İmmunitetin möhkəmləndirilməsi üçün xalq təbabəti üsulları

İmmunitetin möhkəmləndirilməsi üçün xalq təbabəti üsulları- ½ stəkan çuğundur şirəsi + ½ stəkan kök şirəsi + 1 xörək qaşığı bal və + 1 xörək qaşığı limon şirəsi. Hazırlanmış bu qarışıqdan səhər və axşam saatlarında 1 xörək qaşığı içmək lazımdır.

- 1 xörək qaşığı üzüm (tumsuz), 7 ədəd qozun ləpəsi və 7 ədəd ərik qurusu götürüb onları xırda-xırda doğrayaraq bir-biri ilə qarışdırın. Üzərinə 1 çay qaşığı bal və ½ limonun şirəsini əlavə edin. Alınan bu qarışığı yaxşı-yaxşı qarışdırdıqdan sonra onu hər dəfə 1 xörək qaşığı (uşaqlara isə 1 çay qaşığı) olmaqla axşam – yatmamışdan bir qədər əvvəl qəbul edin.

- ½ limonu boşqabda qabığı ilə birlikdə xırda-xırda doğrayın (sirəsi qalmaq şərtilə). Üzərinə orta ölçüdə olan 7-8 diş sarımsaq xırda-xırda doğrayın. Bunları ½ litrlik şüşə bankaya yığaraq üzərinə qaynadımış soyuq su töküb doldurun. Bu qarışığı 4 gün ərzində qaranlıq yerdə saxladıqdan sonra onu soyuducuya qoyun (içərisindəki limon və sarımsaqları alınan şirədən ayırmamaqla). Alınan bu tərkibi hər gün yeməkdən 20 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla daxilə qəbul etmək tövsiyə olunur. Bankada şirənin miqdarı az qaldıqda bu tərkibi başqa bir bankada yenidən hazırlamaq (bunun qəbulunda fasiləyə yol vermədən oktyabr ayından mart ayına qədər qəbul etmək) lazımdır.

- 500 qram xırdalanmış qoz + 300 qram bal + 100 qram aloe şirəsi və 4 ədəd limonun şirəsini yaxşı-yaşı qarışdıraraq 1 gün ərzində qaranlıq yerdə saxlayın. Alınan tərkibi 1 xörək qasığı olmaqla gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq qəbul etmək məsləhət görülür.
- ½ stəkan üzüm + 2 ədəd limon (qabıqlı) + 1 stəkan qoz ləpəsi + ½ stəkan badam ləpəsi. Qoz və badamı qabaqcadan xırdalamaq, limonlarları isə tumları çıxarılmaqla sürtgəcdən keçirmək və ya ət maşınında çəkmək lazımdır. Bu qarışığın üzərinə ½ stəkan bal əlavə edib yenidən qarışdıraraq 3-5 gün ərzində otaq temperaturunda qaranlıq yerdə saxlamaq tövsiyə olunur. Alınan bu tərkib gündə bir dəfə, 1 xörək qaşığı olmaqla yeməkdən 1 saat əvvəl qəbul edilir. Payız və qış aylarında bu dadlı və faydaı "dərman" hər gün qəbul oluna bilər.
- 0,5 kq quşüzümünü əzib, üzərinə 1 stəkan qoz ləpəsi və 2-3 ədəd doğranmış yaşıl alma (qabıqlı şəkildə) əlavə edin. Daha sonra bunların üzərinə 0,5 stəkan su və 0,5 stəkan şəkər tozu əlavə edərək vam odda bişirin. Alınan bu tərkibi şüşə bankalara yığaraq, immuniteti möhkəmləndirmək məqsədi ilə, gün ərzində 2 dəfə (səhər və axşam) 1 xörək qaşığı olmaqla qəbul etmək tövsiyə olunur.

- ½ stəkan ağ turp və kök şirəsinin üzərinə 1 xörək qaşığı bal və 1 xörək qaşığı limon şirəsi əlavə edərək qarışdırın. Epidemiya dövrlərində alınan bu qarışığı, gündə 2 dəfə (səhər və axşam) olmaqla 1 xörək qaşığı həcmində qəbul etmək lazımdır.

- Qara qarağat, moruq yarpaqları və itburnu meyvələrinin üzərinə qaynar su töküb saxlayın. Soyuduqdan sonra gündə ½ stəkan olmaqla (üzərinə ½ çay qaşığı bal əlavə etməklə) qəbul edin.

- Əksər hallarda diqqət yetirmədiyimiz qızılağacın hamaş meyvəsi və dəvətikanı kimi bitkilər də virusəleyhinə təsirə malikdirlər. Onların tərkibində, kimyəvi qurluşuna görə insan orqanizmində virus infeksiyaları ilə mübarizə aparan, interferona oxşayan adoptogenlər vardır. Bu bitkiləri birlikdə və ya ayrı-ayrılıqda olmaqla dəmləməklə çay şəklində qəbul etmək olar.

- ½ stəkan cücərdilmiş buğdanı (kiçik ağ cücərtilər çıxandan sonra) həvəngdəstədə əzib üzərinə ½ stəkan bal və 2 xörək qaşığı aloe şirəsi əlavə edib qarışdırın. Alınan qarışığı 1 ay ərzində gündə 3 dəfə yeməkdən qabaq, 1 xörək qaşığı olmaqla qəbul etmək lazımdır.

- Hərəsindən 1 xörək qaşığı olmaqla badrənc, nanə, dazıotu, cökə ağacı çiçəkləri götürüb üzərinə 1 litr qaynar su əlavə edin. 15-20 dəqiqə keçdikdən sonra dəmləməni süzün və gün ərzində qəbul edin.

- Bir barmaq ölçüsündə olan zəncəfil kökünü təmizləyib xırda sürtgəcdən keçirib üzərinə 1 litr qaynar su əlavə edin. Bir qədər soyuduqdan sonra üzərinə xırda-xırda doğranmış 1 ədəd limon (qabığı ilə birlikdə) və bir qədər bal (zövgə görə) əlavə edərək qarışdırın. Alınan qarışığı gündə 1 dəfə ½ stəkan olmaqla qəbul edin.

- 300-400 qram təmizlənmiş balqabağı sürtgəcdən keçirib üzərinə 300 qram bal və qabığı ilə birlikdə (tumları çıxarılmaqla) ət maşınında çəkilmiş 2-3 ədəd limon əlavə edin. Alınan qarışığı soyuducuda saxlayın və hər gün 1 çay qaşığı olmaqla səhər yeməyindən əvvəl qəbul edin.

- Bərabər nisbətlərdə olmaqla – qara qarağatın, exinaseyanın, badrəncin, meşə çiyələyinin qurudulmuş və xırda-xırda doğranmış yarpaqlarını və itburnu meyvələrini qarışdırın. Bu qarışıqdan 1 xörək qaşığı götürüb termosa tökün və üzərinə 250 ml qaynar su əlavə edin. 3 saat keçdikdən sonra gün ərzində hissə-hissə olmaqla qəbul edin. Bu müalicənin 1 kursu 15 gündür.

- Orta ölçüdə olan 3 ədəd təmizlənməmiş almanı kiçik paylarla doğrayaraq üzərinə 1 litr qaynar su əlavə edərək, vam odda 10 dəqiqə ərzində bişirdikdən sonra 30 dəqiqə saxlayın. Alınan tərkibin üzərinə istəyinizə uyğun miqdarda bal əlavə edərək çay kimi için.
- Portağal çayı: 2 portağalın qabıqlarını xırda-xırda doğradıqdan sonra üzərinə 1/2 çay qaşığı quru qara çay və ½ litr qaynar su əlavə edin. Az bir müddət keçdikdən sonra istəyinizə uyğun olaraq üzərinə limon və şəkər də əlavə edərək çay kimi için.
- 1 xörək qaşığı yemişan meyvələri, 1 xörək qaşığı itburnu meyvələri, 1 xörək qaşığı xırdalanmış moruq yarpaqları, 1 xörək qaşığı quru yaşıl çayı qarışdırıb üzərinə 1 litr qaynar su əlavə edin. Dəmləmə hazır olduqdan sonra üzərinə istəyinizə uyğun miqdarda bal da əlavə edərək çay kimi için.
- 1 xörək qaşığı qatırquyruğu bitkisinin üzərinə, 1 stəkan qaynar su əlavə edib 1 saat gözlədikdən sonra süzərək gün ərzində qəbul edin.

- 2 xörək qaşığı üçbarmaq (pişikdili) bitkisinin üzərinə 2 stəkan qaynar su əlavə edib, 1 saat gözlədikdən sonra süzərək gün ərzində qəbul edin. (Bu, 1 günlük normadır). Bu dəmləməni içərkən ona zövgünüzə görə limon və bal da əlavə edə bilərsiniz.
- Bərabər nisbətlərdə olmaqla çiyələk yarpaqları, üçbarmaq (pişikdili) otu, çobanyastığı çiçəklərini qarışdırdıqdan sonra, bu qarışıqdan 1 xörək qaşığı götürərək üzərinə 1 stəkan qaynar su tökün, bir qədər keçdikdən sonra çay kimi için.

- 1 xörək qaşığı darı və ya çovdar kəpəyinin üzərinə 2 stəkan su əlavə edərək 30 dəqiqə ərzində qaynatdıqdan sonra, üzərinə 1 xörək qaşığı bal əlavə edin. Bu dəmləməni ilıq şəkildə olmaqla gündə 3 dəfə (hər dəfə 50 q miqdarında) qəbul edin.
- 2 xörək qaşığı qurudulmuş itburnu meyvələrini xırdaladıqdan sonra, üzərinə ½ litr qaynar su əlavə ederək, 15 dəqiqə ərzində vam odda qapağı kip bağlanan qazanda qaynadın. Bir gecə saxladıqdan sonra ertəsi gün səhər bir neçə qat tənzifdən keçirməklə süzdükdən sonra, üzərinə zövgünüzə görə bal əlavə etməklə çay kimi için.
- İmmun sistemin möhkəmləndirilməsi üçün ən yaxşı vasitələrdən biri yumurta qabığının tozundan istifadə etməkdir. Bir neçə ədəd yumurtanı (yaxşı olar ki, mağazadan alınan yox, kənd toyuğu yumurtaları olsun) suda bişirib qabıqlarını soyduqdan sonra onların daxili səthində olan nazik pərdələrini çıxarın. Qabıqları tavaya töküb qızartdıqdan sonra toz şəkli alana qədər həvəngdəstədə əzin. Çay qaşığının uc hissəsində az miqdarda götürməklə üzərinə limon sıxıb gündə 2-3 dəfə yeməkdən sonra qəbul edin və ya yediyiniz qidanın üzərinə əlavə edin.
- İynəyarpaqlı ağacın yarpaqlarından 2 xörək qaşığı götürərək üzərinə 0,5 litr qaynar su əlavə etdib, ağzı bağlı şəkildə olmaqla, vam odda 20 dəqiqə ərzində qaynadın. 30 dəqiqə keçdikdən sonra üzərinə 1 çay qaşığı bal əlavə edərək hər dəfə ½ stəkan (uşaqlara 2 xörək qaşığı) olmaqla gündə 2 dəfə qəbul edin.

- Axşamüstü orta ölçüdə olan 1 baş sarımsağı təmizləyib əzdikdən sonra, üzərinə 1 stəkan təzə kefir əlavə edin. Alınan qarışığı ertəsi gün 2-3 dəfəyə olmaqla için. Kurs müalicəsi 15 gün təşkil edir.

- Orta ölçüdə olan 1 ədəd soğanı kiçik dişli sürtgəcdən keçirib üzərinə 1 stəkan qaynar süd tökün. Soyuduqdan sonra bu dəmləməni gündə 2 dəfə - hər dəfə 1/2 stəkan olmaqla qəbul etmək lazımdır. Müalicə kursu 15 gündür.

- Yaşıl qozları xırda gözlü surtgəcdən keçirdikdən sonra 1:1 nisbətində olmaqla bal ilə qarışdırın. Alınan qarışığı şüşə qaba yığaraq ağzını sıx şəkildə bağladıqdan sonra 1 ay müddətində qaranlıq və sərin yerdə saxlamaq lazımdır. Həftədə 1 dəfə bu qarışığı yaxşıca silkələməklə qarışdırın. 1 ay keçdikdən sonra alınan qarışıqdan 1 çay qaşığı ilə gündə 3 dəfə yeməkdən qabaq qəbul etmək lazımdır. Müalicə kursu 1 ay davam etdirilməlidir.

- Hərəsindən 100 q olmaqla qabaqcadan xırdalanmış tozağacı tumurcuqları, solmaz çiçəyi, dazı otu, çobanyastığı güllərini bir-biri ilə qarışdırın. Axşam bu qarışıqdan 1 xörək qaşığı götürüb üzərinə 0,5 litr qaynar su əlavə edin və isti yerdə ½ saat ərzində saxlayın. Alınan dəmləməni 1 neçə qat tənzifdən keçirməklə süzün. Yatmamışdan əvvəl ½ stəkan həcmində olan dəmləməni bir qədər qızdıraraq, üzərinə 1 çay qaşığı bal əlavə edərək için.

- Almanı xırda gözlü sürtgəcdən keçirin. Üzərinə 1 çay qaşığı üzüm, doğranmış ərik və qara gavalı qurusu tikələri, 1 xörək qaşığı xırdalanmış qoz, 1 xörək qaşığı bal, limonun yarısının şirəsi və isladılmış yulaf yarmasını ("herkules") əlavə edin. Yulaf yarması belə hazırlanır: 1 xörək qaşığı "herkules"in üzərinə 4 xörək qaşığı qaynadılmış soyuq su əlavə edərək 30-40 dəqiqə saxlamaq lazımdır. Bu üsulla hazırlanmış səhər yeməyinin acqarına qəbul edilməsi sizə payız-qış aylarında bir çox soyuqdəymə və infeksion xəstəliklərdən qorunmağa imkan verəcəkdir.

- 1 xörək qaşığı topinambur (yeralması) tozunun (apteklərdə satılır) üzərinə 1 stəkan qaynar su töküb qarışdırın. Dəmləmə soyuduqdan sonra onu yaxşıca süzün. Alınan dəmləməni 1 xörək qaşığı ilə gün ərzində 3-4 dəfə qəbul etmək lazımdır.

- 200 q itburnu meyvəsi, 100 q şam ağacı tumurcuqları, 100 q boymadərən, 100 q adaçayı bitkilərini qarışdırın. Alınan qarışğın üzərinə 3 litr qaynar su əlavə edərək vam odda 15 dəqiqə ərzində ağzı bağlı şəkildə qaynadın. Qazın üstündən götürdükdən sonra üzərini qalın ədyalla örtərək 1 gün ərzində saxlayın. Alınan dəmləməni tənzifdən keçirməklə yaxşıca süzün, üzərinə 100 ml "çaqa" göbələyinin ekstraktını (bunun üçün aptekdən "befungin" alın), 100 ml aloe bitkisinin şirəsini və ½ kq bal əlavə edin. Alınan tərkibi yaxşı-yaxşı qarışdırın və 1 gün saxlayın. Bu balzamı payız-qış aylarında 1 xörək qaşığı ilə gündə 3 dəfə olmaqla yeməkdən 1 saat qabaq qəbul etmək lazımdır.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1847   Tarix: 18 mart 2018
f Paylaş

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

turlar.az

sonxeber.az hamiləlik geyim necə seçməli qadin dunyasi öpüşmək qaydası maskalar intim seks orqazm oglaq cantalar əqrəb hakisdalar novruz bayrami hakisda