İmmuniteti gücləndirən dərman varmı?- Mütəxəssisdən AÇIQLAMA

İmmuniteti gücləndirən dərman varmı?- Mütəxəssisdən AÇIQLAMA""Doktor, bizim uşağımıza immunitetini gücləndirmək üçün müalicə yazın". "Doktor, heç olmasa vitaminlər filan təyin edin". Qəbuluma ilk dəfə gələn valideynlərin müraciətləri bu şəkildə olur".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb. O cür dərmanlar təyin etmədiyni vurğulayan həkim bildirib ki, çünki bütün dünyada elə bir dərman yoxdur: "Siz doğrudan da düşünürsünüz ki, immuniteti gücləndirən möcüzəvi dərman var, lakin həkim onu Sizdən gizlədir? Yaxud həkimin heç o cür dərmandan xəbəri yoxdur? Vitaminlərə gəldikdə isə, onlar yalnız orqanizmdə az olduğu zaman təyin edilirlər. Bunu isə anamnezə (simptom və kliniki təzahürlərə) və laborator müayinələrin cavabına uyğun olaraq təyin edirik".
Mütəxəssis qeyd edib ki, immunitet keçirilmiş yoluxucu xəstəliklərin fonunda əmələ gəlir: "Təbii ki, uşaq körpə ikən və xəstə uşaqlarla və ümumiyyətlə, insanlarla təmasda olmadığı müddətcə daha az xəstələnir. Bağça və məktəbə getməyə başlayandan sonra daha da çox xəstələnəcək. Və bu, normaldır. Əgər övladınıza yardım etmək istəyirsinizsə:
1. Onu sağlam qida ilə bəsləyin
2. Təmiz havada çox gəzdirin
3. Yuxu problemlərini aradan qaldırın
4. Fiziki aktivliyini (idman) artırın
5. Mənəvi rahatlığını təmin edin (yanında mübahisə etməyin).
Unutmayın ki, immunitet uşağın əhval-ruhiyyəsindən və ailənin aurasından çox asılıdır. Ruhən rahat olan uşaqlar problemli ailələrin uşaqlarına nisbətdə daha sağlam olurlar.
Əgər sizə uşağınızın "immunitetini gücləndirmək" adı ilə dərmanlar təyin edirlərsə, qəbuluna getdiyiniz insanın yaxşı həkim olub-olmadığını bir daha ağlınızdan keçirin".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1346   Tarix: 27 dekabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

adlarin menasi hamiləlik hamilelikde qidalanma gozlerin bezenmesi atalar sözləri elm haqqinda kətələr mayalanma kosmetika uşaq şeirləri suni mayalanma novruz hakışdaları cinsi elaqe qızlıq pərdəsi