İmmuniteti artırmaq üçün necə qidalanılmalıdır? - Dietoloq danışır

İmmuniteti artırmaq üçün necə qidalanılmalıdır? - Dietoloq danışırİnsanların orqanizmi payız və qış fəsillərində immuniteti aşağı olduğu üçün tez-tez xəstələnməyə meyilli olur. Nəzərə alsaq ki, hazırda bütün dünya koronavirusla mübarizə aparır, bu zaman biz immun sistemimizi gücləndirməyə  daha çox diqqət etməliyik.  İmmun sistemi güçləndirməyin ən vacib qaydalarından biri də düzgün qidalanmalıdır.  Çünki günlük ehtiyacımız olan vitamin və mineralların böyük hissəsini qidalardan alırıq.
Bəs immuniteti artırmaq üçün nələr edilməlidir? Necə qidalanılmalıdır?
Milli.Az bildirir ki, Lent.az-ın suallarını dietoloq Reyhan Cabbarlı cavablandırıb. O, bildirdi ki, ümumiyyətlə sağlam orqanizimə sahib olmağın yolu su içməkdən başlayır:
"Bədənimizin 60%-ə yaxını sudan ibarətdir. Buna görə də günlük minimum 1.5-2 lt su içmək vacibdir.  Düzgün olmayan qidalanma və az su qəbulu ilə orqanizmamızdaki bu faiz aşağı enir. Bunun nəticəsində isə  metabolizma normal işləmədiyi üçün immun sistem də zəyifləyir".
Dietoloq deyir ki, meyvə-tərəvəz yeməyi də unutmaq olmaz:
"Günlük  tərəvəz yeməkləri və ya salatlar yeyin.  Ölkəmizdə qış aylarında tərəvəzlər ilə qidalanma heyif ki azalır. Tərəvəzləri çiy, yaxud da az zeytun yağında bişirərək yeməyə diqqət edin. Günlük 2-4 pors meyvə yeyin.  Hər yaş və hər şəxsə görə bu porsiyon miqdarı dəyişə bilər. Ancaq  minimum 2 pors meyvə yeyilməsi məsləhətdir. Bunlar əsasən yüksək C vitamin qaynağı olan portağal, kivi, mandalin meyvələrindən olsa daha yaxşı olar".
R.Cabbarlı bildirdi ki, yeməklərinizdə mütləq balıq olsun:
"Həftədə 2 dəfə balıq yeyin. Mövsüm balıqlarını yağsız hazırlayıb yeyə bilərsiz. Balığın tərkibindəki doymamış yağ asidi olan omega3  sayəsində immunitet çox güclənir. Son aylarda Covid-19-dan qoruyucu diyetlərdə vazgeçilməzdən biri də balıqdır. Mövsüm balıqlarına üstünlük verməniz daha gözəldir. Bunu da qeyd edim ki, xolesterol xəstələri də rahatlıqla uyğun porsiyonlarda yağsız bişirilmə balıq yeyə bilər".
İmmunitetimizi gücləndirməklə bərabər orqanizimimizin sağlam şəkildə fəaliyyət göstərməsini də diqqətdə saxlamalıyıq. Bunun üçün dietoloq bəzi tövsiyyələr verdi:
"Günlük 2-3 pors Kefir və ya qatıq yeyin . Bağırsaqlar bədənimizin ikinci beynidir. Bağırsaqların tam sağlam olmasının ən vacib səbəbi isə qəbul etdiyimiz  vitamin və mineralların çoxunun  bağırsaqlar vasitəsi ilə sovrulub bədənimizə qəbul edilməsidir. Buna görə bağırsaq sağlamlığı önəmlidir. Probiyotik və prebiyotiklər bağırsaq sağlamlığında ən vacib köməkçilərimizdir. Kefir və qatıq bu nöqtədən bizə çox vacib qidalardandır.Saf şəkərli qidaları azaldın, yeməyin.  Şəkərli içkilər, şirniyyatların immun sistetimizi zəyiflədiyini təsdiqləyən bir çox elmi məqalələr var".
İmmun sistemini gücləndirmək üçün başqa diqqət etməli olduğumuz mövzular da var. Belə ki,
"Fiziki aktivliyi artırmaq üçün günlük min 30 dəq yürüyüş edilməlidir. D vitamini və Dəmir  dəyərlərinə baxılmalı, əgər hər hansısa bir əksiklik varsa mütləq dəstək alınmalıdır. Bu məlumatlara riyaət etsəz, koronavirus olsazda onu yüngül keçirəcəksiniz. Çünki immunitetimiz koronadan güclüdür.  Sağlam qidalanın, sağlam qalın".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1526   Tarix: 27 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

adlarin menasi hamiləlik hamilelikde qidalanma gozlerin bezenmesi atalar sözləri elm haqqinda kətələr mayalanma kosmetika uşaq şeirləri suni mayalanma novruz hakışdaları cinsi elaqe qızlıq pərdəsi