İnsanın həyatını qaraldan MİQRENİN müalicəsi varmı?

İnsanın həyatını qaraldan MİQRENİN müalicəsi varmı?Miqrendən əziyyət çəkənlərin əksəriyyəti, həkimə müraciət etməyərək, saatlarla ağrıya dözməyə üstünlük verirlər.
Bu böyük səhv hesab edilir. Çünki, nəbz vurğusu kimi pulsasiya edən baş ağrıları nəinki miqrenin, məsələn beyin şişinin də əlaməti ola bilər!
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bundan savayı müalicə olunmayan miqren çox ağır fəsadlara gətirib çıxara bilər. Onlardan biri - miqrenoz statusdur. Bu, bir-birinin ardınca davam edən bir sıra ağır miqren tutmaları və ya qeyri-adi dərəcədə güclü olan bir, lakin uzun sürən (72 saatdan artıq) miqren tutması şəklində baş verir.
Baş ağrısı - başın bir yarısından "şişib daşaraq" bütün başa yayılır. Miqrenoz status zamanı çoxsaylı qusma baş verdiyi üçün, hətda bu, bədənin susuzlaşmasına və qıcolmaların yaranmasına da səbəb ola bilər. Bu vəziyyətdə olan xəstəyə müvafiq tibbi xidmət göstərmək üçün, onu təcili şəkildə xəstəxanaya çatdırmaq lazımdır.
Medicina.az xəbər verir ki, miqrenin nadir şəkildə təsadüf edilən mümkün fəsadlarından bir də, miqrenoz insultdur - baş beyinin qan dövranının kəskin şəkildə pozulmasıdır. Miqrenoz insultun əlamətləri - qol və ayaqda zəiflik (bəzən isə iflicə qədər), yerişin və bədənin tarazlığının, nitqin (sözlərin deyilməsinin çətinləşməsi), görmənin (çəpgözlülük, görmədə ikiləşmə, görmənin zəifləməsi) pozulması, kəskin baş gicəllənməsi və s. bu kimi əlamətlər ola bilər. Bu halda tez bir zamanda "təcili yardım" çağırmaq lazımdır! Həkim xəstəyə müvafiq tibbi yardım göstərdikdən sonra, diaqnozu təstiqləmək və müalicə etmək üçün, tezliklə onu xəstəxanaya çatdırmalıdır!
Müasir müalicə üsullarının düzgün şəkildə tətbiq edilməsi miqren tutmalarının sayının azalmasına, müddətinin qısalmasına, ağrıların yüngülləşməsinə səbəb olur. Buna görə də miqrendən əziyyət çəkən xəstələr mütləq həkimə müraciət etməlidirlər və bu müraciət nə qədər tez olarsa, onlar üçün daha yaxşı olar. Hal hazırda, bu xəstəlik zamanı yaxşı təsirə malik olan müasir dərman preparatları hazırlanmışdır.
Miqren zamanı, xəstənin vəziyyətini yüngülləşdirmək üçün, tətbiq edilən dərman preparatlarından savayı aşağıdakı üsullardan da istifadə etmək olar:
- Miqrenin aurasını və ya onun başlanğıcını hiss edən kimi, gördüyünüz hər bir işi dayandıraraq özünüzə tam rahatlıq verin. Ən yaxşısı uzanaraq yatmağa çalışmaq lazımdır. Hətta siz sadəcə olaraq, tam sakit şəkildə kresloda otursanız, bu miqren tutmasını xeyli yüngülləşdirəcək.
- Əgər siz evdəsinizsə, sizi qıcıqlandırmamaq üçün otaqdakı pərdələri bağlayın və ya işığı söndürün.
- Otaqda sakitliyi təmin etmək də yaxşı olardı, çünki kəskin və yüksək səslər miqren tutmasının gedişini ağırlaşdıran faktorlarlardandır.
- Miqren tutması zamanı heç bir halda alkoqollu içki qəbul etməyin və siqaret də çəkməyin - onlar sizə ancaq ziyan vura bilər.
- Xalq təbabəti üsullarından miqren tutması zamanı bir neçə fincan tünd isti çay və ya kofe, ayaqlarını isti suya qoymaq, alın nahiyyəsinə soyuq kompress, limon dilimləri, kələm yarpağı, baldırlara xardal kağızı qoymaq, qicqahlara lavanda, evkalipt, rozmarin efir yağlarından bir neçə damcı yüngül sürtmək və s. kömək edə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1091   Tarix: 28 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

.

Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları

Xroniki yorğunluq sindromu (həmçinin "Mialgik Ensefalomielit" adlanır) istirahətlə keçməyən, gündəlik fəaliyyətləri ciddi şəkildə məhdudlaşdıran dərin fiziki və zehni yorğunluğa səbəb olan mürəkkəb və uzunmüddətl

.

Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda

Modern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemi

.

Gözümüzü məhv edə biləcək eynəklər var

Həkim-oftalmoloq Darya Orlova ultrabənövşəyi (UV) filtri olmayan gün eynəklərinin göz sağlamlığı üçün ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu açıqlayıb. -a istinadən xəbər verir ki, bu barədə nəşri məqalə dər

.

Buzlu içkiləri sevənlərə xəbərdarlıq

Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"y

.

Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb

"Formalaşmaqda olan uşaq pəncəsinin normal inkişafı üçün Crocs tipli ayaqqabılar uyğun hesab edilmir". xəbər verir ki, bu sözləri pediatr-nevroloq Nurəngiz Hacıyeva bildirib. Onun sözlərinə görə, sintetik materialda

.

Xiyarın möcüzəvi faydaları

Yay mövsümünün ən çox istehlak olunan tərəvəzlərindən biri olan xiyar təkcə sərinləşdirici təsiri ilə deyil, həm də sağlamlığa verdiyi saysız-hesabsız faydalarla diqqət çəkir. Tərkibinin təxminən 95-97 faizi sudan ibarə

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Tər çox güclü dərman imiş

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər. -a istinadə

turlar.az

gelinlikler sade makiyaj sekilleri yay geyimləri 2026 agardici maskalar resepti qadın saytı haxışta onkologiya kosmetika sevda novruza aid vətənə aid bayatılar hakista novruz hakista