xəbər verir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1136   Tarix: 22 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

donlar 2026 qadin sayti kosmetoloq qaraciyər tənəffüs orqanları baş gicəllənməsi sobada toyuq qizartmasi kosmetika fitat oğlan evine aid hakisda yuxuda qara ilan gormek novruz hakistasi ariqlamaq