İnsan həyatını qəfildən söndürən bəla - Parkinsonun əlamətləri

İnsan həyatını qəfildən söndürən bəla - Parkinsonun əlamətləriParkinson xəstəliyi hərəkəti idarəetmə qabiliyyətinin pozulması xəstəliyidir. Xəstəlik adətən asta surətlə başlayır, getdikcə pisləşir.
Əsas simptomları hərəkətin yavaşlaması, tremor, əzələ sərtliyi, koordinasiya və tarazlığın pozulması, yerişin pozulmasıdır. Xəstəlik irəlilədikcə danışıqda pozulma, yuxu pozulması, koqnitiv və yaddaş pozulmaları, davranış dəyişiklikləri kimi simptomlar yaranır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, nevroloq Sevinc Mir Seyid parkinson xəstəliyinin kimlərdə hansı səbəblərdən necə başlaması barədə geniş açıqlama verib.
Parkinson xəstəliyinə kimlər yoluxur?
Qadınlar arasında kişilərə nisbətən daha çox yayılıb. Ən çox 60 yaşdan yuxarı insanlar arasında müşahidə edilir. Lakin bəzən 50 yaşdan aşağılarda da rast gəlinir.
Parkinson xəstəliyi irsi keçirmi?
Alimlər Parkinson xəstəliyi ilə əlaqəli gen mutasiyalarını aşkar ediblər.
Əsasən 50 yaşdan aşağı xəstələnənlərdə xəstəliyin iris olması düşünülür. Alimlər Parkinson xəstəliyindən əziyyət çəkən insanların beynində alfa-suinuklein zülalının yığınları olan Lyui cisimlərinin yaranmasında rol oynayan gen mutasiyasını müəyyən ediblər. Parkinson xəstəliyində bir neçə başqa gen mutasiyalarının rol oynadığı aşkar edilib. Həmin genlərdəki mutasiyalar beyindəki sinir hüceyrələrinin dofamin sintez etmə qabiliyyətinə təsir edir və hüceyrələrin ölümünə səbəb olur. Lakin hələ də bu genlərin mutasiya olunmasinın səbəbləri aşkar edilməyib.
Parkinson xəstəliyinə nə səbəb olur?
Parkinson xəstəliyi beyində yerləşən substansia nigra (qara maddə) adlanan hissəsində neyronların öldüyü zaman yaranır. Bu neyronlar normal olaraq beyin hüceyrələri arasında elaqə yaranmasında rol oynayan dofamin adlanan neyrotransmitteri istehsal edir.
Bu hüceyrələr öldükcə dofaminin sintezi azalır. Dofamin adlanan bu maddə isə beynin bazal qanqliya adlanan baəqa nahiyəsinin fəaliyyəti üçün vacibdir. Beynin bu sahəsi hərəkətləri idarə eden mərkəzdir. Dofaminin azalmasi parkinsonlu xəstələrdə gordüyümüz hərəkət pozulmalarına səbəb olur. Parkinson xəstəliyi olan insanlar norepinegrin adlanan başqa bir neyrotransmitteri də itirirlər. Bu maddə simpatik sinir sisteminin düzgün işləməsi üçün lazımdır. Simpatik sinir sistemi isə həzm, qan təyziqi, ürək və tənəffüs orqanlarının avtonom funksiyalarlna nəzarət edir. Norepinefrinin azalması isə solur.
Parkinson xəstəliyinin əlamətləri hansılardır?
Parkinson xəstəliyinin simptomları və bu simptomlarin artma sürəti inasandan insana dəyişir. Ən çox rast gəlinən simptom aşağıdakılardır:
Tremor: əsasən ellərimizdə və qollarımızda titrəmə başlayır. Çənəmizdə, dilimizdə, səs tellərimizdə və ayaqlarda da tremor ola bilər. Xəstəliyin ilkin mərhələsində əlamətlər bədənin yalnız bir tərəfində olur. Xəstəlik irəlilədikcə digər tərəfə də yayılır. Stresslə daha da pisləşir. Tremor adətən hərəkət zamanı itir.
Hərəkətin ləngiməsi (bradikineziya): bu hərəkətin yavaşlamasıdır. Beynimizin lazimi əmrləri bədənin uyğun hissələrinə otürməsində ləngiməsi nəticəsində yaranır. Xəstələyin gedişi zamanı xəstələr bəzən yeriyə bilsələr də, bəzən yerimədə, stuldan qalxmada çətinlik çəkirlər.
Əzələ sərtliyi: sərtlik(tonus) əzələlərimizin boşala bilməməsidir. Bu sərtlik əzələlərimizin nəzarətsiz gərginliyindən yaranır və rahat şəkildə hərəkət etməkdə çətinlik yaranır. Sərtləşən əzələlərdə ağrı olur.
Balanslaşdırılmamış yeriş, koordinasiya problemləri: qısa addımlarla yerimədə, yeriməyə başlamaqda çətinlik çəkmə, dayandıqda çətinlik çəkmə, yeriş zamanı əllərin yeriməyə sinxon olaraq təbii formada yelləməsində pozulma yaranır. Yeriməyə başladıqda sanki ayaqların yerə yapışdığını hiss edə bilərsiz.
Əzələlərin spazmı və krampları(distoniya): Ayağınızda ağrılı kramplar hiss edə bilərsiz. Distoniya bədənin digər hissələrində də yarana bilir.
Bədənin önə doğru əyilməsi: bədən önə doğru əyilir və donmuş bir duruş yaranır.
Diğər simptomlar isə aşağıdakılardır:
- Üz ifadələrinin zəifləməsi: xəstəlik inkişaf etdikcə gülümsəyə bilməmə, göz qırpmanın azalması, üz ifadəsində kasadlaşma
- Danışıqda və səslərində dəyişiklər: danışıq sürətlənir, səs tonu aşağı enir, danışığa başlamada çətinlik yaranır.
- Yazıda dəyişiklik: yazı kiçilir, oxunması çətinləşir.
- Depressiya və həyəcanlılıq
- Çeynəmə və udmada problemler, ağız suyunun axması
- Sidik problemləri
- Yaddaş pozulmaları
- Halisünasiyalar
- Qəbizlik
- Qoxunun itməsi
- Yuxu pozulmaları,n arahat ayaqlar sindromu, REM yuxu pozulması
- Ağrı, apatiya, yorğunluq, çəkidə dəyişikliklər, görmədə dəyişikliklər
- Qan təyziqinin düşməsi
Parkinson xəstəliyinin mərhələləri:
Hər bir Parkinson xəstəsinin klinikası özünəməxsus olur. Hər kəsdə bütün simptomların olması mütləq deyil. Xəstəliyin kəskinləşmə sürəti də xəstədən xəstəyə dəyişir. Adətən xəstəlik erkən, orta, ağır mərhələlərə doğru inkişaf edir.
Erkən mərhələ
Parkinson xəstələyinin erkən mərhələsində simptomlar yüngül olur və tipik olaraq yavaş inkişaf edir, gündəlik fəaliyyətlərini davam etdirirlər. Bəzən erkən əlamətlərin aşkar edilməsi bəzən asan olmur. Yüngül bir titrəmə və ya ayaq üstə durmanın çətinləşməsini hiss edə bilərlər. Əzələlərdə sərtliyi, normal hərəkətdə çətinləşma (yeriyərkən qolların yellənməsi olmadığından), yavaş və ya kiçik yazı, üzündə ifadə eksikliyi və stuldan qalxmada çətinliyi hiss edə bilərlər.
Orta mərhələ
Əlamətlər pisləşməyə başlayır. Titrəmə, əzelə sərtliyi və hərəkət problemləri bədənin digər yarısına da yayılır. Tarazlıq problemləri və yıxılmalar daha cox müşahidə edilir. Lakin hələlik xüsusi baxıcıya ehtiyacları olmur. Geyinmə, yuyunma zamanı isə cətinliklər hiss olunur.
Orta-gec mərhələ
Ayaqda durmaqda və yeriməkdə daha da çətinləşmə olur, xüsusi yerimə vasitələrinə ehtiyac olur.
Gecikmiş mərhələ
Artıq əlil arabasına ehtiyac olur və ya yataqda qalırlar. Halüsinasiyar və sayıqlamalar əmələ gəlir. Tamamən baxıcıya ehtiyacı olur.
Parkinson xəstələyi necə müayinə edilir?
Erkən əlamətləri digər xəsliklərlərdə də rast gəlindiyindən, xüsusi qan və ya digər analizləri olmadığından diaqnoz qoyulmasında çətinlik yaranır. KT və MRT kimi müayinələrlə bənzər simptomları olan digər xəstəliklərdən differensayiya məqsədilə istifadə edilə bilər.
Parkinson xəstəliyini dəqiqləşdirmək üçün tibbi və ailə anamnezi, qəbul etdiyi dərmanlar və məruz qaldığı toksinlər haqqında ətraflı məlumat toplanmalıdır. Həkim tərəfindən tremor və əzələ sərtliyi araşdırılır, yeriş izlənir, duruş və koordinasiyanız, hərəkətdə yavaşlama yoxlanılır. Xəstəliyin erkən müəyyən edilməsi və müalicəyə başlama xəstənin həyat keyfiyyətinin artırılmasında önəmlidir.
Parkinson xəstəliyi necə müalicə edilir?
Parkinson xəstəliyinin müalicəsi yoxdur. Müalicə simptomların yülgülləşdirilməsinə yönəlir. Müalicəvi idman Parkinson simptomlarına önəmli dərəcədə kömək edə bilir. Bəzi xəstələrdə isə cərrahi müdaxiləyə zərurət duyulur.
Parkinson xəstəliyini müalicə etmək üçün hansı dərmanlardan istifadə edilir?
Dərman müalicəsi əsas müalicə metodudur. Dərmanlar xəstəliyin mərhələsi, simptomları, şiddəti, yan təsirləri nəzərə alınaraq təyin edilir.
Dərmanlar təsirinə görə aşağıdakılardır:
- Beyindəki sinir hüceyələrinə dofamin istehsal etməyə kömək edir
- Beyində dofaminin təsirini təqlid etmək
- Beyindəki dofamini parçalayan bir fermentin bloklanması
- Parkinson xəstəliyinin bəzi spesifik simptomlarının azaldılması
- Parkinson xəstəliyinin cərrahi müalicəsi varmı?
Parkinson xəstəliyi olan çox xəstədə dərman müalicəsi effektiv olur. Bununla yanaşı, xəstəlik ağırlaşdıqca bəzi xəstələrdə dərmanların təsiri azalır. Belə hallarda cərrahi yanaşma barədə düşünülə bilər:
- Dərin beyin stimulyasiyası: beyinə simptomlara səbəb olan anormal aktivliyi tormozlayan elektrik impulslar ifraz edən elektrodlar yerləşdirilməsidir.
- Karbidopa-levodopa infuziyonu: bu pompanın incə bağırsağa cərrahi olaraq yerləşdirilməsidir.
- Pallidotomiya: beyinin hərəkəti kontrol edən hissəsinin (globus pallidus) kiçik bir bölümünün yox edilməsidir.
- Talamotomiya: talamusun kiçik bir hissısinin yox edilməsidir.
Parkinson xəstəliyinin qarşısı alına bilirmi?
Təəssüf ki, xeyr. Parkinson xəstəliyi getdikcə pisləşən uzunmüddətli bir xəstəlikdir. Xəstəliyin qarşısının alınması bir yolu olmasa da, preparatlar simptomları əhəmiyyətli dərəcədə yaxşılaşdırır.Bəzi xəstələrdə isə əməliyyat seçilə bilər.
Parkinson simptomlarını azaltmaq üçün necə bir həyat tərzi seçilməlidir?
İdman hərəkətləri: İdman əzələ gücünü, koordinasiyanı, titrəmənin qarşısının alınmasında köməklik edir. Bundan əlavə yaddaşın, düşünmə qabiliyyətinin azaldılmasında da rol oynayır.
Sağlam diyeta: Parkinson xəstəliyində olan qəbizliyin azalmasına təsir edir. Xüsusilə lifli qidalar daha önəmlidir.
Yuxu keyfiyyətinin artırın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1120   Tarix: 09 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır.   -a istinadən bildirir ki, xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazda

.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. -a istinadən xəbər verir ki, yazda ortaya çıxa

.

Qaraciyərimiz bu 5 qidanı sevir

Pəhrizinizə müəyyən qidaları daxil etməklə qaraciyərin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz. -a istinadən bildirir ki, araşdırmalara görə, bu 5 qida qaraciyərin sağlamlığında xüsusi rol oynayır. Mal əti

.

Bu qidaları uşaqlarınıza verməyin - Qızlarda sinə vaxtından tez böyüyür, oğlanlarda isə

Erkən yetkinliyin sürətlə artmasının səbəblərini öyrənmək üçün mütəxəssislər tərəfindən geniş araşdırmalar aparılıb. -a istinadla bildirir ki, araşdırmaların nəticəsinə görə, xüsusilə gənclər tərəfindən çox yeyilən qidaları

.

Bayramlarda salat hazırlayanların nəzərinə - Soyuducuda saxlamağın təhlükələri açıqlandı

"Yeni il tətilləri ərəfəsində xanımlar bayram süfrəsinin təmtəraqlı görünməsi üçün əlindən gələni edir. Nəticədə bir gündə yeyilə bilməyən çoxlu çeşiddə salatlar hazırlanır. Onları soyuducuya qoyarkən istifadə müddət

.

Bu balıq növü xərçəngə səbəb olur

Mütəxəssislər xərçəngə səbəb olan ən təhlükəli balıq növünü açıqlayıblar. -a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, həftədə ən azı iki dəfə pəhrizinizə balıq daxil etmək lazımdır. . Balıq sağlamlığı qorumaq üçü

.

Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır

Kartof hər evdə bişirilən yemək növlərindən biridir. Bu yemək həm çox asan, həm də çox dadlıdır. Hər kəs kartofu fərqli üsullarla qızardır. Bəs, kartofu necə mükəmməl şəkildə qızartmaq olar? .   -a istinadən xəbər verir ki

.

Uşaqlar niyə valideynlərini eşitmirlər? - 3 əsas səbəb

Bir çox valideynlər uşaqların itaətsizliyi və anlaşılmazlığı problemi ilə üzləşir. Buna məhəl qoyulmasa, hər şey daha da pisləşəcək.   -a istinadən xəbər verir ki, uşağın itaətsizliyinin səbəbini düzgün müəyyən etsəniz, hərəkətləriniz

.

Yatarkən smartfonu yanımızda saxlamaq TƏHLÜKƏLİDİR?

Bir çox insanlar gecələr smartfonu çarpayının yanında və ya yastığın altında saxlayır. .   -a istinadən bildirir ki, araşdırmalara görə, mobil telefondan istifadə insan sağlamlığı üçün təhlükəsizdir. Çoxsaylı tədqiqatla

turlar.az

sonxeber.az aksessuarlar maskalar reseptler arvaddan icaze kagizi qish geyimleri kabab reseptləri usaq oyuncaqlari kosmetika ana haqqinda bayati aydin sani vətən haqqında bayatı kurtlar vadisi anabaci