İnsanın boğazında yemək qalanda belindən vurmayın

İnsanın boğazında yemək qalanda belindən vurmayınAdətən insanın boğazında yemək qalanda ətrafdakılar onun belindən vurmağa başlayır ki, ilişmiş tikə çıxsın.
Lakin mütəxəssislərin fikrinə görə, bu üsul nəinki kömək etmir, əksinə vəziyyəti daha da ağırlaşdıra bilər. Yad cism yerini dəyişdirib nəfəs yollarını tam bağlaya bilər ki, bu boğulma ilə nəticələnə bilər.
Odur ki, boğazınızda nə isə qalıbsa qabağa əyilib möhkəm öskürmək lazımdır. Adətən bu kömək edir və yad cism çıxır.
Əgər insan öskürə bilmirsə, bu o deməkdir ki, yad cism onun nəfəs yollarını tam bağlayıb. Bu zaman insan nəfəs ala bilmir, onun üzü göyərməyə başlayır. Belə vəziyyətdə Qreymlix üsulundan istifadə edin. Bunun üçün nə etməli? Saglamolun.az Qreymlix üsulunun texnikası ilə sizi tanış edir.
Zərərçəkəni arxadan qucaqlayıb əlinizin birini yumruq şəklində sıxın və digər əlinizlə yumruğunuzu tutun. Yumruğunuzu göbəyindən bir qədər yuxarıda olmaqla döş sümüyü qurtaran yerdə yerləşdirin.
Dirsəklərinizi önə verərək, hərəkət istiqaməti dərinə və yuxarı olmaqla cəld hərəkətlərlə yumruğunuzla zərərçəkənin qarnına sıxın.
Zərərçəkənin qarnına təzyiq edilməsini yad cisim tənəffüs yolundan çıxana qədər, həkim gələnə qədər və ya zərərçəkən huşunu itirənə qədər davam etdirmək lazımdır.
Əksər hallarda Qreymlix üsulu effektli olur və yad cisim boğazdan çıxır.
Nəzərə almaq lazımdır ki, Qreymlix üsulu 1 yaşına qədər uşaqlarda tətbiq olunmur. Bu onlarda daxili orqanların ağır zədələnməsinə səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1410   Tarix: 27 yanvar 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

qadın geyimi kosmetoloq makiyaj instagram valideyne aid statuslar həftəlik bürclər şirniyyat reseptləri lobya tursusu kosmetika qiz burcu vətənə aid pizza baldiza aid hakisda pehriz