İnsana geni dəyişdirilmiş donuz böyrəkləri köçürülməsi yeni eranın başlanğıcıdır - Nuru Bayramov

İnsana geni dəyişdirilmiş donuz böyrəkləri köçürülməsi yeni eranın başlanğıcıdır - Nuru BayramovAzərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov ABŞ-da insana geni dəyişdirilmiş donuz böyrəkləri köçürülməsinə münasibət bildirib.
Medicina.az xəbər verir ki, bu hadisəni tibb, xüsusilə transplantasiya sahəsində böyük irəliləyiş adlandıran Nuru Bayramov indiyədək bir neçə dəfə heyvandan insana orqan köçürülməsi cəhdlərinin olduğunu, bu əməliyyatın sonuncu dəfə 1997-ci ildə Hindistanda həyata keçirildiyini vurğulayıb. O, 1997-ci ildə bu əməliyyatın ilk dəfə olaraq immun mexanizm tətbiq edilərək, desensibilizasiya üsulu həyata keçirilərək aparıldığını, lakin uğurla nəticə vermədiyini qeyd edib.
"ABŞ-da həyata keçirilən əməliyyatın özəlliyi ondan ibarətdir ki, bu əməliyyat zamanı geni dəyişdirilmiş donuz böyrəkləri istifadə olunub. Donuzların orqanlarında, o cümlədən damar endotelində qal-alfa deyilən antigenlər mövcuddur ki, bu antigenlərə qarşı insanlarda hazır anticisimlər var. Buna görə də, donuzdan insana orqan köçürülərkən insanda olan anticisimlər donuzda olan antigenlərə bağlanaraq rəddetmənin baş verməsinə səbəb olur və həmin orqan məhv olur. Bunun qarşısını almaq üçün geni dəyişdirilmiş donuzlardan istifadə olunub", - deyə professor vurğulayıb.
Onun sözlərinə görə, geni dəyişdirilmiş donuz böyrəklərindən istifadə olunduqda həmin genləri ekspressiya edən genlər blokada olunur və bu antigenlər meydana çıxmır. Bu səbəbdən həmin orqan köçürüldükdən sonra kəskin rəddetmə baş vermir. Bu isə, transplantasiyanın əsas problemlərindən biri olan kəskin rəddetmə mərhələsinin aradan qaldırılması deməkdir.
Alim qeyd edib ki, bu əməliyyatın digər fərqləndirici xüsusiyyəti rəddetmə ehtimalını azaltmaq üçün donuzun timus vəzisinin də köçürülməsi ilə bağlıdır.
Donuz orqanlarının anotomik baxımdan insan orqanları ölçüsünə yaxın olduğunu deyən Nuru Bayramov əlavə edib ki, insanlara yaxın hesab edilən meymunlarla müqayisədə, donuzların yetişdirilməsi, çoxaldılması, orqan əldə edilməsi də daha asandır.
"Bu tədqiqatlar sonrakı mərhələdə özünü doğruldarsa transplantasiyada yeni eranın başlanğıcı hesab oluna bilər", - deyən alim bu gün dünyada 100 mindən çox insanın orqan köçürülməsi əməliyatına ehtiyac duyduğunu vurğulayıb. Nuru Bayramov dünya təbabət elmində donor mənbəyi olaraq canlı donorlar və meyitlərdən istifadə olunduğunu, onların bu insanların yalnız 30-40 faizi üçün kifayət etdiyini diqqətə çatdırıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1235   Tarix: 26 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

qadın geyimi sade makiyaj sekilleri toy makiyajlari yuxuyozma qas qalinlasmasi ucun maskalar gundelik burcler şirniyyat və tortlar kosmetika sevgi sekis azerb clpaq qadinlari toyuq salati oxu az