İnfeksion xəstəliklərdə birinci qoruyucu vasitə peyvənddir - Həkim

İnfeksion xəstəliklərdə birinci qoruyucu vasitə peyvənddir - Həkim"Sinovac"ın effektivliyi Braziliyada rəsmi şəkildə təsdiq olunub. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, digər ölkələrdə bu vaksin 97 faiz effektiv təsirə malikdir.
Bu sözləri Publika.az-a açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nərimanlı deyib.
Həkim bildirib ki, vaksinin effektivliyi nəzarət müddətində qiymətləndirilir: "Odur ki, nə qədər təsirli olması barədə dəqiq fikir bildirmək hələ tezdir. Koronavirusa qarşı hazırlanmış hər hansı peyvəndin vurulmasından sonra effektivliyinin neçə ay davam etməsi, peyvənd olunmuş insanların virusa yoluxması və yoluxanda xəstəliyi necə keçirdiyi sual olaraq qalır. Lakin əldə olunan hazırkı məlumatlar göstərir ki, bu gün "Sinovac" ən effektiv peyvəndlərdən biridir.
Eyni zamanda bütün peyvəndlərin effektivliyindən asılı olmayaraq allergik reaksiyaları və digər əlavə təsirləri ola bilər. "Sinovac"ın ziyanlı tərəflərinin olması haqqında heç bir məlumat yoxdur. Lakin bu günə qədər koronavirus əleyhinə olan peyvəndlər içərisində ən bahalısıdır. Bildiyim qədər digər peyvəndlər 15, "Sinovac" isə 30 dollar civarındadır".
Mütəxəssis qeyd edib ki, vaksinin nəticələri sürətlə əldə olunmayacaq: "Çünki peyvəndin hamıya eyni vaxtda vurulması mümkün deyil. Peyvənd nə qədər çox vurularsa, təbii ki, qorunma ehtimalı da bir o qədər çoxdur, xəstələnmə ehtimalı azdır. Bütün bunlar prosesin nə qədər davam edəcəyindən asılıdır".
Həkim əlavə edib ki, pandemiyanın başa çatmasında peyvəndlərin müstəsna rolu olacaq: "İnfeksion xəstəliklərdə birinci qoruyucu vasitə peyvənddir. Peyvənd vurulduqdan sonra yoluxma sayı əlbəttə ki, azalacaq. Problemi tamamilə həll etməsə də, yoluxma sayı idarə olunan səviyyədə olacaq".
Məlumat üçün bildirək ki, 100-dən çox ölkə (Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb ölkələri və s. dövlətlər) "Sinovac" vaksinini sifariş edib. İstehsalçı "Sinopharm" şirkəti açıqlama verib ki, artıq 500 milyon doza vaksin istehsal olunub.
Diqqəti cəlb edən məqam odur ki, hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2419   Tarix: 29 dekabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

reseptler geyim şəkilləri hamilelikde qidalanma fotoqaleriya abqoranin hazirlanmasi sepgilere qarsi maska gavalinin faydalari kosmetika qaynana vətən qardasa aid haxistalar seksual vətən haqqında atalar sözləri